Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Şəki Dövlət Regional Kollecin tələbələrinin Dövlət Arxivinin Şəki filialında ekskursiyası təşkil edilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Şəki filialının 2024-cü ilin İş Planına uyğun olaraq, Şəki Dövlət Regional Kollecin 3-cü kurs tələbələrinin arxivdə ekskursiyası təşkil olunub.

Filialın direktoru Ehtiram Məmmədov tələbələri arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumatlandırdı. 

Daha sonra tələbələr sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış edilərək onların suallarını cavablandırıldı.


Bugün: 720
Dünən: 1430
Bu həftə: 10356
Son həftə: 11350
Bu Ay: 38529
Son Ay: 48584
Bu İl: 38529
Ümumi: 1732454
1732454