Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Vətən Müharibəsi Şəhidlərinin şəxsi mənşəli arxiv fondlarının yaradılması davam edir...

“Milli Arxiv fondu haqqında” Qanuna uyğun olaraq 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş  Vətən övladlarının əziz xatirəsinin əbədiləşdirilməsi, həmçinin onlara aid olan sənədlərin vahid şəxsi arxiv fondunda toplanılması, mühafizəsi, istifadəsi və gələcək nəsillərə ötürülməsi məqsədilə müvafiq tədbirlərin görülməsi davam edir.  

Bu istiqamətdə Vətən Müharibəsi Şəhidləri Amal Əlişanlının, Süleyman Bağırovun, Fuad Bağırovun, Yusif Cəfərovun, Ramil Əliyevin, Elçin Əliyevin, Kamran Fərəcovun, Məharət Həsənovun, Nicat Hüseynovun, Emil Hümbətovun, Həsən Həsənovun, Namiq Xəlilovun, Şəhriyar İsmayılzadənin, Bəxtiyar İslamovun, Asif Qəribovun, Elnur Qarayevin, Röyal Məmmədovun, Əli Mənəflinin, Cavid Məmmədlinin, Xəqani Məmmədovun, Ruslan Rüstəmovun, Elvin Şıxəliyevin, Şəmsəddin Vəliyevin, Zeynal Zülfüqarlının şəxsi sənədlərinin və foto albomlarının surətləri Dövlət Arxivinin Şirvan filialına təqdim edilmişdir. 


Bugün: 1
Dünən: 821
Bu həftə: 5972
Son həftə: 7549
Bu Ay: 9905
Son Ay: 30229
Bu İl: 114299
Ümumi: 1426883
1426883