Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

1918-1920-ci illərin "Azərbaycan" qəzetində Qarabağ məsələsi

Son Yenilənmə : 2023-09-11 10:45:56
Baxış sayı : 575

Şərqdə, müsəlman -türk aləmində ilk demokratik dövlət kimi tarixə düşmüş Azərbaycan  Xalq Cümhuriyyətinin yaradılması və onun fəaliyyəti  xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra dövlət atributlarından  biri sayılan rəsmi dövlət mətbuat orqanının yadılması Cümhuriyyət hökumətinin  qarşısında duran  vacib məsələlərdən biri sayılırdı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 03 iyul 1918-ci il tarixli qərarı ilə hökumət orqanı olan “ Azərbaycan hökumətinin xəbərləri”(«Вестник правительства Азербайджана») adlı mətbu orqanın nəşrinə başlanıldı. Bununla yanaşı, Cümhuriyyət hökumətinə bu hökumətin siyasi kursunu  yayan və  onu xalqa izah etməyi bacaran  mətbuat orqanı lazım idi. Azərbaycan Xalq Cümhuriyyəti  hökumətinin mətbu orqanının yaradılması hökumətin qarşısında duran başlıca vəzifələrdən biri sayılırdı. Belə mətbu orqanın yaradılması istiqamətində hökumətin ciddi səyləri nəticəsində 1918-ci il sentyabrın əvvəllərində Gəncədə “Azərbaycan” adlı hökumət qəzetinin nəşri haqqında qərar qəbul edildi. Yeni yaradılacaq qəzetin adının “Azərbaycan” olması heç də təsadüfü olmamışdı. Yenicə yaradılmış müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin adını Azərbaycan və rus dillərində çıxan “Azərbaycan” qəzetinin adı ilə də dünyaya yaymaq məqsədəuyğun idi  və buna həmçinin  ehtiyac da duyulurdu.

“Azərbaycan” qəzetinin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində  çap olundu.”Azərbaycan” qəzetinin ilk nömrəsi dörd səhifədən ibarət olmuşdur ki, onun da iki səhifəsi  Azərbaycan, iki səhifəhifəsi isə rus dillərində  çap olunmuşdur. Qəzetin “ Heyəti təhriyə “ imzası ilə işıq üzü görən ilk sayında “Bakının süqutu” haqqında  həm Azərbaycan, həm də rus dillərində  yazılar dərc  edilmişdir. “Azərbaycan” qəzetində  ölkəmizdə və dünyada baş verən ictimai, iqtisadi və siyasi proseslərə,həmçinin  erməni-müsəlman toqquşmasına    ziddiyyətlərinə, eləcə də erməni-müsəlman toqquşmalarının  Rusiya mətbuatında necə əks etdirilməsinə  diqqət yetirilirdi.

“Azərbaycan” qəzetinin səhifələrində müxtəli rubrikalar, o cümlədən “Hökimət qərarları”, “Rəsmi xəbərlər”, Teleqraf xəbərləri”, “Xarici xəbərlər “, “Azərbaycanda”, “Bakı xəbərləri”, “Rusiyada”,” Ermənistanda” , “Gürcüstanda”, Türkiyədə”, “Türkiyə mətbuatı”, “Qəzetlərdən”, “Sülh ətrafında”, “İrəvan müsəlmanlarının halı”, “Teatr və musiqi”, və s. var idi. “Azərbaycan” qəzetinin səhifələrində M.Ə.Rəsulzadə, Ü. Hacıbəyli,Xəlil İbrahim, Fərhad Ağazadənin, Hacı İbrahim Qasımov,Məhəmməd ağa Şaxtaxtılı, Adilxan Ziyadxan, Əliabbas Müzhib, Şəfiqə Əfəndizadənin  və başqalarının  Azərbaycanın tarixinə, ədəbiyyatına və iqtisadiyyatına, sənayesinə , ticarət tarixinə, maarifinə, mədəniyyətinə, siyasi vəziyyətinə və s. dair seriyalarla məqalələri dərc olunmuşdur.

“Azərbaycan” qəzetinin ilk nömrəsində Avropa müharibəsinin başladığı  andan etibarən  “Zaqafqaziyanın müsəlman əhalisi üzərində törədilmiş zorakılıqların təhqiq edilməsi və əhaliyə vurulmuş ziyanın həcminin müəyyən edilməsi”   üzrə komissiyanın yaradılması haqqında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 15 iyul 1918-ci il tarixli  qərarı yerləşdirimişdi. Həmin nömrədə həmçinin məlumat verilirdi ki, İrəvan quberniyasındakı  müsəlmanların vəziyyəti  olduqca acınacaqlı və təsvir edilməzdir.Cari ilin aprelin sonlarında dağıdılaraq talan edilmiş müsəlman kəndlərinin sayı-199; həmin kəndlərin əhalisinin sayı 135 000 nəfər olmuşdur ki, onların da bir hissəsi ermənilər tərəfindən öldürülmüş və acından qırılmışdılr, bir hissəsi isə türk qoşunlarının tutduğu ərazilərə köçmüşdülər. Zaqafqaziyadakı  vəziyyətlə tanış olmayan  bu sətirləri oxuyan oxucu heyrətə gələr. Müsəlmanların  guya yazıq və  müdafiəsiz   xristian xalqı olan ermənilər üzərində zorakılıq  etdiyi  haqqında  ermənilərin xarici mətbuatda sistematik olaraq hər gün car çəkdiyi  halda,  birdən bəlli olur ki, zorakılıq ermənilərə qarşı müsəlmanlar tərəfindən deyil, əksinə ermənilər tərəfindən müsəlmanlara qarşı həyata keçirilmişdir.

“Azərbaycan” qəzetində ölkəmizin qədim  guşələrindən biri olan  Qarabağda, xalqımızın tarixi beşiylərindən biri sayılan  bu yarixi dilbər guşədə baş verən hadisələrə, və onun vəziyyətinə, ümumiyyətlə  Qarabağ məsələsinə xüsusi diqqət yetirilirdi. Təsadüfü deyildir ki, “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru olmuş İbrahim Xəlilin eyni vaxtda , həm Azərbaycan həm də rus dillərində “Qarışıq günlərdə  Qarabağın vəziyyəti”(«Положение Карабаха в смутные дни») sərlövhəli silsilə məqalələri dərc  edilmişdir. Tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Akif Aşırlının “Xəlil İbrahim.İstiqlal yazıları” adlı kitabında o cümlədən qeyd edilir:”1917-ci ilin oktyabr ayından sonra Qarabağdakı vəziyyəti təsvir   təhlil edən İbrahim Xəlilin qeydlərindən anlaşılır ki, Qafqaz İslam Ordusu ilə yanaşı  Azərbaycan hərbi qüvvələri  Azərbaycanın  ərazi bütövlüyü uğrunda döyüşdüyü vaxtlarda Xəlil İbrahim Şuşada olub və Qarabağda cərəyan edən hadisələri “Qarışıq günlərdə  Qarabağın vəziyyəti” adlı məqaləsində təfsilstı ilə  qeydə alıbdır”.

 Qafqaz İslam Ordusu  Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşı zamanı Şuşada olub.1918-ci ilin 31 mart soyqırımından sonra doğulduğu yurda qayıdan X. İbrahim Qarabağda cərəyan edən hadisələri təfsilatı ilə qələmə alır, Şuşanın 12 silahlı erməni kəndi tərəfindən mühasirədəki vəziyyətinə, əhalinin çarəsizliyinə toxunur. Əsgəran keçidinin erməni silahlıları tərəfindən zəbtindən sonra Şuşanın  ətrafla əlaqəsi  kəsilir  və nəticədə  orada ərzaq və su qıtlığı yaranır. Həmin vaxtlar Şuşada yaşayan əhalinin sayının 40 minə yaxın olduğu və onların da əksəriyyətinin müsəlmanlar təşkil etdiyi bildirilirdi. Hələ bu az imiş kimi ermənilər özlərinin “milli qəhrəmanları” saydıqları  Andronik və Şaxnazaryanın tezliklə Şuşaya gələcəyi haqqında şayiələri ilə müsəlman-türk əhalisinin narahatlığını artırırdılar.

Qafqaz İslam Ordusu ilə yanaşı  Azərbaycan hərbi qüvvələrinin  Azərbaycanın  ərazi bütövlüyü uğrunda döyüşdüyü vaxtlarda Xəlil İbrahim Şuşada olub və Qarabağda cərəyan edən hadisələri təfsilstı ilə  qeydə alıbdır.

Şuşa əhalisi şəhər komendantı Həsən Bəsri bəyin rəhbərliyi ilə özünümüdafiə qüvvələri yaradır, səfərbərlik elan olunur 15 yaşından 60 yaşınadək kişilər siyahiya alınır və onlara hərbi təlimlər keçirilirdi. Mühasirə vaxtı Şuşanı tif  epidemiyası bürüyür və hər gün 30-40 adam bu bəladan dünyasını dəyişirdi. Digər tərəfdən ərzaq və su qıtlığı əhalinin sabaha umidini azaldırdı.Belə ağır və çətin durumda  Azərbaycan-Türkiyə hərbi birliyi və yerli könüllü dəstələrdən formalaşan Qafqaz İslam Ordusu Qarabağın harayına yetişir. Cəmil Cahid və İsmayıl Həqqi bəyin dinc yolla ermənilərin təslimi haqqındakı ultimatumu öz işini görür. Xəlil İbrahimin yazdığı kimi, bir güllə atmadan Şuşa azad olunur.”

Xəlil İbrahimin 21(8); 23(10);  28(15) oktyabr  1918-ci il    1 noyabr(19 okt.) 1918-ci il tarixli “Azərbaycan” qəzetinin anadilli və rusca nəşrində davamlı 4(dörd) sayda dərc olunan“Qarışıq günlərdə  Qarabağın vəziyyəti”(«Положение Карабаха в смутные дни») məqaləsi Qafqaz  İslam Ordusunun  Qarabağ hərəkatı tarixinin öyrənilməsində əhəmiyyətlidir. “Azərbaycan” qəzetində erməni-müsəlman toqquşmalarının  Rusiya mətbuatında necə əks etdirilməsinə də xüsusi diqqət yetirilirdi.Məsələn,“Aзербайджан” qəzetinin  08 dekabr 1918-ci il tarixli,  55-ci  sayında  qeyd edilirdi:” Biz azərbaycanlılar, siyasətdə hələ bişməmişik, digərlərinin, xüsusilə bizim bədxahların  istifadə etdikləri üsullardan istifadə edə bilmirik. Biz bütün Avropaya səs-küy salıb  böyük dünyanı kandarından çıxara bilməmişik, hətta Avropada hamılıqla qəbul edilmiş qaydada  özümüzə yaxşı bir dövri mətbuat yarada bilməmişik. Erməni-müsəlman toqquşmalarının ilk acınacaqlı günlərindən başlayaraq Rusiyanın tərəqqipərvər mətbutının böyük əksəriyyəti müsəlmanlara  qarşı  münasibətdə düşməncəsinə  mövqe seçdilər, müsəlmanları irticaçılıqda, onları mütləqiyyətin dayağı  olmaqda, qaragüruhçuluğa  meyilli olmaqda, vəhşiliklərdə  və s. günahlandırdılar. Hərdən  belə məzəli hallar da olurdu ki, onların böyük “akademik” orqanlarında guya  müsəlmanlar tərəfindən məhv edilmiş Qafqazda heç vaxt mövcud olmayan  şəhərlərin adları da peyda olurdu. Rusiyanın paytaxt mətbuatlarında belə hay-küyün yaradılması  avropa və dünya mətbuatına  da təsirsiz ötüşmür və müsəlmanlar haqqında  Qustav Emarın romandakı hansısa  qırmızı dərilinin təəssüratını yaradırdı.”Müsəlman vəşiliklərinin qurbanları haqqında isə müxtəlif  ölkələrin parlamentlərində sorğu edilirdi. “Qafqazda həmişə  “döyülmuş döyülməmişi”  daşıyıbdır və bizim vəziyyətimiz də həmin bacarıqsız yekəpər oğlanın vəziyyətini xatırladır. Bütün bunlar bizim hay-küy sala bilmədiyimiz, həmçinin  “yaxşı mətbuat” yarada bilmədiyimiz ucbatından baş veribdir. Biz  öz məqsədlərinə çatmağın yolundan baş açmayan  siyasi rəqiblərimizə oxşamağı bacarmırıq və bunu istəmirik də. Biz sakitcə və soyuqqanlılıqla, öz haqlılığımızı dərk edərək təmiz vicdanla öz məqsədimizə doğru irəliləyirik və inanırıq ki, bizimlə yanaşı olan gözlərini ədavət və  eqoist tamah hissləri tutmayan hər kəs və millətər tərəfindən bizim  loyallığımız, səmimiyyətimiz  və urəyi açıqlığımız  tanınacaqdır. Fakt meydandadır. İstəyən yoxlaya bilər.”

Tarix şahiddir ki, XX əsrdən başlayaraq uzun illər erməni daşnakları əsassız olaraq Azərbaycana qarşı  ərazi iddiaları irəli sürürlər. Bu hal indiki dövrdə də davam edir. Hazırki dövrdə“xalqların öz müqəddaratını təyin etmək”şüarı altında təcəvüzkar erməni millətciləri və onların havadarları tərəfindən Azərbaycan Respublikasının ərazisini parçalamaq cəhdləri davam edir. Bütün bunlar təcavüzkar erməni millətçiləri tərəfindən yürüdülən və perspekti olmayan köhnə, iyrəncsiyasətindavamıdır.HazırdaAzəbaycanaqarşıirəli sürdükləri ərazi iddialarının əsassız olduğunu və onun iflasa uğradığını görən erməni millətçiləri və onların havadarları dünya ictimaiyyətinin fikrini azdırmaq məqsədilə elan edirlər ki, artıq onların Azərbaycana qarşı ərazi iddiaları yoxdur və Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verməyə, xalqımızın qədim yurdlarından biri olan Qarabağı Azərbaycanla qarşı-qarşıya qoymağa çalışırlarki, bu da erməni millətçillərinin növbəti cəfəngiyyatıdır.

Çünki,Qarabağ Azərbaycan xalqının tarixi beşiyidir, əzəli və əbədi torpağıdır. Qarabağı Azərbaycanla qarşı-qarşıya qoymaq cəhdləri ermənilər tərəfindən hələ 100 il bundan əvvəl 1918-1920-ci illərdə də edilmiş və əlbəttə ki, heç bir müvəffəqiyyətə nail olmamışdılar. 21 (8) oktyabr 1918-ci il tarixli 14 №li “Azərbaycan”qəzeti yazırdı:”...ermənilər müsəlmanları qışda Qarabağ respublikasını tanımağa məcbur etmək istədilər. Ermənilər qurultay çağırdılar... həmin  qurultayda ermənilərin əsl siyası siması üzə çıxdı. Qurultayın çağırılmasına qədər olan müddətdə ermənilərin təntənə ilə elan etdikləri sosializm, qardaşlıq, ədalət kimi şüarları unutdular. Səhnədə yalnız daşnakların dar millətçiliyi qaldı. Sırf daşnaklardan  ibarət hökumət yaradıldı və onlar yalnız Andranik və Şahnazarovun gəlişini  gözləyirdilər ki, müsəlmanlara güc tədbiq etməklə özlərinə tabe etsinlər.” Lakin   Azərbaycan hökuməti erməni millətçilərinin bu niyyətlərini alt-üst etdi.  1919-cu  ilin yayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəti mövqeyi və  məqsədyönlü siyasəti nəticəsində Respublikanın Qarabağda suveren hüquqları  bərpa  edildi. Parisdə olan Azərbaycan nümayəndələrinə göndərilən məlumatda qeyd edilirdi: “Qarabağ adlandırılan məsələ qəti şəkildə həll edildi... 7-ci  erməni qurultayında Qarabağ errmənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq haqqında Qarabağın general qubernatoru Xosrov bəy Sultanovla sazış bağladılar.”

Tarix onun ibrət dərslərindən düzğün nəticə  çıxarmayanları  heç  vaxt  bağışlamayıbdır. Azərbaycana qarşı işğalçılıq müharibəsi aparan,dərin sosial-iqtisadi və mənəvi böhran yaşayan Ermənistan Azərbaycan Respublikasına qarşı yürütdükləri işğalçı siyasətindən əl çəkməlidir. Gec də  olsa, separatçı erməni-daşnak qüvvələri Qarabağda törətdikləri özbaşınalıqlara son  qoymalı və  birdəfəlik dərk etməlidirlər ki, əzəl və əbəd türk torpağı olan Dağlıq Qarabağda  ikinci erməni dövləti yaradılmasına Azərbaycan xalqı  heç vaxt  imkan  verməyəcəkdir. Mütərəqqi dünya ictimaiyyəti dirçəlməkdə olan vəQarabağda,xüsusilə də Xocalıda nümayiş etdirilmiş erməni faşizminin inkişafına yol verməməli, mütərəqqi bəşəriyyətin birgə səyi ilə dirçəlməkdə olan erməni faşizminin   qarşısı  alınmalıdır. 

 

 

 Rafiq  SƏFƏROV

Milli Arxiv İdarəsinin

Arxiv sənədlərinin nəşri, istifadəsi və

informasiya təminatı şöbəsinin

baş məsləhətçisi

 

 

 

 

 

İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:

[1] .Ataxan Paşayev. “Azərbaycan qəzeti necə yarandı?”. Açılmamış səhifələrin izi ilə. Bakı.2001.səh.101-110

2. «Азербайджан», 25 сентября,1918г; З.М.Буниятов. История Азербайджана по документам и публикациям.Баку 1990.с.275;

3. Akif Aşırlı-“İstiqlal yazıları”.Bakı-2022.

4.. З.М.Буниятов. История Азербайджана по документам и публикациям.Баку 1990.с.281;

Азербайджан,№16,23(10) октября,1918г.

5.З.М.Буниятов. История Азербайджана по документам и публикациям.Баку 1990.с.279-285;

6. Азербайджан.8 декабря 1918г.№55;

З.М.Буниятов. История Азербайджана по документам и публикациям.c.273-274

 



Bugün: 260
Dünən: 774
Bu həftə: 5629
Son həftə: 6350
Bu Ay: 18338
Son Ay: 25108
Bu İl: 284487
Ümumi: 1304908
1304908