29 Fevral 2024 02:02 XƏBƏRLƏR Baxış sayı : 555
28 fevral 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 2023-cü ildə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində keçirilən yığıncağı giriş sözü ilə İdarənin rəisi Mehman Məmmədov açaraq qeyd edib ki, ötən ildə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə komplektləşdirmə mənbəyi olan idarə, təşkilatlardan və Şahbuz, Ordubad, Babək rayon dövlət arxivlərindən 9658 saxlama vahidi, rayon dövlət arxivlərinə 3020 saxlama vahidi sənəd qəbul edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində 11 yeni fond işi yaradılıb. Həmçinin AMEA-nın Naxçıvan Bölməsi tərəfindən Türkiyə arxivlərindən əldə edilmiş sənədlərin elektron variantı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təhvil verilib.
Qeyd edilib ki, 2023-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” və “Tarix” ixtisası üzrə IV kursda təhsil alan tələbələrdən 27 nəfər Dövlət Arxiv İdarəsində istehsalat təcrübəsi keçmişlər. Tələbələrə Dövlət Arxivinin struktur bölmələrində arxiv fond sənədlərinin elektron daşıyıcılara köçürülməsi, sənədlərin dəyərinin ekspertizasının aparılması, sənədlərin daimi mühafizə üçün dövlət arxivlərinə qəbul qaydaları, arxivə daxil olan sorğuların növləri, onların icra qaydaları və arxiv işinin digər sahələri haqqında geniş məlumatlar verilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ötən ilin iyun ayında Sədərək Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayonlarında idarə, müəssisə və təşkilatların kargüzarlıq və idarə arxiv işçiləri üçün Dövlət Arxiv İdarəsinin əməkdaşları tərəfindən arxiv işi ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir.
Vurğulanıb ki, Dövlət Arxivinə yeni qəbul olunan 9658 saxlama vahidinin siyahılarının elektron kataloqunun hazırlanması işləri icra edilib. Dövlət Arxivində mövcud olan skan aparatlarından istifadə etməklə 1, 2, 40 və 546 nömrəli fondlara aid 502 saxlama vahidindən ibarət 66992 vərəq serverə köçürülərək elektronlaşdırılıb. Dövlət Arxivində mühafizə edilən arxiv fond sənədlərindən istifadə edilməklə 1239 tematik kart hazırlanıb. Dövlət Arxiv İdarəsinə müraciət etmiş 25 tədqiqatçıya arxiv sənədləri ilə işləməsi üçün lazımi şərait yaradılmış, tədqiqatçılara və xidməti istifadə üçün əməkdaşlara 110091 saxlama vahidi sənəd, 48 kitab, 317 qəzet toplusu verilmiş, istifadə olunduqdan sonra mühafizəxanalara təhvil verilmişdir. Rayon dövlət arxivlərində ötən ildə, ümumilikdə, 10840 saxlama vahidinin siyahılarının elektron kataloqu hazırlanıb. Babək Rayon Dövlət Arxivində fond siyahılarının elektron kataloqunun hazırlanması işləri dekabr ayında başa çatdırılıb, hazırda 2 rayon dövlət arxivində bu işlər davam etdirilir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Bugün: | 651 |
Dünən: | 986 |
Bu həftə: | 3889 |
Son həftə: | 6066 |
Bu Ay: | 17785 |
Son Ay: | 28223 |
Bu İl: | 258826 |
Ümumi: | 1279247 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az