Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə tələbələrinin ekskursiyası təşkil olunmuşdur

4 noyabr 2022-ci il tarixində Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində olan Humatinar Kollecin tələbələrinin ekskursiyası təşkil olunmuşdur.

Arxivin direktoru Könül Nəsibova tələbələr qarşısında çıxış edərək sahə üzrə normativ hüquqi aktların tələblərini, dövlət arxivlərinin əsas iş qaydalarını tələbələrə izah etmiş, sənədlərin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və göstərilən elektron xidmətlər haqqında məlumat vermişdir.

           Daha sonra arxivin şöbə müdirləri Cavid Məmmədli və Mətanət Qasımova arxivdə mühafizə edilən sənədlər, o cümlədən sənədlərin mühafizəsi qaydası haqqında tələbələrə məlumat vermiş və onların suallarını cavablandırmışdırlar. Sonra sənədlərin mühafizəsi şəraiti əyani olaraq tələbələrə nümayiş etdirilmişdir. 

Ekskursiyanın sonunda arxivin sənədləri əsasında nəşr edilmiş "Salman Mümtazın publisistikası arxiv sənədlərində" adlı kitab Humanitar Kollec direktorunun İctimai əlaqələr üzrə koməkçisi Ləman Qurbaniyə təqdim olunmuşdur. 

 


Bugün: 499
Dünən: 1212
Bu həftə: 7037
Son həftə: 6288
Bu Ay: 18608
Son Ay: 26944
Bu İl: 92773
Ümumi: 1405357
1405357