10 Avqust 2022 12:29 XƏBƏRLƏR Baxış sayı : 825
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında bağlanmış 3 aprel 2017-ci il tarixli “Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən 10 avqust 2022-ci il tarixində Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi tabeliyində Arxiv İşi və Sənədlərin İdarə edilməsi Departamentinin Mərkəzi Dövlət Elm və Texnika Sənədləri Arxivinin direktoru Bayan Jumatayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuşdur.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovla keçirilən görüş zamanı Azərbaycan Respublikasının Dövlət Arxivləri ilə Qazaxıstan Respublikasının Dövlət Arxivləri arasında əməkdaşlıq perspektivləri, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur. Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin arxiv təşkilatlarının gələcək fəaliyyətinə müsbət təsir edəcəyini bildirən qonaqlar əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdirlər.
Daha sonra qonaqlar Respublika Dövlət Arxivlərində sənədlərin mühafizə şəraiti ilə, həmçinin Qazaxıstan Respublikasının tarixi, siyasi-iqtisadi və mədəni həyatına aid olan sənədlərlə tanış olmuşdurlar.
Bugün: | 379 |
Dünən: | 1014 |
Bu həftə: | 5545 |
Son həftə: | 6066 |
Bu Ay: | 19441 |
Son Ay: | 28223 |
Bu İl: | 260482 |
Ümumi: | 1280903 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az