Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xalq artisti Həqiqət Rzayevanın anadan olmasının 115 illiyinə həsr olunmuş virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir

Həqiqət Rzayeva 1927-ci ildə böyük bəstəkar Müslüm Maqomayev tərəfindən dinlənmələrə dəvət olunur və səsi bəyənilərək Azərbaycan Dövlət Opera və Balet Teatrına işə götürülür. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsinə qəbul olunan Həqiqət xanım Rzayeva Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimov kimi usta musiqiçilərdən muğam dərsləri alır. 

Yaratdığı bir-birindən gözəl obrazlarla opera tariximizin qızıl səhifəsinə yazılmış görkəmli xanım ifaçının ən böyük nailiyyəti heç şübhəsiz ki, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında olmuşdur. Həmin opera tamaşasında kişi ifaçılar tərəfindən dəfələrlə oynanılan Ərəbzəngi rolunu Həqiqət xanım böyük məharətlə ifa etmişdir. Eyni sözləri Əsli, Leyli, Telli (“Əsli və Kərəm”, “Leyli və Məcnun”, ”Arşın mal alan” - Üzeyir Hacıbəyov) və Şahsənəm (“Aşıq Qərib” – Zülfüqar Hacıbəyov) obrazları haqqında da demək olar.

Həqiqət Rzayeva opera solisti olmaqla bərabər muğamlarımızın və xalq mahnılarımızın özünəməxsus ifaçısı idi. Onun kövrək və yanıqlı səsindən eşidilən hər bir muğam parçası və ya xalq mahnısı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanırdı. O, II Dünya Müharibəsi illərində dəfələrlə cəbhədə döyüşçülər qarşısında çıxış etmişdir.

H.Rzayeva kinomatoqrafçılar tərəfindən bir neçə dəfə film çəkilişlərinə dəvət olunmuşdur. Onun kino lentlərində ən yaddaqalan obrazı 1958-ci ildə kino rejissor Həbib İsmayılovun çəkdiyi “Ögey ana” filmində Qəmər xala obrazıdır.

Görkəmli vokal ustasının ölkə mədəniyyətinə etdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1943-cü ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülmüşdür.

        S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində öz şəxsi fondunda saxlanılan sənədlər əsasında hazırlanmış bu virtual sərgi  Azərbaycan professional opera və vokal sənətinin görkəmli xanım nümayəndəsi, Azərbaycan SSR xalq artisti Həqiqət Rzayevanın anadan olmasının 115-ci ildönümünə həsr olunmaqdadır.

Sərgi ilə BURADAN tanış ola bilərsiniz.


Bugün: 390
Dünən: 1014
Bu həftə: 5556
Son həftə: 6066
Bu Ay: 19452
Son Ay: 28223
Bu İl: 260493
Ümumi: 1280914
1280914