Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Arxiv İdarəsində olub

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi Baş Katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İdarənin rəisi “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Türkiyə Cümhuriyyətinin Prezidenti yanında Dövlət Arxivləri Baş İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın apardıqları yüksək səviyyəli qardaşlıq siyasəti nəticəsində ölkələrimizin aidiyyəti qurumları arasında da işgüzar əlaqələr daim inkişaf etməkdədir. Bu siyasətin nəticəsidir ki, Türkiyə Cümhuriyyətinin ayrı-ayrı dövlət arxivlərində mühafizə edilən və Azərbaycanın tarixinin müəyyən mərhələlərini özündə əks etdirən arxiv sənədlərinin surətləri ölkəmizə təqdim edilib. Bundan əlavə iki ölkənin arxivçiləri arasında istər yerli, istər beynəlxalq platformada işgüzar əlaqələr və təcrübə mübadiləsi mövcuddur. 

Səmimi qəbula görə nümayəndə heyəti adından Əsgər Rəsulova öz minnətdarlığını çatdıran Türkiyə Böyük Millət Məclisi Baş Katibinin müavini Naim Çoban iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin yüksək səviyyədə olmasını minnətdarlıqla qeyd etdi. Bildirildi ki, Türkiyə Cümhuriyyəti arxiv işi sahəsində öz təcrübəsini qardaş Azərbaycan arxivçiləri ilə bölüşməyə davam edəcəkdir. Qonaq həmçinin bildirdi ki, qanunvericilik hakimiyyəti orqanları hər bir zaman dövlət arxiv xidməti təşkilatları ilə sıx əlaqədədir və normayaratma fəaliyyəti zamanı müvafiq arxiv sənədlərinin öyrənilməsi vacibdir. 

Qonaqlar İdarənin tabeliyində fəaliyyət göstərən Dövlət Tarix Arxivində, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində sənədlərin saxlanılması şəraiti, mühafizəxanaların iş rejimi, həmçinin sənədlərin rəqəmsallaşdırılması prosesi ilə tanış oldular.

Sonda xatirə şəkli çəkdirildi.


Bugün: 837
Dünən: 817
Bu həftə: 837
Son həftə: 6197
Bu Ay: 6109
Son Ay: 25580
Bu İl: 218927
Ümumi: 1239348
1239348