Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Şəhid Tağıyev Əli Azad oğlunun şəxsi mənşəli sənədləri daimi saxlanılmaq məqsədilə dövlət mühafizəsinə qəbul edilib

27 yanvar 2025-ci il tarixində Dövlət Arxivinin Şirvan filialında Şəhid valideynləri ilə növbəti görüş keçirilib. Görüşdə iştirak edən Şəhid Əli Tağıyevin atası Azad Tağıyev ilk öncə filialda daimi mühafizə edilən və Vətən müharibəsi Şəhidlərinin şəxsi mənşəli arxiv sənədlərindən ibarət sərgi ilə tanış oldu. Daha sonra 2023-cü il sentyabr ayının 19-da həyata keçirilmiş Antiterror əməliyyatında Şəhid olan övladının şəxsi mənşəli arxiv sənədlərini də filiala təqdim etdi.

Şəhid atası tədbirdə çıxış edərək, Şəhidlərin şəxsi mənşəli sənədlərinin daimi dövlət mühafizəsinə qəbul edilməsini yüksək qiymətləndirdi. Şəhidlərimizin irsinin gələcək nəsillərə çatdırılması üçün belə addımların vacibliyini vurğuladı.

Tağıyev Əli Azad oğlu 25 iyul 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. Şirvan şəhəri 16 saylı tam orta məktəbdə təhsil alıb. Uşaqlıqdan idmana və hərb sahəsinə böyük marağı olan Ə. Tağıyev Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb. Yenidən Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı” kurslarında iştirak edib, “gizir” rütbəsi ilə hərbi xidmətini davam etdirib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tağıyev Əli Azad oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal Antiterror əməliyyatı zamanı Ağdam rayonun Papravənd kəndində qəhrəmancasına şəhid olub.

Ə.A. Tağıyev Şirvan Şəhidlər Xiyabanında dəfn edilib.

 


Bugün: 656
Dünən: 856
Bu həftə: 3148
Son həftə: 5782
Bu Ay: 23804
Son Ay: 20603
Bu İl: 71025
Ümumi: 1383609
1383609