07 Dekabr 2021 12:51 XƏBƏRLƏR Baxış sayı : 498
Bu il Azərbaycan teatrının dramatik qadın obrazlarının mahir ifaçısı, SSRİ və Azərbaycan SSR Xalq artisti Mərziyyə Davudovanın anadan olmasının 120 illiyi qeyd olunmaqdadır.
8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə dünyaya göz açmış Mərziyyə xanım teatr səhnəsində ilk addımlarını məktəbli ikən həvəskar aktyor truppaları tərəfindən hazırlanan tamaşalarda atmışdır. Daha sonra onun ifasını izləmiş böyük aktyor və rejissor Hüseyn Ərəblinski onu Bakıya dəvət etmişdir. 1919-cu ildə Bakıya gəlmiş Mərziyyə xanım, çox qısa müddət ərzində bir neçə teatr kollektivi ilə işləsə də, sonrakı bütün aktyorluq fəaliyyətini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə bağlamışdır. O, 45 il ərzində dahi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və möhtəşəm qadın obrazlarına həyat vermişdir.
Teatra gəlişi ilə böyük dəyişikliklərə imza atan bu aktrisa səhnədə təkcə Azərbaycan qadınlarının surətini deyil, dezdamonalar, ledimaqbetlər, gertrudlar kimi Qərb teatrından gələn neçə-neçə mürəkkəb obrazlar yaratdı. Onun obraza girmək məharəti o qədər güclü idi ki, heç bir mübaliğə olmadan bu qüdrətinə görə Mərziyyə xanım bir çox dahi aktyorlarla bir sırada fəxrlə dayanırdı.
S. Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanan sərgi ilə BURADAN tanış ola bilərsiniz.
Bugün: | 730 |
Dünən: | 1014 |
Bu həftə: | 5896 |
Son həftə: | 6066 |
Bu Ay: | 19792 |
Son Ay: | 28223 |
Bu İl: | 260833 |
Ümumi: | 1281254 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az