Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Naxçıvan Dövlət Arxiv İdarəsində Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Əsrə bərabər ömür” adlı sənəd sərgisi keçirilib

   Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz  uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi sükütla yad edildikdən sonra şagirdlər Heydər Əliyevə həsr olunan, onun həyat yolunun müəyyən bir dövrünün işıqlandırıldığı “Əsrə bərabər ömür” adlı foto-stendlə tanış olublar.

            Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin Arxiv fond sənədlərindən istifadə və publikasiya şöbəsinin müdiri Zülfiyə İsmayılova şagirdlərə arxivdə mühafizə olunan Heydər Əliyevin 1936-1939-cu illərə aid Naxçıvan Pedaqoji Texnikumunda oxuduğu dövrdə qiymət cədvəlləri, imtahan qiymətləri, Heydər Əliyevin bütün fənlərdən “əla” qiymət alması, onun hər zaman dərin hörmətlə andığı Lətif Hüseynzadə, Tofiq Bektaşi, Murad Tutayuk, Xədicə Yusifbəyli, Cəfər İmanov, Həsən Qazıyev, Cəfər Əsədli kimi müəllimləri ilə bağlı sənədləri göstərərək onlar haqqında ətraflı məlumat verib. Şagirdlər Heydər Əliyevin Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının Mərkəzi Dövlət Arxivində işləməsi, burada məxfi şöbənin müdiri olması, Naxçıvan MSSR Xalq Komissarları Sovetində işləməsi ilə bağlı sənədləri maraqla izləyiblər.
Tədbirdə həmçinin ümummilli lider Heydər Əliyevə həsr olunan kitablar da nümayiş etdirilib. Daha sonra şöbə müdiri Günel Hüseynovanın “Tarix yazan şəxsiyyət” adlı çıxışı dinlənilib.

            Tədbirdən sonra şagirdlər Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 1 №-li mühafizəxanasında olub, burada sənədlərin saxlanma qaydaları ilə də tanış olublar.


Bugün: 241
Dünən: 914
Bu həftə: 4393
Son həftə: 6066
Bu Ay: 18289
Son Ay: 28223
Bu İl: 259330
Ümumi: 1279751
1279751