05 İyul 2022 01:20 XƏBƏRLƏR Baxış sayı : 627
Bu il UNESCO-nun “Dünya yaddaşı” adlı proqramının yaradılmasının 30 illiyi qeyd edilir. Proqramın əsas məqsədi ümumdünya sənəd irsinin qorunmasıdır. Proqram çərçivəsində regional əməkdaşlığı inkişaf etdirmək məqsədilə 5 iyul 2022-ci ildə İİCAS tərəfindən “İpək yolunun sənəd irsi” adlı vebinar təşkil olunmuşdur. Vebinarda UNESCO, “Dünya yaddaşı” proqramının Asiya-Sakit okean komitəsi və İİCAS tərəfindən ekspertlər çıxış etmişdir.
Milli Arxiv İdarəsi tərəfindən vebinarda Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsi, beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova iştirak etmişdir.
Xatırladaq ki, UNESCO-nun “İpək yolunun kompeksli tədqiqatı – dialoq yolları” adlı layihəsi çərçivəsində 1995-ci ildə Səmərkənd şəhərində (Özbəkistan) Mərkəzi Asiya tədqiqatları üzrə Beynəlxalq İnstitut (İİCAS) yaradılmışdır. Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Koreya Respublikası, Qırğız Respublikası, Monqolustan, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan həmin İnstitutun tamhüquqlu üzv dövlətləridir.
Bugün: | 378 |
Dünən: | 1014 |
Bu həftə: | 5544 |
Son həftə: | 6066 |
Bu Ay: | 19440 |
Son Ay: | 28223 |
Bu İl: | 260481 |
Ümumi: | 1280902 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az