26 Dekabr 2022 10:00 XƏBƏRLƏR Baxış sayı : 655
“Azərbaycan” qəzetinin 18 dekabr 2022-ci il tarixli, 277 (9156) nömrəli buraxılışında Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Qarabağda həyata keçirdiyi tədbirlərdən bəzi nümunələr” adlı məqaləsi dərc edilmişdir. Arxiv sənədləri və materialları əsasında yazılan məqalədə qeyd edilir ki, Qarabağ Azərbaycan xalqının tarixi beşiyi, əzəli və əbədi torpağıdır. Qarabağ - daim Azərbaycan hökumətinin qayğısı və diqqəti altında inkişaf etmiş və bu inkişaf bu gün də davam etməkdədir. Hazırkı dövrdə millətçi-erməni daşnak qüvvələrinin" xalqların öz müqəddəratını təyin etmək" şüarları altında Azərbaycan Respublikasının ərazisini parçalamaq cəhdləri erməni daşnakları tərəfindən yürüdülən köhnə və perspektivi olmayan fəlakətli siyasətin davamıdır. Bu yol - bütün cənubi Qafqaz bölgəsində sülhün bərqərarına qarşı yönəlmiş aqressiv və ilk növbədə ermənilərilərin özlərini fəlakətə döğru aparan yoldur ki, buna qarşı da Azərbaycan xalqı və dövləti uğurla mübarizə aparmaqdadır.
Məqalə ilə BURADAN tanış ola bilərsiniz. Çap versiya (səh: 10)
Bugün: | 958 |
Dünən: | 914 |
Bu həftə: | 5110 |
Son həftə: | 6066 |
Bu Ay: | 19006 |
Son Ay: | 28223 |
Bu İl: | 260047 |
Ümumi: | 1280468 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az