Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Elm və Texnika Sənədləri Arxivinin nümayəndə heyəti Milli Arxiv İdarəsində olmuşdur.

Azərbaycan  Respublikasının  Milli Arxiv  İdarəsi  və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında bağlanmış 3 aprel 2017-ci il  tarixli  “Arxiv  işi  sahəsində  əməkdaşlıq  haqqında Saziş"ə əsasən 3 iyul 2024-cü il tarixində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi tabeliyində  olan Arxivlər,  Sənədləşmə və Kitab  işi Komitəsi Respublika dövlət müəssisəsinin Mərkəzi Dövlət Elm və Texnika Sənədləri Arxivinin nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuşdur.

Milli   Arxiv  İdarəsinin  rəisi  Əsgər Rəsulovla keçirilən görüş zamanı Azərbaycan Respublikasının Dövlət Arxivləri ilə Qazaxıstan Respublikasının Dövlət Arxivləri arasında əməkdaşlıq    perspektivləri  və  təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur.

        Daha sonra qonaqlar Azərbaycan Respublikasının Elm və Texnika Sənədləri  Arxivində sənədlərin mühafizə şəraiti ilə, həmçinin  Qazaxıstan Respublikasının tarixi, siyasi-iqtisadi və mədəni həyatına aid olan sənədlərlə tanış olmuşlar.  

 


Bugün: 749
Dünən: 793
Bu həftə: 1542
Son həftə: 5729
Bu Ay: 2244
Son Ay: 25108
Bu İl: 268393
Ümumi: 1288814
1288814