07 May 2018 03:45 XƏBƏRLƏR Baxış sayı : 2085
2018-ci il mayın 7-də Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YAP Qadınlar Şurası və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsis etdiyi “İşıq-qadın” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyətə işıq saçan qadınlar” adlı 2017-ci ilin noyabrında elan etdiyi araşdırma-yazı müsabiqəsinin yekununa həsr edilmiiş tədbir keçirilmişdir. Müsabiqəyə 98 araşdırma yazı daxil olmuşdur. Həmin 98 yazı içərisində Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin Baş məsləhətçisi Rafiq Səfərovun müsabiqəyə təqdim etdiyi “Rəhilə xanım Hacıbababəyovanın pedaqoji fəaliyyəti” adlı araşdırma yazısı tanınmış pedaqoq, alim və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qaliblər sırasında 3-cü yerə layiq görülmüşdür.
Müsabiqəyə təqdim olunmuş yazılardan 50 balı keçmiş 67 yazı toplu şəklində nəşr edilmişdir. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov çıxış edərək müsabiqənin əhəmiyyətini vurğulamış və müsabiqənin yazılarının toplandığı nəşri mədəni-maarif xəzinəsi, tarixi mənbə adlandırmışdılar.
Bugün: | 37 |
Dünən: | 914 |
Bu həftə: | 4189 |
Son həftə: | 6066 |
Bu Ay: | 18085 |
Son Ay: | 28223 |
Bu İl: | 259126 |
Ümumi: | 1279547 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az