Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xanəndə, şair Ağakərim Nafiz Şirvaninin 80 saxlama vahidi həcmində səs və video sənədi mühafizə üçün Dövlət Səs Yazıları Arxivinə təqdim olunmuşdur

Ustad xanəndənin Dövlət Səs Yazıları Arxivində görüşü zamanı şəxsən təqdim etdiyi sənədlər arasında ifaları, onun haqqında lentə alınmış televiziya verilişlərinin videoyazısı, bəstələri, həmçinin şəxsi kolleksiyasında qoruyub saxladığı və 1930-cu illərə aid olan qiymətli qrammofon valları vardır.

1989-cu ildə Ağdamda keçirilən Xarı bülbülmuğam müsabiqəsinin qalibi olan Ağakərim Nafizin təqdim etdiyi maraqlı sənədlər sırasında xanəndənin 2001-ci ildə Fransada lentə alınmış ifası  zamanı  onu Azərbaycanın xalq artistləri tarzən Malik Mansurov və nağara ifaçısı  Natiq Şirinovla yanaşı, udda fransalı Mark Lopuytun  müşayiət etməsini əks etdirən sənədlər mövcuddur.

Qeyd etmək lazımdır ki, Ağakərim Nafiz haqqında 1997-ci ildə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində  “Naməlum səs” adlı  sənədli  film, 2018-ci ildə AZTV Mədəniyyət kanalında  “Yurd yeri” proqramı hazırlanmışdır.

         Hazırda qəbul edilən sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq arxivə qəbulu və fondlaşdırılması işləri həyata keçirilməkdədir.

 

 


Bugün: 1141
Dünən: 1212
Bu həftə: 7679
Son həftə: 6288
Bu Ay: 19249
Son Ay: 26944
Bu İl: 93414
Ümumi: 1405998
1405998