05 Noyabr 2019 03:34 XƏBƏRLƏR Baxış sayı : 1517
İclas 30-31 oktyabr tarixlərində Qırğızıstan Respublikasının Bişkek şəhərində keçirilmişdir. Şuranın iclasında MDB üzvü olan ölkələrdən Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Belarusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan arxiv xidməti rəhbərləri və nümayəndələri, həmçinin MDB İcraiyyə Komitəsinin həlledici səs hüquqlu nümayəndəsi iştirak edirdi. Azərbaycan Respublikasını tədbirdə Milli Arxiv İdarəsinin Sənədlərin istifadəsi və nəşri şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.
Tədbirin gündəliyinə uyğun olaraq, Məşvərət Şurasının üzvləri təmsil etdikləri ölkələrdə 2018-2019-cu illərdə arxiv işi sahəsində görülmüş işlər, mövcud problemlər və perspektivlər barəsində məlumat vermişdirlər. Üzv ölkələr üzrə çıxışlardan sonra gündəlikdə duran məsələlər barəsində aidiyyəti üzrə müzakirələr keçirilmiş, fikir mübadiləsi aparılmış və müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, şəxsi heyət sənədləri üzrə MDB ölkələrini əhatə edəcək vahid elektron informasiya bazasının yaradılması ilə bağlı ilkin razılığa gəlinmişdir. İclasda həmçinin Ümumrusiya Sənədşünaslıq və Arxiv işi Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД) direktoru N. Kunyayev sözügedən qurumun fəaliyyəti barəsində məlumat vermişdir.
Daha sonra Beynəlxalq Arxiv Şurasının regional bölməsi olan EVRAZİKA nın 20 illik yubiley iclası keçirilmişdir. MDB üzvü olan ölkələrin arxiv xidməti nümayəndələri ilə yanaşı Polşa, Latviya və Çin arxiv xidməti nümayəndələri iclasda iştirak edirdilər.
Tədbir çərçivəsində “Arxiv sənədlərinin istifadəsi sahəsində müasir problemlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans və Qırğızıstanda arxiv işinə həsr olunmuş sərgiyə baxış keçirilmişdir.
Bugün: | 657 |
Dünən: | 816 |
Bu həftə: | 3135 |
Son həftə: | 6294 |
Bu Ay: | 22138 |
Son Ay: | 25108 |
Bu İl: | 288287 |
Ümumi: | 1308708 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az