Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xalq artisti Həsənağa Salayevin 100 illik yubileyi münasibətilə hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir.

Romantik teatr məktəbinin son nümayəndəsi adlandırılan, güclü səs tembri, mükəmməl aktyor ifaçılığı ilə öz dövrünün səhnə nəhənginə çevrilən Həsənağa Salayev Azərbaycan teatr mədəniyyətinin inkişafında böyük xidmətləri olmuş səhnə ustalarındandır.

Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı obrazlar öz möhtəşəmliyinə görə seçilmiş və bu gün də xatırlanmaqdadır.

Görkəmli aktyor, coşğunluğu və çılğınlığı ehtiva edən romantik rollarla yanaşı, lirik və dramatik obrazları da böyük məharətlə ifa etmişdir. O, klassik və tərcümə əsərlərində yaratdığı obrazları müasir dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirməyi bacarırdı.

Teatr səhnəsində olduğu kimi kino sahəsində də yaddaqalan rollar ifa etmiş Həsənağa Salayev 1959-cu ildə respublikanın əməkdar artisti, 1974-cü ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.

05 dekabr 2021-ci il tarixində anadan olmasının 100 illiyi qeyd olunan görkəmli aktyorun səhnə yaradıcılığı hər zaman sənətsevərlər tərəfindən tədqiq və təbliğ olunacaq, hər daim yaddaşlarda yaşayacaqdır.

            S. Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanan sərgi ilə BURADAN tanış ola bilərsiniz. 

 

 

 

 

 


Bugün: 64
Dünən: 987
Bu həftə: 4328
Son həftə: 4759
Bu Ay: 14159
Son Ay: 20754
Bu İl: 79460
Ümumi: 1099881
1099881