25 Aprel 2024 11:01 XƏBƏRLƏR Baxış sayı : 454
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri çərçivəsində bir sıra yüksəksəviyyəli görüşlər və tədbirlər həyata keçirilib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə məhdud tərkibdə görüşü, həmçinin Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan – Qırğızıstan sənədlərinin imzalanması mərasimində ümumilikdə 18 sənəd, o cümlədən “Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Adıçəkilən sənədi Qırğız Respublikası tərəfindən Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva Azərbaycan Respublikası tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov imzalayıblar.
Bugün: | 897 |
Dünən: | 914 |
Bu həftə: | 5049 |
Son həftə: | 6066 |
Bu Ay: | 18945 |
Son Ay: | 28223 |
Bu İl: | 259986 |
Ümumi: | 1280407 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az