Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Vətən müharibəsində qazanılmış qələbənin 5 illiyi, Konstitusiyanın 30 illiyi və Azərbaycan arxivinin 105 illiyi çərçivəsində Dövlət Arxivinin Salyan filialında bir sıra tədbirlər keçirilib

           Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Salyan  filialının 2025 - ci ilin İş planına uyğun olaraq  filialda rayon ictimai xadimlərinin və müvafiq qurumların nümayəndələrinin, təhsil ocaqlarının müəllim, tələbə və şagirdlərinin iştirakı ilə “Açıq qapı” günlərinin, ekskursiyaların keçirilməsi nəzərdə tutulub.

4 noyabr 2025-ci il tarixində Dövlət Arxivinin Salyan filialında təşkil edilən “Açıq qapı” günündə Salyan rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Ağayev, Salyan rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Salyan rayon filialının sədri Arif Əsgərov iştirak ediblər.

          ARDA Salyan filialının direktoru Səkinə Məlikova qonaqlar qarşısında çıxış edərək arxivin əsas fəaliyyəti istiqamətləri o cümlədən  filialın əhatə etdiyi Cəlilabad, Biləsuvar və Neftçala rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi,  rəqəmsallaşdırılması və  elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.

5 noyabr 2025-ci il tarixində Salyan şəhər 4 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin də arxivə ekskursiyası təşkil edilib.  Arxivin direktoru şagirdlərə dövlət arxiv xidməti təşkilatlarının fəaliyyəti, arxivlərin dövlət idarəçiliyində rolu, sənədlərin mühafizəsi və istifadəsi haqqında məlumat verdi.

Hər iki tədbir zamanı filialın əməkdaşları Məlahət Sərdarova, Sədəf Nəcəfova Nərminə Əhmədova tərəfindən filialda mühafizə edilən arxiv sənədləri haqqında ətraflı məlumat verilmiş, qonaqların sualları cavablandırılmış, sənədlərin mühafizə şəraiti əyani şəkildə nümayiş etdirilmişdir.

            Tədbirlər açıq diskussiya şəklində davam etmişdir. 

 


Bugün: 1516
Dünən: 1519
Bu həftə: 3035
Son həftə: 9028
Bu Ay: 12063
Son Ay: 34711
Bu İl: 344820
Ümumi: 1657404
1657404