Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xalq rəssamı, professor Nazim Bəykişiyev tərəfindən 41 saxlama vahidi fotosənəd daimi mühafizə üçün Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Azərbaycan Respublikasının xalq rəssamı, Akademik Milli Dram Teatrın baş rəssamı, professor Nazim Bəykişiyev Dövlət Kino - Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 41 saxlama vahidi fotosənəd təqdim edib. Fotosənədlər Akademik Milli Dram Teatrında, Dövlət Musiqili Teatrında rəssamın iştirakı ilə hazırlanan tamaşalardakı yaddaqalan anları əks etdirir. Eyni zamanda fotosənədlər - xalq rəssamının ömür və yaradıcılıq yoluna işıq salır, onun əsərlərini tədqiqatçılara çatdırır. Xalq rəssamı Nazim Bəykişiyev Oktay Kazımovun ”Qızıl toy”, Emin Sabitoğlunun “Nəğməli könül”,  Ramiz Mirişlinin “Qaçırılmış qız”,  Hüseyn Cavidin “İblis”,  Mir Cəlal  Paşayevin “Dirilən adam”  və onlarla tamaşaların quruluşçu rəssamı olub.

 Hal – hazırda arxivdə qəbul olunmuş fotosənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa məlumat hazırlanır.

 


Bugün: 616
Dünən: 856
Bu həftə: 3109
Son həftə: 5782
Bu Ay: 23765
Son Ay: 20603
Bu İl: 70986
Ümumi: 1383570
1383570