Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xalq artisti Fatma Qədrinin anadan olmasının 115 illiyi münasibətilə hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir

Milli teatr səhnəmizin ilk peşəkar aktrisası olan Fatma Qədrinin bu il anadan olmasının 115 illiyi tamam olmaqdadır. Bakı Teatr Texnikumunun ilk məzunlarından olmuş Fatma Qədri səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında (muasir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) başlamışdır. Bir müddət (1933-1936-cı illər) Bakı Rus Dram Teatrında fəaliyyət göstərən F.Qədri yenidən doğma sənət ocağına qayıtmış və ömrünün sonuna kimi burada çalışmışdır.

İfalarında əsla təkrarı sevməyən görkəmli aktrisa hər bir obrazının üzərində işləyərkən yaradacağı qəhrəmanın səs tonu ilə jestlərinin ahənginə ciddi yanaşma xüsusiyyətinə sahib idi. Aktrisanın məhz, bu xüsusiyyəti onun yaratdığı obrazlara geniş tamaşaçı rəğbəti qazandırmışdır.

Fatma xanımın böyük səhnə yaradıcılığı ilə yanaşı, uğurlu pedaqoji fəaliyyəti də olmuşdur. O, 1933-cü ildən Bakı Teatr Texnikumunda (1945-ci ildə Azərbaycan Teatr İnstitutu statusu almışdır) və Azərbaycan Dövlət Konservatoriyasında aktyorluq sənətindən dərs demişdir.

Deputat olaraq, ictimai həyatda da fəallıq göstərən Fatma Qədri 1943-cü ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülmüşdür.

Bu gün təqdim olunan sərgi görkəmli aktrisanın öz şəxsi fondunda saxlanılan sənədlər əsasında hazırlanmışdır.

Virtual sərgi ilə BURADAN tanış ola bilərsiniz.

 

 


Bugün: 532
Dünən: 859
Bu həftə: 3439
Son həftə: 4358
Bu Ay: 19569
Son Ay: 22161
Bu İl: 64116
Ümumi: 1084537
1084537