Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir

Virtual sərgi Leyla Bədirbəylinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin (Cavanşirovanın) anadan olmasının 100 illiyi tamam olur.

Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirmiş və layiqli nümayəndəsi olduğu nəslin yaradıcılıq prinsiplərinə daim sadiq qalaraq Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı vermişdir. Aktrisa “Arşın mal alan” filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanmış, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirmişdir.

Virtual sərgi ilə BURADAN tanış ola bilərsiniz. 


Bugün: 739
Dünən: 1075
Bu həftə: 3697
Son həftə: 6281
Bu Ay: 11817
Son Ay: 20603
Bu İl: 59038
Ümumi: 1371622
1371622