Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xan Şuşinskinin anadan olmasının 120 illiyi münasibətilə hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir

Bu il Azərbaycan xalq musiqisinin görkəmli nümayəndələrindən biri Xan Şuşinskinin anadan olmasının 120 illik yubileyi qeyd olunmaqdadır.

Öz məlahətli səsi, əzəmətli səhnə duruşu və zəngin ifaçılığı ilə sənətsevərlərin yaddaşına həkk olunmuş istedadlı xanəndə neçə-neçə zərb muğamına və xalq mahnısına yeni nəfəs vermiş, onları özünəməxsus çalarlarla xalqa çatdırmış və sevdirmişdir.

Hələ uşaq yaşlarından böyük bir sevgi ilə bütün həyatını Azərbaycan xalq musiqi sənətinə bağlamış Xan Şuşinski böyük ustadlardan muğam xəzinəsinin sirlərini öyrənmiş və həm vətənimizdə, həm keçmiş ittifaqda, həm də ittifaqdan kənarlarda layiqli bir şəkildə muğam sənətini təmsil etmişdir. Bundan əlavə, respublika Xalq artisti Xan Şuşinski Azərbaycanda bu musiqi janrının yaşadılmasında və gənclərə öyrədilməsində çox böyük zəhmət və pay sahibi olmuşdur.

Azərbaycan xalq musiqi sənətinin parlaq bir ulduzu olan Xan Şuşinskinin irsi dövlətimiz və xalqımız tərəfindən hər daim qorunur və yaşadılır.

 

    Virtual sərgi ilə BURADAN tanış ola bilərsiniz.

 


Bugün: 1134
Dünən: 1212
Bu həftə: 7672
Son həftə: 6288
Bu Ay: 19242
Son Ay: 26944
Bu İl: 93407
Ümumi: 1405991
1405991