ATA LAYLASI
Onun haqqında xatirə yazmaq nə qədər çətindirsə, yaradıcılığına nəzər salmaq bir o qədər şərəflidir. O, həyatdan köçəndə altmışıncı ilini yenicə başa vurmuşdu. Sənəddə altmışı haqlamasına baxmayaraq, həm ruhən, həm də zahirən gənc bir adam təsiri bağışlayırdı.
Davud Nəsibi böyük şeiriyyətə ata həsrəti gətirmişdi. Ata qayğısına duyulan ehtiyac və onun doğurduğu ağrı-acı, üzünü belə görmədiyi, Vətən uğrunda döyüşlərdə həlak olmuş atanın xatirəsi önündə ağrılı fərəh hissi Davud Nəsib poeziyasında təsirli cizgilərlə öz əksini tapmışdı...
O, “Gözüm səni axtarır” adlı ilk şeirlər kitabından başlayaraq “Dağlar danışsaydı” (1969), “Məhəbbət yolları” (1973), “Anama məktublar” (Moskva,1974), “Ürək sözsüz danışar” (1976) kitablarında, eləcə də “Oğullar vətənləşib”, “Qayıdın atalar”, “Ümid qatarı”, “Yuxuda görüş” kimi poemalarında da dönə-dönə müharibə mövzusuna geniş yer verərək, ata həsrətini oxucuya nə qədər ağrılı bir hiss olduğunu çatdırmağa çalışırdı. 2013-cü ildə isə övladlarının ərsəyə gətirdiyi şeir və poemalarından ibarət ikicildli kitabına onun ruhunu şad edəcək bir ad verildi – “Ata laylası”...
Dövri mətbuatda, ədəbi jurnallarda poetik və publisistik yazılarla çıxış edən şair-publisist Davud Nəsib ömrünün son illərində qələmini onun üçün yeni olan nəsrdə də sınamışdı. Oxucuların böyük rəğbətini qazanmış “Cavanşir” (2000) və “Cavanşirsiz məmləkət” (2002) sənədli romanlarını yazmaqla yaradıcılığının bu istiqamətində də uğur qazana bilmişdi.
Son dərəcə səmimi, ürəyiaçıq, təvazökar, vətənini və el-obasını sevən, onunla fəxr edən bir insan olan Davud Nəsibi ömrünün gözəl çağında sevənlərini qəflətən tərk etdi... Yaddaşlarda isə sadəcə onun duzlu-məzəli zarafatları və bir də dostlarının şair haqqında söylədikləri xatirələr qaldı... Xatirələr isə itirdiklərimiz haqqında dediyimiz son sözlərdir... Düşünəndə ki, yaşadığımız o anları bir daha geri qaytara bilməyəcəyik, bax o zaman xatirələr bizim üçün nə qədər əziz və şirin olur...
Akademik Teymur Bünyadov: “Davud Nəsib bizləri tərk etdi, getdi... Bizlərə kişiliyi qaldı, qeyrəti qaldı... Ölməz sənət dünyası qaldı... Adı, sanı, şöhrəti qaldı... Əbədiləşərək əbədiyaşar oldu Davud Nəsib...”
Akademik Nizami Cəfərov: “Mən Davud Nəsiblə şəxsən tanış, hətta dost olanda o, artıq tanınmış şair, çoxlu kitablar müəllifi, nüfuzlu mükafatlar laureatı idi. Bununla belə, nə ilk tanışlıq illərində, nə də sonralar Davud Nəsibdə hər hansı bir əda-iddia görmədim. Əvvəl necə görmüşdümsə, elə də qaldı: ədasız, iddiasız, təvazökar...və səmimi... Çünki o, təbiətən şair idi, anadan şair doğulmuşdur. Hətta bircə şeir yazmasaydı belə mən ona şair deyərdim...”
Ədəbiyyatşünas alim Tofiq Məlikli: “1960-cı ilin sentyabrında universitetə daxil olduqdan sonra ilk tanış olduğum tələbələrdən biri Davud Nəsib idi. O, kitabxanaçılıq, mən isə şərqşünaslıq fakultəsində oxumağımıza baxmayaraq, fəlsəfə, partiya tarixi kimi bəzi fənlərdən dərslərimiz bir yerdə keçirilirdi. Bu səbəbdən oradakı tələbələrlə tanış idik. Davudla isə ilk gündən çox səmimi münasibətimiz yaranmışdı. O, gülərüzlü, zarafatı sevən, ətrafdakılarla tez ünsiyyət yaradan insan idi. Biz bayramları, doğum günlərini bir yerdə keçirərdik. Hətta onunla birlikdə “Bənövşə” adında tələbə himnini də yazmışdıq. Bizim kursun tələbələri hər tədbiri bu himn ilə başlayardılar.
O illərdə Davudun şeir yazdığını bilirdik, amma onları bizə oxumaqdan nədənsə çəkinirdi. Universiteti bitirdikdən sonra onun şeirləri çap olunmağa, kitabları çıxmağa və istedadlı şair daha sonralar nasir kimi tanınmağa başladı. İlk kitabını xoş sözlər yazaraq mənə də vermişdi. Hər bir insanın olğunluq çağında dünyanı tərk etməsi faciədir. İstedadlı, yaradıcı insanın erkən dünyasını dəyişməsi ikiqat faciədir. Qısa bir zaman içində yazdığı şeirləri ilə insanların ürəklərinə yol tapan Davud Nəsib həm ədəbiyyatımızda, həm qəlblərimizdə daim yaşayacaqdır.”
Avqustun 25-i onun ad günüdür. 75 yaşı olur şair Davud Nəsibin. Haradasa oxumuşdum onun haqqında yazılan bu sətirləri... Həyatda itirə-itirə yol gedirik...qohumları, dostları, əzizləri... Nə vaxtsa bizlər də dünyamızı dəyişəcəyik... Amma nə qədər ki, yaşayırıq, Davud Nəsib bizim qəlbimizdə yaşayacaq, oxucularının qəlbində yaşayacaq, yazdığı əsərlərin sətirlərində, şeirlərin misralarında yaşayacaq. Özünün yazdığı bir şeirdə olduğu kimi:
Bilməm nə qazandıq, nə verdik bada?
Görək kim düşəcək bir zaman yada
Davud, elə yaşa, səndən sonra da
Desinlər, həyatdan yalandı getdi.
Məqalənin hazırlanmasında S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 712 nömrəli fondunda mühafizə olunan sənədlərdən istifadə edilmişdir.
ATA PALTOSU YEDDİLƏR
Bir meşin palto var, Yeddi uşaq böyütdün,
Atamdan qalıb, Yeddi uşaq, ay ana.
Bilmirik kim onu geyinəcəkdir; Yeddi yerə bölündü
Bir şeyi bilirik - Ürəyin yana-yana.
Qeyrəttək qalıb, Yeddilərin atası
Kim onu geyinsə, öyünəcəkdir. Cəbhələrdə döyüşdü.
Yeddilərin qayğısı
Anam üç qardaşı çağırıb deyir: Sənin çiyninə düşdü.
Artıq böyümüsüz – Yeddi övlad böyütmək
Hamı halıdır. Cəbhədəki ərinə
Paltoya, Yeddi qat sədaqətin
Kim geysə, Məhəbbətindir, ana.
Gövdəylə deyil, Yeddi övlad böyütmək
Ata qeyrətiylə sığışmalıdır. Yeddi cəbhə yarmaqdan
Bəlkə çətindir, ana!
Bilin ki, Böyütdüyün yeddilər
Paltoya layiqəm deyən Ərinin ürəyində
Sonuncu şərti də düz bilməlidir: Cəbhələrə getdilər.
Paltonu əyninə götürüb geyən Böyütdüyün yeddilər
Ata yerişini yeriməlidir. Ərinin ürəyində
Düşmənlərə nifrəti
Çöldə səhv edəndə, Yeddi qat böyütdülər.
Evə gəlirik, Sevinci yeddi oldu,
Evdə nəzərimiz çaşır, karıxır; Kədərin yeddi oldu.
Palto bizə baxır, Axşamın yeddi oldu,
Elə bilirik, Səhərin yeddi oldu.
Paltonun içindən atamız baxır. Yeddi yerə bölündü
Dünya sənin gözündə.
Bu meşin paltoda qüdrətə bir bax, Yeddi intizar gəzdi
Rəngi nə saralıb, O solğun bənizində.
Nə də ki, solub; Bu yeddilər, yeddilər
Dəblər ildən-ilə dəyişir. Yeddilər çörək istədi,-
Ancaq Tapıb gətirdin, ana.
Palto atam kimi dəyişməz olub. Bu yeddilər yeddi cür
Paltar geymək istədi,
“Ürəksiz böyüyər” – Bu yeddilər, yeddilər
Duyub ki, atam – Atasını istədi,-
Üç oğul paltodan ətrini alsın. Tapa bilmədin ana.
Paltonu, Gözlərin yeddi olub
Bəlkə də qoyub ki, atam, Boylandı yeddi yana.
Evdə hənirtisi, istisi qalsın.
/D.Nəsib/
Çöldə səhv edəndə, evə gəlirik.
Evdə üstümüzə baxışlar yağır;
Palto bizə baxır,
Elə bilirik,
Paltonun içindən atamız baxır.
Bəlkə biz atayıq atamız təki,
Bəlkə yanılıram, fikrim çaşıbdır.
Üç qardaş paltonu geyinmirik ki,
Palto bizim üçün atalaşıbdır.
/D.Nəsib/
Könül Nəsibova
S.Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxinin direktoru
Bugün: | 744 |
Dünən: | 793 |
Bu həftə: | 1537 |
Son həftə: | 5729 |
Bu Ay: | 2239 |
Son Ay: | 25108 |
Bu İl: | 268388 |
Ümumi: | 1288809 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az