Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Müdafiə Nazirliyinin “Sənədli və Tədris Filmləri Mərkəzi” tərəfindən Vətən Müharibəsini özündə əks etdirən sənədlər Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilmişdir

             Müdafiə Nazirliyinin “Sənədli və Tədris Filmləri Mərkəzi” tərəfindən  Dövlət Kino–Foto Sənədləri Arxivinə 84 saxlama vahidi fotosənəd, 201 saxlama vahidi kinosənəd təhvil verilmişdir. 

        Təhvil verilən kino–foto sənədlər 44 günlük Vətən Müharibəsinin ilk günlərindən Zəfər Gününə qədər Azərbaycan Ordusunun keçdiyi döyüş yolunu, parlaq qələbələrini, Ermənistan ordusunu məğlub etməsini, hərbi qənimətləri, ayrı-ayrı döyüş səhnələrini, kəndlərimizin, rayonlarımızın,və şəhərlərimizin işğaldan azad edilməsini, müzəffər ordumuzun əsgər və zabitlərinin qələbə sevinclərini və s. əks etdirir.

             Bununla yanaşı həmin sənədlər arasında 30 il ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal edilmiş və Vətən Müharibəsində işğaldan azad edilən ərazilərdə düşmən tərəfindən həyata keçirilmiş vandallıq aklarını, kənd və şəhərlərimizin dağıdılmasını,  tarixi abidələrimizin, məscidlərimizin, qəbirstanlıqların və viran qoyulmuş digər maddi mədəniyyət nümunələrinin Müdafiə Nazirliyinin hərbi operatorları və fotoqrafları tərəfindən, o cümlədən çəkiliş təyinatlı dronların vasitəsi ilə lentə alınmış kino-foto sənədləri də yer almışdır. 

          Hazırda sözügedən sənədlərin qanunvericiliyin tələblərinə uyğun qeydiyyatı və arxiv fonduna qəbulu prosesi aparılır.


Bugün: 423
Dünən: 1014
Bu həftə: 5589
Son həftə: 6066
Bu Ay: 19485
Son Ay: 28223
Bu İl: 260526
Ümumi: 1280947
1280947