Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Naxçıvan MR Dövlət Arxiv İdarəsində Muxtar Respublikada Dövlət Arxivinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini və muzeyi ziyarət edib, abidə önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra yubiley tədbiri Naxçıvan Dövlət Universitetinin Konservatoriyasının tədris binasının akt zalında davam etdirilib.

Tədbir iştirakçıları foyedə sərgilənən arxiv fondlarına aid qiymətli sənədlər, tarixi fotoşəkillər və nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsi Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun yubiley münasibətilə ünvanladığı təbrik məktubu səsləndirilib. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov çıxış edərək arxiv işinin yaranmasından, inkişaf mərhələlərindən, bu sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışaraq bütün arxiv əməkdaşlarını və bu sahənin inkişafına töhfə verən ziyalıları yubiley münasibətilə təbrik edib. Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov, Naxçıvan Dövlət Universitetinin  Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev çıxış edərək arxiv işinin tarixi, cəmiyyət üçün əhəmiyyəti barədə öz fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində idarənin rəisi Mehman Məmmədova Elbrus İsayev və İsmayıl Hacıyev tərəfindən yubiley münasibətilə hədiyyələr təqdim olunub. Eyni zamanda 100 illik yubileyə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.

 

 

 

 


Bugün: 308
Dünən: 1345
Bu həftə: 308
Son həftə: 10564
Bu Ay: 26073
Son Ay: 50507
Bu İl: 76580
Ümumi: 1770505
1770505