Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Vətən müharibəsində qazanılmış qələbənin 5 illiyi, Konstitusiyanın 30 illiyi və Azərbaycan arxivinin 105 illiyi çərçivəsində Dövlət Arxivinin Şamaxı filialında tələbələrin ekskursiyası təşkil edilib

          Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Şamaxı  filialının 2025 - ci ilin İş planına uyğun olaraq  filialda rayon ictimai xadimlərinin və müvafiq qurumların nümayəndələrinin, təhsil ocaqlarının müəllim, tələbə və şagirdlərinin iştirakı ilə “Açıq qapı” günlərinin, ekskursiyaların keçirilməsi nəzərdə tutulub.

Dövlət Arxivi Şamaxı filialının və  Şamaxı Dövlət  Regional Kollecinin  birgə təşkilatçılığı  ilə həmin Kollecin Sosial  iş  şöbəsinin Kargüzarlıq və Arxiv işi ixtisası üzrə təhsil alan tələbələrinin arxivə ekskursiyası təşkil edilib.  Arxivin direktoru Cavid Bağırov tələbələrə dövlət arxiv xidməti təşkilatlarının fəaliyyəti, arxivlərin dövlət idarəçiliyində rolu, filialın əhatə etdiyi Kürdəmir, Ağsu, İsmayıllı, Qobustan rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi,  rəqəmsallaşdırılması və  elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.

Daha sonra tələbələrin sualları cavablandırılmış, sənədlərin mühafizə şəraiti əyani şəkildə nümayiş etdirilmişdir. 


Bugün: 2338
Dünən: 1733
Bu həftə: 7154
Son həftə: 10337
Bu Ay: 55308
Son Ay: 55392
Bu İl: 207347
Ümumi: 1901272
1901272