05 İyun 2018 04:48 XƏBƏRLƏR Baxış sayı : 2026
İclas 31 may 2018-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilmişdir. Şuranın iclasında MDB üzvü olan ölkələrdən Rusiya, Qazaxıstan, Belarusiya, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan arxiv xidməti rəhbərləri və nümayəndələri iştirak edirdi. Azərbaycan Respublikasını tədbirdə Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.
Tədbir MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib S.N. Lebedevin iclas iştirakçılarına müraciətinin və Rusiya dövlət arxiv xidmətinin 100 illiyi münasibətilə təbrikinin oxunması ilə açıq elan edildi. Tədbirin gündəliyinə uyğun olaraq, Belarus Respublikasının Ədliyyə Nazirliyi yanında Kargüzarlıq və Arxiv Departamentinin rəhbəri V.İ. Kuraş MDB ölkələrində vətəndaşların sosial-hüquqi mənafelərinin müdafiəsi kontekstində arxiv sənədlərinin saxlanma müddətləri və tərkibi haqqında ümumi məruzə ilə çıxış etmişdir. Növbəti məsələ - elektron arxivlərin yaradılması və idarə edilməsi, həmçinin 2017-ci il ərzində arxiv işi sahəsində görülmüş tədbirlər barədə üzv ölkələrin nümayəndələri məruzə ilə çıxış etmiş və məlumat mübadiləsi aparmışlar. Daha sonra Rusiya Federal Arxiv Agentliyinin rəhbəri A.N. Artizov Rusiya dövlət arxiv xidmətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər barəsində məlumat vermişdir. Sonda A.N. Artizov MDB üzvü olan ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının yeni sədri seçilmişdir. Bununla yanaşı Qırğzıstanın Bişkek şəhəri Şuranın növbəti icıasının keçiriləcəyi şəhər seçilmişdir.
1 iyun 2018-ci il tarixində Rusiya dövlət arxiv xidmətinin 100 illiyi ilə bağlı Moskva şəhərində təntənəli tədbir keçirilmişdir.
Bugün: | 857 |
Dünən: | 817 |
Bu həftə: | 857 |
Son həftə: | 6197 |
Bu Ay: | 6129 |
Son Ay: | 25580 |
Bu İl: | 218947 |
Ümumi: | 1239368 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az