Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Şöhrətin zirvəsinə ucalan sənətkar - Ağasadıq Gəraybəyli - 120

 

Ağasadıq Gəraybəyli... Bu ad indiki orta və yaşlı nəslin nümayəndələrinə yaxşı tanışdır. Çox da uzaq olmayan keçmişdə televiziya ekranlarındanizlədiyimiz, oturub maraqlı söhbətlər edən köhnə Azərbaycan kişisinin, əsil-nəcabətli bəyin baməzə danışıqlarını, duzlu zarafatlarını yaxşı xatırlayırıq. Ekranlardan, səhnələrdən  izlədiyimiz, simasında köhnə insanın cizgiləri həkk olunmuş Gəraybəyli hər kəsin sevimli aktyoru idi. Onun bəy olması da bir həqiqətdir. Ağasadıq Ağəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda bəy ailəsində anadan olub. Ağasadıq Gəraybəylinin sanballı kişi görünüşü və bir sıra iddialı hərəkətləri də onun əyilməz bəy nəslindən olmasına bir sübut idi.Ağasadığın danışıq tərzi, səsinin tonu, danışığındakı tələskənliyi isə onda azərbaycanlı koloritini daha da artırırdı.  Daha jestli hərəkətlərlə hər hansı halı, ovqatı göstərmək bacarığı aktyorda güclü idi.

Məqalə ilə daha yaxından saytımızın "Əməkdaşlarımızın arxiv araşdırmaları" bölməsindən tanış ola bilərsiniz. 

 


Bugün: 817
Dünən: 816
Bu həftə: 3295
Son həftə: 6294
Bu Ay: 22298
Son Ay: 25108
Bu İl: 288447
Ümumi: 1308868
1308868