Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Yaşıl dağ” aksiyasında fəal iştirakına görə Milli Arxiv İdarəsinə təşəkkürnamə təqdim edilib

“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il  tarixli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq dövlət arxiv xidməti təşkilatlarında silsilə xarakterli tədbirlər həyata keçirilib.

           Bu məqsədlə İdarə və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatları tərəfindən ağacəkmə aksiyaları, abadlıq və təmizlik tədbirləri, iməciliklər, o cümlədən müxtəlif təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələri ilə birlikdə təşkil edilən tədbirlərdə ekoloji normaların qorunması naminə müxtəlif aksiyalar həyata keçirilib.

Milli Arxiv İdarəsi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Yaşıl Dağ” aksiyasına qoşularaq İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatları ilə birlikdə 5 ton kağız tullantını təhvil verib. Bununla Milli Arxiv İdarəsi kağız tullantıların təkrar emalını təşviq etməklə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına dəstək olmuşdur.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşən aksiyada 150 tondan çox kağız tullantıdan hazırlanmış “Yaşıl dağ”ın təqdimatı baş tutub. ASAN könüllülərinin və məktəblilərin tullantılardan hazırladığı əl işləri, mədəniyyət guşəsi nümayiş etdirilib.

“Yaşıl dağ” aksiyasında fəal iştirakına görə Milli Arxiv İdarəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşəkkürnamə təqdim edilib.

Qeyd etmək lazımdır ki, 9 ildir  fəaliyyətini davam etdirən "Yaşıl dağ" aksiyası və müvafiq proqram çərçivəsində 2000 tondan çox kağız tullantısı təkrar emala göndərilib, bununla 34.000-dən çox ağacın kəsilməsinin qarşısı alınıb, 400-dən çox ekoloji istiqamətdə layihə, 100-dən çox təmizlik və ağacəkmə aksiyası baş tutub.


Bugün: 386
Dünən: 816
Bu həftə: 2864
Son həftə: 6294
Bu Ay: 21867
Son Ay: 25108
Bu İl: 288016
Ümumi: 1308437
1308437