Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

140 yaşlı seminariya

Son Yenilənmə : 2022-02-08 04:15:57
Baxış sayı : 1311

Azərbaycanın təhsil tarixində əhəmiyyətli rol oynamış, təhsil tariximizdə rolu, xidməti olmuş və izi qalmış təhsil ocaqlarından biri də İrəvan Müəllimlər Seminariyasıdır. Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin  “İrəvan Müəllimlər Seminariyasının 140  illiyinin qeyd edilməsi haqqında”  29 dekabr 2021-ci il tarixdə imzaladığı Sərəncamda qeyd edilirdi:“İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir.”

      Azərbaycanın təhsil tarixində əhəmiyyətli rol oynamış təhsil müəssisələrindən sayılan İrəvan  Müəllimlər  Seminariyası  “Kytaisi    İrəvan   quberniyalarında  müəlllimlər  seminariyalarının təşkil  edilməsi haqqında ” Rusiya İmperiyasının Dövlət Şürasının 20  oktyabr 1880-cı il  tarixli qərarına uyğun olaraq yaradılmışdır. Rusiya İmperiyasının Dövlət Şürasının üç maddə və qətnamədən  ibarət olan 20  oktyabr 1880-cı il  tarixli qərarında qeyd edilirdi:”1) İmperiyada Müəllimlər Seminariyası və  Zaqafqaziya Müəllimlər Seminariyası haqqında Əsasnamələr əsasında Kytaisi və İrəvan   quberniyalarının hər birində bir Müəllimlər Seminariyası açılsın...3) Ştatların layihələri  üzrə Seminariyaların saxlanması üçün-Kutaisi Seminariyasına-27.800  rubl,İrəvan  Seminariyasına 28.350 rubl, yekun olaraq isə Zaqafqaziya diyarının yerli büdcəsinə ildə   əlli altı min yüz əlli rubl keçirilsin...”.

      İrəvan Müəllimlər Seminariyasının təntənəli açılışı 1881-ci il noyabrın 8-də həyata  keçirilmişdir. İrəvan müəllimlər seminariyasında digər elmi-fənnlərlə yanaşı Azərbaycan  dili fənninin və şəriət dərslərinin tədris edilməsi üçün seminariyanın ştat cədvəlində  müvafiq ştat vahidi nəzərdə tutulmuşdu.İrəvan müəllimlər seminariyasının nəzdində  Azərbaycan şöbəsinin yaradılması haqqında tarixi  mənbəələrdə hər hansı bir məlumat  aşkar edilməmişdir.Tarixi mənbələrdə seminariyanın ştat cədvəlində müsəlman dini üzrə  şəriət dərsləri və Azərbaycan dili fənninin tədris edilməsi üçün müvafiq ştat vahidinin  ayrıldığı barədə məlumatlar vardır.

      İnqilabdan əvvəlki Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri olan və Tiflisdə,Qafqaz  Canişinin Baş İdarəsinin nəzdində dərc edilmiş və Qafqaza aid statistik,sorğu və adres  məlumatları toplanmış “Кавказский Календарь”-da dərc olunmuş məlumatlara görə  Axund Məmməd Bağır Qazızadə1883-cü ildən başlayaraq uzun illər ərzində İrəvan  müəllimlər seminariyasında Azərbaycan dili  fənnini və şəriət dərslərini tədris etmişdir.

      Qeyd edirik ki,Qafqazın ayrı-ayrı yerlərində, o cümlədən Kubanda və Kutaisi  quberniyasında açılmış seminariyalarda  Azərbaycan dilinin və şəriət dərsləri tədris edilmədiyi halda, İrəvan müəllimlər  seminariyasında Azərbaycan dili və şəriət dərsləri tədris edilirdi və bu heç də təsadüfü deyildir. Çünki, bu seminariya xalqımızın tarixən qədim  torpaqlarından  sayılan İrəvan   mahalında yaradılmışdı.Həmin mahalda yaşayan əhalinin əksəriyyətini azərbaycan  türkləri, müsəlmanlar təşkil edirdi.Seminariyada Azərbaycan dilinin və şəriətin tədris  edilməsi dövrün tələbi idi.Təhsil almaq üçün seminariyaya gəlmiş azərbaycanlı  müsəlman gənclər ilk pedaqoji təhsillərini seminariyada aldıqdan sonra həyat  fəaliyyətlərini azərbaycanlıların yaşadığı kəndlərdə ibtidai məktəblərin yaradılması işinə  və yaxud mövcud  ibtidai kənd məktəblərində müəllimlik peşəsinə həsr edərək,xalq  kütlələri arasında elm və maarifin yayılması və savadsızlığın aradan qaldırılması işində  yaxından iştirak edirdilər.

      İrəvan Seminariyasının çar hökuməti tərəfindən mürtəce məqsədlərlə açılmasına  baxmayaraq,bu təhsil ocağı mövcud olduğu 37 il ərzində öz fəaliyyəti ilə Cənubi  Qafqazda,o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni- maarif işinin  inkişafında  əhəmiyyətli  rol oynamışdır.

      1881-ci ildə İrəvan mahalında seminariyanın açılmasından savayı daha iki mühüm hadisə  baş vermişdir.Belə ki,İrəvan mahalında İrəvan gimnaziyası və yeni tipli Uluxanlı məktəbi  də yaradılmışdır.Qori müəllimlər seminariyasının məzunu F.Köçərli 1885-ci ilin iyununda  İrəvan gimnaziyasına Azərbaycan dili və şəriyət müəllimi təyin edilmişdir. F.Köçərli, bu tədris  ocağında  10  il  müddətində  pedaqoji  fəaliyyətini  davam  etdirmişdir. Qori  müəllimlər seminariyasının digər məzunu Cəlil Məmmədquluzadə 1887-ci  ildə  Qori  seminariyasını bitirdikdən sonra İrəvan və Yelizavetpol xalq məktəbləri direktorluğunda  yerləşən Uluxanlı məktəbinə müəllim təyin edilib və ilk dərsini həmin məktəbdə demişdir.

      Azərbaycanda ibtidai kənd məktəblərinin yaradılması işində Qori müəllimlər  seminariyasının məzunları ilə yanaşı İrəvan müəllimlər seminariyasını bitirmiş məzunlar  da yaxından iştirak etmişdilər.İlk pedaqoji təhsilini həmin seminariyada almış bir sıra  azərbaycanlı gənclər sonralar təhsillərini Rusiya və Avropanın müxtəlif ali təhsil  ocaqlarında davam etdirərək təhsillərini başa vurduqdan sonra vətəninə-Azərbaycana  qayıtmış və ölkəmizdə elm,mədəni-maarif işlərinin, habelə iqtisadiyyatın müxtəlif  sahələrinin inkişaf  etdirilməsində yaxından iştirak etmişdilər.Xalqımızın bir sıra tanınmış nümayəndələri, maarif fədailəri-Həmid  bəy  Şahtaxtinski,Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov,Tağı bəy Səfiyev,Vahid Musabəyov,Fərrux Ağakişibəyov, İbadulla  Muğanlinski, Ş.Mahmudbəyov, C.Məmmədov və başqaları vaxtilə ilk pedaqoji təhsillərini  İrəvan müəllimlər seminariyasında almışdılar.

      Milli təhsil tariximizdə Qori və İrəvan müəllimlər seminariyasının olduqca əhəmiyyətli rolu  danınmazdır.1898-ci ildən 1902-ci ilədək İrəvan müəllimlər seminariyasının direktoru vəzifəsini tutmuş Mixail Alekseyeviç Miropiyev 1903-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasına yeni direktoru təyin edilərkən dekabr ayında Qori şəhərinə gələrək  seminariyanın şəxsi heyəti  və yetirmələri qarşısında çıxış etmişdir.M.A.Miropiyevçıxışında Zaqafqaziya Müəllimlər Seminariyasının  fəaliyyəinə yüksək qiymət  vermiş, Seminariyanın  1900-cu  ildə  Parisdə  keçirilən  müəllimlər  seminariyasının  ümumdünya  sərgisində   layiqincə  iştirak  etdiyini, seminariyaların   Qafqaz  yubiley  sərgisində  isə  yüksək mükafata layiq görüldüyünü bildirərək seminariyaya onun kiçik baçısı-İrəvan  Müəllimlər Seminariyasından təbriklər gətirdiyini qeyd etmişdir. M.A.Miropiyev İrəvan  Müəllimlər Seminariyasını Oori   Müəllimlər  Seminariyasının kiçik  bacısı adlandırmışdı.

      XIX əsrin sonu XX əsrin əvvəllərində ibtidai məktəblər üçün  azərbaycanlı  müəllimlər  əsasən Qori və İrəvan seminariyalarında hazırlanırdı.Lakin bu təhsil ocaqları Azərbaycan  dili müəllimi hazırlamırdılar.Həmindövrdə Azərbaycan dili müəllimlərinin  hazırlanmasında  sistemsizlik  hökm  sürürdü. 1905-1907-ci  illərdə  Azərbaycan  dili  müəllimlərinin  hazırlanması o dövrdə fəaliyyət göstərən mədəni-maarif cəmiyyətlərinin açdıqları  kurslarda; Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri müdriyyətinin  kurslarında;Yelizavetpol  mədrəsəsində, habelə Tağıyevin qız məktəbində,həmçinin  1915-ci ildə açılmış qadın pedaqoji kurslarında həyata keçirilirdi.

     Azərbaycanda xalq maa­rifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox nümayəndələri  ilk  pedaqoji  təhsillərini  Qori    İrəvan  müəllimlər seminariyasında almışdılar. Azərbaycanda pedaqogika elminin yayılması və inkişaf  etdirilməsi, xalq maarifinin bütöv bir dövrü  məhz Qori və İrəvan müəllimlər seminariyasının məzunlarının fəaliyyəti ilə bağlı olmuşdur. Azər­bay­can­da xalq maarifi və məktəbinin, pedaqoji fikir tarixinin tanınmış tədqiqatçısı aka­de­mik H.Əhmədov  qeyd edir ki,:”M.V.Lomonosov adına Moskva Dövlət Uni­versitetinin məzunları Rusiyada elm, mədəniyyət və incəsənətin inkişafında hansı xid­­mətləri göstərmişdilərsə,Qori Müəllimlər Seminariyasının məzunları da Azər­bay­can  üçün  həmin  xidmətləri  göstərmişlər.” Xalqımız  tərəfindən Qori    İrəvan  seminariyasının  məzunlarının  xalqımız  qarşısında  tarixi  xidmətlərini  unutmamışdır. Həmin  təhsil  ocaqlarının milli  təhsil  tariximizdəki  yeri     rolu  bu gün də  öyrənilir, tədqiq  edilir, gənc   nəslin, tələbələrin  elmi-pedaqoji  biliyinin  artırılmasında istifadə  edilir.

Rafiq Səfərov

Milli Arxiv İdarəsinin baş məsləhətçisi

 



Bugün: 860
Dünən: 817
Bu həftə: 860
Son həftə: 6197
Bu Ay: 6132
Son Ay: 25580
Bu İl: 218950
Ümumi: 1239371
1239371