29 Noyabr 2021 08:07 XƏBƏRLƏR Baxış sayı : 511
“Kaspi” qəzetinin 27 noyabr 2021-ci il tarixli 045(4045) saylı buraxılışında və www.kaspi.az saytında dərc edilmiş sözügedən məqalədə öz tolerantlığı ilə seçilən Azərbaycan xalqının inquş övladı - Gülbahar xanım Axriyevanın pedaqoji fəaliyyətindən bəhs edilir. Gülbahar xanım Axriyeva Azərbaycanın təhsil tarixində izi qalan tanınmış qadın pedaqoqlardan biridir. Lakin təəssüflər olsun ki, XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərmiş bir sıra qadın pedaqoqlarımız kimi Gülbahar xanım Axriyevanın da pedaqoji fəaliyyəti indiyədək araşdırılaraq geniş oxucu kütləsinə təqdim edilməmişdir. Təqdim olunan bu məqalə Respublika miqyasında yazılmış ilk məqalədir ki, Gülbahar xanım Axriyevanın pedaqoji fəaliyyətinə həsr edilir. Arxiv sənəd və materialları əsasında yazılmış məqalədə Gülbahar xanım Axriyevanın Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, təhsilin kütlələr arasında geniş yayılmasında və müsəlman qadınların təhsilə cəlb olunmasıdakı fəaliyyətindən bəhs edilir.
Məqalənin tam mətni ilə BURADAN və ya adıçəkilən qəzetin ÇAP versiyasından (səh: 13) tanış ola bilərsiniz.
Bugün: | 802 |
Dünən: | 1014 |
Bu həftə: | 5968 |
Son həftə: | 6066 |
Bu Ay: | 19864 |
Son Ay: | 28223 |
Bu İl: | 260905 |
Ümumi: | 1281326 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az