14 Oktyabr 2024 02:22 XƏBƏRLƏR Baxış sayı : 408
“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq dövlət arxiv xidməti təşkilatlarında silsilə xarakterli tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu məqsədlə İdarə və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatları tərəfindən ağacəkmə aksiyaları, abadlıq və təmizlik tədbirləri, iməciliklər keçirilməkdədir. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması, yaşıllıq zonaların genişləndirilməsi, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədilə növbəti tədbir Dövlət Arxivinin Şəki filialında həyata keçirilib.
Dövlət Arxivi Şəki filialının rəhbərliyi və kollektivi tərəfindən filialın həyətində abadlıq işləri görülüb, mövcud ağaclara, güllərə aqrotexniki qulluq göstərilib, gövdələri əhənglənib, ərazi alaq otlardan təmizlənib.
Bugün: | 505 |
Dünən: | 816 |
Bu həftə: | 2983 |
Son həftə: | 6294 |
Bu Ay: | 21986 |
Son Ay: | 25108 |
Bu İl: | 288135 |
Ümumi: | 1308556 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az