15 Aprel 2019 04:17 XƏBƏRLƏR Baxış sayı : 1808
Filologiya üzrə fəlsəfə doktoru, Folklor İnstitunun Qorqudşünaslıq şöbəsinin aparıcı elmi əməkdaşı Əziz Ələkbərli tərəfindən daim saxlanmaq məqsədi ilə Qərbi Azərbaycan mahalları və İrəvan şəhəri ilə əlaqədar 152 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Tarix üçün əhəmiyyəti olan bu fotosənədlərin məzmununda İrəvanxanlarının, xanzadələrinin, onların ailələrinin, İrəvan şəhərinin məşhur məhəllələrinin, Qərbi Azərbaycan torpaqlarında olan tarixi memarlıq abidələrinin, görkəmli dövlət adamlarının, tanınmış ziyalılarının nadir şəkilləri əks etdirilir.
Foto və kinosənədlərin arasında hicri 1144-cü ildə 3-cü Şah Abbas Səfəvi adına basılmış pul sikkələrinin fotoları, İrəvan Qalası uğrundakı döyüşlərdə istifadə olunan atıcı silah nümunələrinin şəkilləri, İrəvan xanlığının bayrağının, İrəvan qalasının açarlarının, İrəvan şəhərinin məşhur məhəllələrinin fotoları var.
Fotosənədlərdə İrəvan xanı Hüseynqulu xanın, İrəvan xanzadələrindən Əbülfətih xan Bağırxan oğlunun, Musa xan Cavad Ağa oğlunun şəkilləri, Türkmənçay müqaviləsinin fotosurəti, İrəvan şəhərinin vitse-qubernatoru İsmayıl bəy Qazıbəyovun, Zəngibasar mahalından 1948-1953-cü illərdə əhalinin deportasiyası ilə bağlı köçürülmə biletləri, İrəvan yaxınlığındakı Cəfərabad kəndində Çuxur-Səd əmiri Əmir Səidin məzarı üzərində oğlu Pir Hüseyn tərəfindən 1413-cü ildə ucaldılmış məşhur Cəfərabad türbəsinin müxtəlif görüntüləri əks olunub.
Hal-hazırda Arxivə daxil olmuş fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.Hər bir sənədin qısa məlumat bazası hazırlanır.
Bugün: | 597 |
Dünən: | 914 |
Bu həftə: | 4749 |
Son həftə: | 6066 |
Bu Ay: | 18645 |
Son Ay: | 28223 |
Bu İl: | 259686 |
Ümumi: | 1280107 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az