Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

24 yanvar 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində keçirilən və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov bildirib ki, bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. Bu münasibətlə 30 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.  Mehman Məmmədov öz çıxışında muxtar respublikanın yubileyinə mühüm töhfə olan Sərəncamın mahiyyəti və əhəmiyyətindən danışaraq, bu qədim diyara muxtariyətin verilməsi üçün zəruri olan şəraiti zamanın özü yaratdığını və bunun labüd olduğunu qeyd edib. Mehman Məmmədov Naxçıvan Muxtar Respublikasının 100 illik inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünün bu gün olduğunu və Naxçıvanda həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verdiyini göstərib, Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası tərkibində daha böyük inam və qətiyyətlə irəlilədiyini qeyd edib.

Natiq bildirib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən Tədbirlər Planı hazırlanıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin Dövlət arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya şöbəsinin müdiri Zülfiyə İsmayilova “Naxçıvan muxtariyyətini yaradan tarixi şərait”, İnformasiya, axtarış şöbəsinin müdiri Günel Hüseynova “Naxçıvanın muxtariyyət salnaməsi” və Şahbuz rayon Dövlət Arxivinin müdiri Elcan Əlizadə “Yüz ilin Naxçıvanı” mövzularında çıxış ediblər. Çıxışlarda Naxçıvan Muxtar Respublikasının bir əsirlik tarixinin müxtəlif sahələrinə toxunulmuş, muxtar respublikaya Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi qayğıdan bəhs edilib.


Bugün: 743
Dünən: 816
Bu həftə: 3221
Son həftə: 6294
Bu Ay: 22224
Son Ay: 25108
Bu İl: 288373
Ümumi: 1308794
1308794