Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Naxçıvan MR Dövlət Arxiv İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində keçirilən tədbiri idarənin rəisi Mehman Məmmədov açıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdiri Zülfiyyə İsmayılova “Ümummillli Lider Heydər Əliyev və dövlət arxiv quruculuğu” mövzusunda çıxış edərək bildirib ki, ölkəmizdə dövlət arxivlərinə əsl qayğı Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi ilə başlanıb. Həmin dövrdən başlayaraq arxivlərin maddi-texniki bazası möhkəmləndirilib, arxiv idarələri ixtisaslı kadrlarla təmin olunub. Müstəqilliyimizin bərpasından sonra isə 1999-cu il iyul ayının 27-də Azərbaycan Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyev tərəfindən “Milli Arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalanıb. Mənəvi sərvətimizin böyük hamisi tərəfindən imzalanmış fərmana əsasən tətbiq edilən qanun ölkəmizdə arxiv işi və onun inkişafı ilə bağlı bütün məsələləri əhatə edir, onun strategiyasını, gələcək fəaliyyətinin başlıca istiqamətlərini müəyyənləşdirir. “Azərbaycan Respublikasında Arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli Fərmanı isə arxiv işinə verilən ən böyük töhfədir. Bu fərmandan irəli gələn vəizfələrin icrası istiqamətində görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi də 2012-ci ildən tam əsaslı şəkildə təmir olunub müasir avadanlıqlarla təchiz edilmiş binada fəaliyyət göstərir.

            Dövlət Arxivinin aparıcı arxeoqrafı Aygün Həmzəyeva “Ulu Öndər Heydər Əliyev və Naxçıvan Pedaqoji Texnikumu” mövzusundakı çıxışında bildirib ki, dahi şəxsiyyətin uşaqlıq və gənclik illəri Naxçıvanla bağlıdır. Diqqətə çatdırılıb ki, bu texnikuma yeddinci sinfi bitirmiş şagirdlər qəbul olunurdu, bunlardan biri də Ulu Öndər Heydər Əliyev olub. Buraxılış sinfi müdavimlərinin 1939-cu ilin may-iyun ayları keçirilmiş imtahanlarının protokolları bizim üçün olduqca dəyərli mənbələrdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin fondunda mühafizə edilən imtahan protokollarında aldığı əla qiymətlər Onun təhsili ilə yanaşı, oxuduğu texnikumda da necə nüfuz və hörmət qazandığını aydın şəkildə nümayiş etdirməkdədir.

            Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdiri Günel Hüseynova “Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda çıxış edərək bildirib ki, ötən əsrin 90-cı illərində Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdan Ulu Öndər 1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərib. Məhz həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində milli dövlət atributlarının bərpa olunması haqqında tarixi qərarlar qəbul olunub, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin formalaşdırılmasına başlanılıb.

             Tədbirə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov yekun vurub.

 


Bugün: 831
Dünən: 914
Bu həftə: 4983
Son həftə: 6066
Bu Ay: 18879
Son Ay: 28223
Bu İl: 259920
Ümumi: 1280341
1280341