10 May 2017 06:02 XƏBƏRLƏR Baxış sayı : 1564
Qubadlı rayonu 15 avqust 1993 – cü ildə erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal olunub. İşğala qədər Qubadlıda sayı 600- dən yuxarı olan müəssisə və təşkilat fəaliyyət göstərib. İşğaldan sonra rayonun əhalisi ölkəmizin müxtəlif regionlarında məskunlaşıb. Bu gün rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələri, o cümlədən vacib dövlət orqanları öz fəaliyyətlərini davam etdirir.
Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Kino – Foto Sənədləri Arxivinə daimi saxlanmaq üçün təhvil verilmiş – 75 saxlama vahidi foto sənəd, 12 saxlama vahidi kino(video) sənəd rayonun işğaldan sonrakı həyatını, rayon əhalisinin sosial vəziyyətini, güzəranını əks etdirir.
Hal – hazırda Arxivdə qəbul olunmuş foto – kino sənədlərin hər biri haqqında ayrıca məlumat hazırlanır və sənədlərin AR Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.
Bugün: | 529 |
Dünən: | 751 |
Bu həftə: | 2104 |
Son həftə: | 5591 |
Bu Ay: | 3551 |
Son Ay: | 26618 |
Bu İl: | 30169 |
Ümumi: | 1342753 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az