ƏLAQƏ
RƏHBƏRLİK
ARDETSA-nin qısa tarixi
Arxivdə 170 fond, 188.361 iş mühafizə edilir. Sənədlərin xronoloji dövrü 1873 – 2011-ci illəri əhatə edir.
Azərbaycan SSR Dövlət Elmi-Texniki və Tibbi Sənədləri Arxivi Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 24 iyul tarixli 338 saylı qərarı ilə yaradılmışdır. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin təklifi nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 11 mart tarixli 107 saylı qərarı ilə arxivdə bilavasitə elm və texnikaya aid sənədləri cəmləşdirmək məqsədilə arxivdə saxlanılan tibb sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə verilmiş və indi arxiv Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivi kimi fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə edilən elm və texnika sənədlərinin fondları respublikada xalq təsərrüfatının aşağıdakı sahələri üzrə qruplaşdırılmışdır: neft hasilatı və neft maşınqayırma sənayesi, neftayırma və neft kimya sənayesi, energetika, nəqliyyat tikintisinin inkişafı, su təsərrüfatı, tikinti işləri, ərzaq sənayesi, texnika elmləri, neftkimya prossesləri və neftayırma elmləri sahələri.
Arxivdə mühafizə edilən elm və texnikanın müxtəlif sahələrində çalışaraq səmərəli işlər aparmış tanınmış alimlərdən Seyid Rzanın, K.Babazadənin, A.Xanlarovanın, N.Babayevin, V.Tixamirovun, İ.Yesmanın, E.İbrahimovun, M.Şərifovun, M.Dalinin, L.Məlik Aslanovun, A.Əliyevin, Ə.Daydəmirovanın, M.Xeyirovun, A.Abbaszadənin, F.Rəcəblinin, S.İmanovun və başqalarının şəxsi fondları da tədqiqatçı üçün xeyli material verə bilər.
Arxivdə mühafizə edilən şəxsi fondlardan böyük bir qismi səhiyyə işinin və tibb elminin inkişafında sanballı xidmətləri olmuş görkəmli alimlərə məxsusdur. Bunların arasında Mir Məmməd Cavadzadənin (1947-1986-cı illər). Məhbubə Mahmudbəyovanın (1916-1975-ci illər), Şükür Həsənovun (1924-1973-cü illər), Məmməd Əmin Əfəndiyevin (1917-1980-cı illər), Umnisə Musabəyovanın (1945-1974-cü illər), Bala Məcidovun (1925-1975-ci illər), Cəlal Hüseynovun (1926-1970-ci illər), Adilə Namazovanın (1944-1993-cü illər) şəxsi fondları diqqəti daha çox cəlb edir. Elmi monoqrafiyalar, məqalələr, ölkəmizin və xarici ölkələrin sahə üzrə elmi müəssisələri, tanınmış alimləri və dövlət xadimləri ilə yazışmalar, foto şəkillər, bioqrafiq məzmunlu arayışlar, xasiyyətnamələr, məruzələr, elmi hesabatlar və digər sənədlər bu alimlərin çoxşaxəli fəaliyyətləri ilə yanaşı həm də təbabət tariximizin son 80 ilə yaxın dövrünün ayrı-ayrı mərhələlərinin öyrənilməsi üçün maraqlıdır.
Yuxarıda qeyd olunanlarla yanaşı tibb elmi sahəsində arxivdə açılmış İmaməliyevlər ailəsinin, Talışinskilər ailəsinin, M.Q.Axundovun, Q.K.Əliyevin, B.Q.Qəhrəmanovun, Q.B.Bronun, A.A.İsmayılovun, N.M.Əfəndiyevin, B.A.Eyvazovun şəxsi fondları, Əziz Əliyevin, Gindesin və bir çoxlarının şəxsi işləri də təbabət tariximizin öyrənilməsi üçün ilkin mənbə sayıla bilər.
Bugün: | 478 |
Dünən: | 774 |
Bu həftə: | 5847 |
Son həftə: | 6350 |
Bu Ay: | 18556 |
Son Ay: | 25108 |
Bu İl: | 284705 |
Ümumi: | 1305126 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az