Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Şuşada doğuldu, Tiflisdə oxudu, Bakıda təhsil verdi” adlı məqaləsi mətbuatda dərc edilmişdir

        “Kaspi” qəzetinin 28 may 2022-ci il tarixli  20(4070) saylı buraxılışında və  www.kaspi.az saytında dərc edilmiş məqalə öz dövrünün tanınmış müsəlman qadın pedaqoqu Zəhra xanım Ağayevaya həsr edilmişdir. Arxiv sənəd və materialları əsasında yazılmış bu məqalə ölkəmizdə ilk məqalədir ki, Zəhra xanım Ağayevanın pedaqogi fəaliyyətinə həsr edilir. Əvvəlki dövrlərdə dərc olunmuş  ensiklopediyalarda, digər kütləvi nəşrlərdə və internet resurslarında Zəhra xanım Ağayeva haqqında hər hansı bir məlumat yoxdur.

      Təqdim olunan məqalədə Zəhra xanım Ağayevanın müxtəlif illərdə Azərbaycanda savadsızlığın aradan qaldırılması, təhsilin geniş yayılması və qadınların təhsilə cəlb olunması  sahəsindəki xidmətlərindən bəhs edilir.

          Məqalənin tam mətni ilə BURADAN və ya sözügedən qəzetin ÇAP  (səh:13) versiyasından tanış ola bilərsiniz.

 


Bugün: 1110
Dünən: 1607
Bu həftə: 5940
Son həftə: 14312
Bu Ay: 43757
Son Ay: 55392
Bu İl: 195796
Ümumi: 1889721
1889721