Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xalq artisti Sara Qədimovanın anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış virtual sənədlər sərgisi istifadəçilərin ixtiyarına verilmişdir

Nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınan və dinləyicilərin böyük məhəbbətini qazanan Sara Qədimova görkəmli ustadlardan klassik ifaçılıq sənətinin sirlərini öyrənərək yiyələnmişdi.

Xanım sənətçi öz gözəl və məlahətli səsi ilə Azərbaycan xalq musiqisi nümunələrinə - muğamlara, təsniflərə, xalq mahnılarına ayrı bir rəng, çalar qataraq milli musiqi sənətini daha da zənginləşdirmişdi.

Altmış ildən artıq bir dövrü əhatə edən sənət fəaliyyətini Azərbaycan mədəniyyətinin təbliğinə həsr etmiş Sara Qədimova istər İttifaq, istərsə də bir çox xarici ölkə səhnələrində uğurlu çıxışlar etmişdir.

Onun ölkə mədəniyyətinə etdiyi xidmətlər daima dövlət tərəfindən yüksək qiymətləndirilərək fəxri adlara və mükafatlara layiq görülmüşdür.

           Təqdim olunan bu virtual sərgi Azərbaycan professional opera və vokal sənətinin görkəmli xanım nümayəndəsi, Azərbaycan SSR xalq artisti Sara Qədimovanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuşdur.

Virtual sərgi ilə BURADAN tanış ola bilərsiniz. 

 

 

 

 


Bugün: 230
Dünən: 859
Bu həftə: 3137
Son həftə: 4358
Bu Ay: 19267
Son Ay: 22161
Bu İl: 63814
Ümumi: 1084235
1084235