03 Sentyabr 2025 11:24 XƏBƏRLƏR Baxış sayı : 394
Arxivlər mənsub olduğu xalqın keçmişini özündə yaşadan yaddaş xəzinəsidir. Burada bütöv bir millətin yaddaşı, kimliyi və taleyi qorunur. Naxçıvan Dövlət Arxivi də əsrin əvvəlindən bu günə qədər muxtar respublikanın taleyüklü yolunu əks etdirən zəngin materialları mühafizə edir. Bu il 100 illik yubileyi qeyd olunan bu müəssisə qədim diyarın tarixini, insanların həyatını, dövlətçilik yolunu və mədəni irsini gələcək nəsillərə çatdırmaqla yanaşı, həm də fəaliyyəti ilə ötən dövrdə milli yaddaşın ən etibarlı qoruyucusuna çevrilmişdir.
İdarənin rəisi Mehman Məmmədovla söhbətimizə Naxçıvanda arxiv işinin yaranması dövrünə nəzər salmaqla başladıq. Müsahibimiz bildirdi ki, ölkəmizdə arxiv işinin təşkili 1920-ci ilin dekabrından başlayır. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin təşkili haqqında” dekreti rəhbər tutan Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi 1925-ci il dekabrın 13-də Naxçıvan MSSR-də Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında Qərar qəbul etmişdir.
Müsahibə ilə daha ətraflı BURADAN tanış ola bilərsiniz.

| Bugün: | 1426 |
| Dünən: | 1263 |
| Bu həftə: | 4953 |
| Son həftə: | 8893 |
| Bu Ay: | 15845 |
| Son Ay: | 39446 |
| Bu İl: | 313891 |
| Ümumi: | 1626475 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az