26 Yanvar 2021 08:36 XƏBƏRLƏR Baxış sayı : 865
Azərbaycan Respublikası Dövlət Arxivi Füzuli filialının direktoru vəzifəsində çalışan Quliyev Vüsal Tapdıq oğlu Vətən Müharibəsi başlayan gündən etibarən Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti – leytenant kimi ordu sıralarına qatılmış, Füzuli və Xocavəndin azad olunması istiqamətində döyüş yolu keçmişdir.
Qəhrəman zabitimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə “Cəsur döyüşçü”, 2020-ci il 25 dekabr tarixli Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Respublika arxivçiləri adından bir daha Xalqımızı Şanlı Qələbə münasibətilə təbrik edir, Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik. İgid Qazilərimizə Allahdan şəfa diləyirik.
Qarabağ Azərbaycandır!
Eşq olsun Şanlı Azərbaycan Ordusuna!
Şəhidlər ölməz, Vətən bölünməz!
Bugün: | 416 |
Dünən: | 1014 |
Bu həftə: | 5582 |
Son həftə: | 6066 |
Bu Ay: | 19478 |
Son Ay: | 28223 |
Bu İl: | 260519 |
Ümumi: | 1280940 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az