Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun və İdarə rəisinin müavini Həsən Həsənovun həmmüəllifi olduqları "Heydər Əliyev və Azərbaycanda arxiv işi" sərlövhəli məqalə mətbuatda dərc olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məqalə 525-ci qəzetdə və 525.az saytında dərc olunmuşdur. 

Tarix keçmişlə bağlı həqiqətlərin öyrənilməsində faktoloji vasitədir. Tarixin özünü yaradan isə cəmiyyətin inkişafını təmin edən hərəkətverici qüvvələr, uzaqgörən ideya və düşüncələri ilə tarix yazan dahi şəxsiyyətlərdir. Bəşəriyyətin təkamülünə töhfələr verən müdrik insanlar öz müstəsna xidmətləri ilə mənsub olduqları xalqın  yaddaşında əbədilik qazanır, millətin şərəf, ləyaqət və mərdlik simvoluna çevrilirlər. Azərbaycan xalqı da nəsillərin yaddaşında əbədi həkk olan, öz xalqı və dövləti üçün böyük dəyərlər yaradan, təkcə yaşadığı dövrlə məhdudlaşmayan, dünya mədəniyyəti, siyasəti və ədəbiyyatında öz məxsusi yerləri olan görkəmli şəxsiyyətlər yetişdirmişdir. Xalqımızın belə dühalarından biri XX əsr tariximizin ən parlaq siması, sağlığında əfsanələşən, mənəvi əbədiyaşarlıq qazanmış Heydər Əliyevdir. Azərbaycan tarixinin son 55 ilə yaxın dövrü müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndərin adı ilə qoşa çəkilir. Məhz Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycanın intibahının sağlam təməli qoyulmuş, ölkəmiz bütün sahələrdə böyük və şərəfli inkişaf yolu keçmişdir.

 

Ümummilli lider tarixi proseslərə təsir göstərmək gücünə qadir şəxsiyyət kimi xalqı və dövləti üçün misilsiz işlər görmüşdür. Onun elmin, iqtisadiyyatın, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı ilə bağlı fəaliyyəti ölkəmizə rəhbərlik etdiyi dövrdə öz bəhrəsini vermiş, Azərbaycan xalqının rifahına, dövlətimizin və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etmişdir. Heydər  Əliyev müstəqil Azərbaycan dövlətinin varlığına, dayanıqlı və dinamik inkişafına, dövlətçiliyimizin sağlam bünövrə və özüllər üstündə qurulması və möhkəmlənməsinə, ərazi bütövlüyümüzün və milli təhlükəsizliyimizin təminatına xidmət edən siyasi, hüquqi, iqtisadi islahatların müəllifi və hamisi olmuşdur. Heydər Əliyev respublikamızın həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət, mədəni irsin qorunması sahəsində də böyük uğurlara imza atmışdır. Azərbaycan xalqının mədəni-tarixi dəyərlərinə, mədəni irsinə layiqli qiymət verilməsi, onun inkişafı üçün şəraitin yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, hər zaman vurğulayırdı ki, xalqın mədəni irsi, mənəvi dəyərləri onun milli-siyasi varlığının əsasını təşkil edir. Ulu öndər milli varlıq, milli mövcudluq məsələsini hakimiyyətdə olduğu bütün dövrlərdə özünün həyat amalına çevirmiş, milli irsimizin himayədarı olmuş, mədəniyyətimizin daha geniş coğrafiyada tanınmasına bütün varlığı ilə çalışmışdır. Dövlət idarəçiliyində zəngin təcrübəsi və siyasi uazqgörənliyi ilə müstəqil Azərbaycan dövlətinin uğurlu ikişaf strategiyasını müəyyən edən Heydər Əliyev xalqımızın milli-mənəvi sərvəti olan mədəni irsin, tarixi yaddaşın etibarlı qorunmasında arxivlərin rolu və əhəmiyyətini yüksək qiymətləndirmiş, arxivləri dövlət idarəetmə sisteminin mühüm elementi hesab etmişdir.

Daha ətraflı BURADAN və ya adıçəkilən qəzetin e-versiyasından tanış ola bilərsiniz. 


Bugün: 747
Dünən: 914
Bu həftə: 4899
Son həftə: 6066
Bu Ay: 18795
Son Ay: 28223
Bu İl: 259836
Ümumi: 1280257
1280257