Azərbaycan arxivi - 105
06 dekabr 1920-ci il |
Azərbaycan İnqilab Komitəsinin Rəyasət Heyətinin sədri N.Nərimanov “Vahid dövlət Arxiv Fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekret imzalayıb. |
yanvar 1921-ci il |
Mərkəzi Dövlət Arxivinin ilk direktoru tarixçi-arxivçi alim A.L.Popov, katibi M.Zərgərov və arxivarus Ç.Y.Yakobi təyin olunub. |
23 fevral 1921-ci il |
Xalq Maarif Komissarlığının xüsusi qərarı ilə “Əmək Muzeyi”nin tərkibindəki inqilab tarixi şöbəsi Vahid dövlət arxiv fondunun tərkib hissəsi hesab edilib. |
mart 1921-ci il |
Cənubi Qafqazda ilk olaraq Azərbaycanda Mərkəzi Dövlət Arxivi fəaliyyətə başlayıb. |
dekabr 1921-ci il |
Azərbaycan Kommunist (bolşevik) Partiyası Azərbaycan Partiya Tarixi (Azispart) bürosunun yaradılması və onun Kollegiyasının təsdiq edilməsi barədə qərar qəbul edib. |
9 iyul 1922-ci il |
Azərbaycan SSR Xalq Komissarları Soveti “Keçmişdə və hazırda fəaliyyət göstərən hakimiyyət orqanlarının, ictimai təşkilatların və sənaye-ticarət müəssisələrinin arxivlərinin mühafizəsi haqqında” dekret qəbul edib. |
12 avqust 1922-ci il |
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Dövlət Arxivinə (MDA) rəhbərlik bilavasitə AzSSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Rəyasət Heyətinə həvalə olunub. |
sentyabr 1922-ci il |
Mərkəzi Dövlət Arxivinə 7 əlavə ştat verilməklə A.Subhanverdixanov direktor, F.B.Blaqovidov alim-arxivçi, R.Şabanov, İ.Şeyixzadə elmi əməkdaş, A.Şaxtaxtinski və F.Hüseynov arxivarus, A.Talışınski köməkçi arxivarus vəzifələrinə təyin olunublar. |
sentyabr 1922-ci il |
Azərbaycan SSR MİK Rəyasət Heyətinin qərarı ilə arxivdə çalışanlar üçün xüsusi məvaciblər müəyyən edilib: direktor və alim-arxivçinin əmək haqqı professorun, elmi əməkdaşların əmək haqqı universitet müəllimlərinin, arxivarus və köməkçi arxivarusun əmək haqqları isə zərərə görə 100% əlavə ödənilməklə mədəniyyət işçilərinin əmək haqqlarına uyğunlaşdırılıb. |
yanvar 1923-cü il |
Mərkəzi Dövlət Arxivi üçün keçmiş Malıgin küçəsində bir və keçmiş Məmmədəliyev küçəsindəki H.Z.Tağıyevin binasında üç otaq verilib. |
1923-cü il |
“Mərkəzi Dövlət Arxivində “Sənədlərin seçilməsi və işlərin siyahıları haqqında” Əsasnamə təsdiq olunub. |
14 fevral 1925-ci il |
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Bakının neft tarixinə dair sənədlərin mühafizəsi üçün “Azneft” İdarəsinin tərkibində inzibati və elmi-metodiki baxımdan Mərkəzi Dövlət Arxivinə tabe ilk idarə arxivi yaradılıb. |
15 fevral 1925-ci il |
Mərkəzi Dövlət Arxivinin tərkibində İnqilab tarixi şöbəsi yaradılıb. |
6 may 1925-ci il |
AzMİK və XKS idarə və təşkilatların kargüzarlığında müddəti başa çatmış arxiv sənədlərinin 3 ildən gec olmayaraq qaydaya salınmış halda dövlət arxivinə təhvil verilməsinin təmininə, iri təşkilatlarda arxivarus ştatlarının yaradılması, arxiv sənədlərinə etinadsız yanaşanların qanunla məsuliyyətə cəlb olunması və arxiv işinin inkişafına dair digər məsələləri əhatə edən dekret qəbul edib. |
oktyabr 1925-ci il |
MDA-nin strukturunda dəyişiklik edilərək iki böyük şöbə - İnqilabaqədərki və İnqilab tarixi şöbələri yaradılıb.
|
13 dekabr 1925-ci il |
Naxçıvan MSSR MİK qərarı ilə Naxçıvan Dövlət Arxivi yaradılıb. |
1926-cı il
|
MDA-nin strukturu yenidən qurularaq onun tərkibində Təşkilati-nəşr, İnqilabaqədərki və İnqilab tarixi şöbələri, Arxiv məlumat kitabxanası yaradılıb. |
17 iyul 1926-cı il
|
AzMİK “İnqilab tarixi üçün əhəmiyyətli olan fotoşəkillərin və kinofilmlərin neqativlərinin Azərbaycan SSR dövlət arxivinə təhvil verilməsi haqqında” və “Dövlət arxivində Ekspert Yoxlama Komissiyasının yaradılması barədə” qərar qəbul edib. |
30 oktyabr 1926-cı il |
AzMİK “Keçmiş dövri ədəbiyyatın dövlət arxivinə təhvil verilməsi haqqında” qərar qəbul edib. |
1927-ci il
|
MDA-nin direktoru Ş.Məmmədov DQMV, Ağdam və Gəncə arxivlərində xüsusi yoxlamalar aparıb və Şuşa icrayə komitənini zirzəmisində XIX əsrin əvvəllərindən 1885-ci ilədək dövrü əhatə edən Qarabağ xanlarına məxsus sənədləri aşkar edib. |
25 iyul 1928-ci il
|
ASSR XKS-nin qərarı ilə qəza arxiv birolarının yaradılmasına başlanılıb, İlk olaraq Dağlıq Qarabağda, Gəncədə, Qazaxda, Qubada, Lənkəranda, Nuxada və Salyanda qəza arxiv büroları yaradılıb. 1929-cu ildə vilayət arxiv büroları, 1930-cu ildən rayon arxiv büroları kimi fəaliyyətlərini davam etdirib. |
May 1929-cu il
|
Azərbaycan Dövlət Arxivinin direktoru Ş.Məmmədov respublikamızda arxiv quruculuğu sahəsində görülən işlər barədə RSFSR arxiv işçilərinin II qurultayında məruzə ilə çıxış edib. |
19 aprel 1930-cu il
|
AzMİK-nin Rəyasət Heyətinin təsdiq etdiyi “MDA-nin yenidən təşkili və AzSSR-nin Mərkəzi Arxiv İdarəsi haqqında” Əsasnaməyə görə Mərkəzi Dövlət Arxivinin bazasında iki arxiv: Mərkəzi Dövlət Oktyabr İnqilab arxivi (kino-foto şöbəsi daxil) və Mərkəzi Dövlət Tarix Arxivi, MAİ-nin tərkibində 9 nəfərdən ibarət Kollegiya yaradılıb. MİK Rəyasət Heyətinin qərarı ilə İdarənin rəisi vəzifəsinə təyin edilmiş P.Əhmədov Kollegiyanın ilk sədri, M.Vartapetov Mərkəzi Dövlət Oktyabr İnqilab Arxivinin, Ş.Sultanov Mərkəzi Dövlət Tarix Arxivinin, M.İrevanlı Bakı dairəsi arxiv bürosunun direktorları təyin edilirlər. |
30 arel 1930-cu
|
AzMİK “Mərkəzi dövlət arxivlərinin vəziyyətinin yaxşılaşdırılması, əlavə binalarla təmin edilməsi və ixtisaslı arxiv kadrlarının hazırlanması haqqında” qərar qəbul edib. |
Noyabr 1930-cu il |
İlk dəfə olaraq xalq təsərrüfatı əhəmiyyəti arxiv fondlarının tematik işlənilməsinə başlanılıb. |
24 noyabr 1930-cu il |
AzMİK Rəyasət Heyəti rayon arxiv bürolarının əsasnamələrini təsdiq edib. |
19 may 1931-ci il |
AzMİK-nin “İctimai-siyasi və tarixi əhəmiyyətə malik bütün kino-foto sənədlərin Vahid Dövlət Arxiv Fonduna daxil edilməsi haqqında” xüsusi qərar qəbul edib. |
29 oktyabr 1931-ci il |
AzSSR XKS Mərkəzi Arxiv İdarəsinin təqdimatı əsasında “Azərbay-can SSR-nin arxiv qiymətlilərinin istifadəsi haqqında” qərar qəbul edib. |
1931-ci il |
Mərkəzi Arxiv İdarəsinin ilk mətbu orqanı olan “AzSSR Mərkəzi Arxiv İdarəsinin Bülleteni” çap olunub. |
noyabr 1931-ci il |
Mərkəzi Arxiv İdarəsinin təşəbbüsü ilə Bakıda Azərbaycan arxivçilərinin ilk konfransı keçirilib. |
1932-ci il |
Mərkəzi Arxiv İdarəsinin ştat vahidi 39 nəfər, illik büdcəsi 108 min manat həcmində təsdiq olunub. |
16 aprel 1938-ci il |
SSRİ Ali Sovetinin qərarı ilə SSRİ-nin, o cümlədən Azərbaycan SSR-nin Mərkəzi Arxiv İdarəsi Xalq Daxili İşlər Komissarlığının tabeliyinə verilib. |
17 iyul 1940-cı il |
Azərbaycan SSR Nazirlər Soveti “AzSSR-də arxiv işinin vəziyyəti haqqında” xüsusi qərar qəbul edib. |
Avqust 1941-ci il
|
“Dövlət arxivlərinin hərbi dövrdə mühafizəsi haqqında” SSRİ Daxili İşlər nazirinin əmrinə uyğun olaraq Azərbaycan arxivlərinin zərurət yarandığı halda evakuasiyası barədə plan təsdiq olunub. |
1943-cü il |
Mərkəzi Dövlət Arxivinin kinofoto sənədlər şöbəsinin bazasında Azərbaycan SSR Mərkəzi Dövlət Kinofoto Sənədləri Arxivi yaradılıb. |
9 iyun 1948-ci il |
Birləşmiş Millətlər Təşkilatının mədəniyyət və humanitar məsələlər sahəsində nüfuzlu təşkilatı olan YUNESKO-nun nəzdində Beynəlxalq Arxiv Şurası yaradılıb. |
11 iyul 1956-cı il |
Azərbaycan SSR Nazirlər Soveti “Nazirliklərdə və idarə sistemlərində arxiv materiallarının saxlanılması rejimini qaydaya salmaq və bu sənədlərdən daha yaxşı istifadə etmək tədbirləri haqqında” qərar qəbul edib. |
11 iyul 1956-cı il |
Azərbaycan SSR Nazirlər Soveti Arxiv İdarəsinin yanında arxiv sənədlərinin bərpası və mikrosurətləri hazırlayan foto laboratoriya yaradılması barədə qərar verib. |
31 may 1957-ci il |
Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə “Azərbaycan SSR rayon (şəhər) dövlət arxivlərinə dair” Əsasnamə təsdiq olunub |
13 avqust 1958-ci il
|
“SSRİ-nin Dövlət arxiv fondu və dövlət arxivləri şəbəkəsi haqqında” Əsasnamə təsdiq olunub və SSRİ-də mövcud dövlət arxivlərinin və dövlət arxiv fondunun formalaşdırılmasının əsas prinsipləri müəyyən edilib. |
11 noyabr 1958-ci il |
Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycan SSR-də arxiv işinin vəziyyəti və onun yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul edib. |
1960-cı il |
SSRİ-nin daxili işlər orqanın fəaliyyətinin yenidən təşkili ilə əlaqədar Dövlət arxiv xidməti təşkilatlarının SSRİ Nazirlər Sovetinin tabeliyinə veriliməsinə dair qərar qəbul olunub. Azərbaycan SSR-nin dövlət arxiv xidməti təşkilatları Azərbaycan SSR Nazirlər Sovetinin tabeçiliyinə verilib. |
31 dekabr 1960-cı il |
Azərbaycan SSR Nazirlər Soveti “AzSSR-də dövlət və idarə arxivlərin vəziyyətinə baxış keçirilməsi haqqında” qərar qəbul edib və bu məqsədlə dövlət orqanlarının nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb. |
28 iyul 1961-ci il |
“Dövlət arxiv fondu və dövlət arxivlərinin şəbəkəsi haqqında” Əsasnamə təsdiq olunub. Əsasnaməyə uyğun olaraq Arxivlərdə Elmi Şura və elmi-metodiki məsələlərə baxılması üçün metodiki komissiya yaradılıb, elmi-məlumat kitabxanası qiraət zalı ilə birləşdirilib, sənədlərin daimi saxlanmaq üçün seçilməsi və saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması məsələlərinə baxılması məqsədilə Ekspert Yoxlama Komissiyası təşkil olunub. |
1962-ci il |
“Dövlət arxivlərinin əsas iş qaydaları” təsdiq edilib. “Azərbaycan SSR arxivlərinin xəbərləri” jurnalı nəşr olunub. |
6 iyul 1963-cü il |
Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycan SSR-nin rayon (şəhər) dövlət arxivlərinə və filiallarına dair Əsasnamələrin təsdiq edilməsi haqqında” qərar qəbul edib. |
17 iyul 1965-ci il |
Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi yaradılıb.
|
yanvar 1966-cı il |
Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi rəsmən fəaliyyətə başlayıb. |
16 avqust 1967-ci il |
Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycan SSR-nin kolxoz və sovxozlarında arxiv sənədlərinin mühafizəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul edib. |
5 sentyabr 1967-ci il |
Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Respublikada arxiv sənədlərinin mühafizəsi şəraitinin yaxşılaşdırılmsı, onlardan elmi-tədqiqat məqsədi ilə istifadə işinin səmərəli təşkili, dövlət arxivləri şəbəkəsinin və arxiv təşkilatlarının strukturunun təkmilləşdirilməsi məqsədilə rayon (şəhər) dövlət arxivlərinin bazasında Oktyabr İnqilabı və Sosializm quruculuğu Mərkəzi Dövlət Arxivinin 15 filialı yaradılıb, digər rayon dövlət arxivlərinin dəyişən tərkibli sənəd materiallarının mühafizə olunduğu arxivlər kimi fəaliyyəti təşkil edilib. Naxçıvan MSSR Nazirlər Soveti yanında və Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi nəzdində Arxiv İdarələri təşkil olunub. |
29 dekabr 1967-ci il |
Azərbaycan Respublikası Dövlət Arxivinin filiallarına elmi-metodiki cəhətdən tabe olan rayon (şəhər) dövlət arxivlərinin Siyahısı təsdiq olunub. |
5 aprel 1968-ci il |
Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycanın ictimai-siyasi həyatını, tarixini, elmini və mədəniyyətini özündə əks etdirən bədii və sənədli audio-video sənədlərin mühafizəsi işini həyata keçirmək məqsədilə Azərbaycan SSR Mərkəzi Dövlət Səs Yazıları Arxivi yaradılıb. |
24 iyul 1969-cü il |
Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Respublikanın elm-texnika sahəsindəki inkişafını özündə əks etdirən elm, texnika və tibb sənədlərinin mühafizəsini təmin etmək, həmçinin bu növ materialların hərtərəfli istifadəsini təşkil etmək məqsədilə Azərbaycan SSR Dövlət Elm, Texnika və Tibb Sənədləri Arxivi yaradılıb. |
3 sentyabr 1969-cu il |
Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycan SSR-nin sənədləri dəyişən tərkibli rayon dövlət arxivlərinin Əsasnamələrinin təsdiq edilməsi haqqında” qərar qəbul edib. |
1969-cu il |
“Azərbaycan arxivi” jurnalı nəşr olunmağa başlanıb. |
8 aprel 1970-ci il |
Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycan SSR-də arxiv işinin vəziyyəti və yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul edib. |
23 aprel 1973-cü il |
Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycanda arxiv işinin daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” qərar qəbul edib və həmin qərarla ASSR Nazirlər Soveti yanında Arxiv İdarəsi yenidən təşkil edilərək Baş Arxiv İdarəsi adlandırılıb. |
15 avqust 1980-cı il |
Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin Əsasnaməsi və AzSSR dövlət arxivlərinin şəbəkəsi təsdiq olunub. |
13 yanvar 1981-ci il |
Azərbaycan SSR Ali Sovetinin qərarı ilə AzSSR Oktyabr İnqilabı və Sosializm quruculuğu Mərkəzi Dövlət Arxivi və Mərkəzi Dövlət Tarix Arxivi AzSSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. |
13 yanvar 1981 |
Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycanda arxiv quruculuğunun 60 illik yubileyi münasibətilə respublikamızda arxiv işinin inkişafında xidmətləri olan bir qrup şəxs “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub. |
24 oktyabr 1991-ci il |
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan KP MK-nın Tarixi-Siyasi Tədqiqatlar İnstitunun arxiv sənədlərinin və fundamental kitabxana fondunun Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin tabeliyinə verilməsi barədə sərəncam imzalayıb. |
18 dekabr 1991-ci il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Baş Arxiv İdarəsinin tabeliyində Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivi yaradılıb. |
17 fevral 1992-ci il |
Azərbaycan SSR Oktyabr İnqilabı və Sosializm Quruculuğu Mərkəzi Dövlət Arxivinin adı dəyişdirilərək Azərbaycan Respublikası Mərkəzi Dövlət Ən Yeni Tarix Arxivi, daha sonra Azərbaycan Respublikası Dövlət Arxivi adlandırılıb. |
06 iyun 1992-ci |
SSRİ-nin süqutundan sonra yaranan MDB dövlətləri arasında imzalanan Sazişin şərtlərinə uyğun olaraq Azərbaycan Respublikasının arxivlərində saxlanılan sənədlər üzərində mülkiyyət və sərəncam vermək hüququ müstəsna olaraq Azərbaycan dövlətinin səlahiyyətinə keçib və həmin sənədlər Azərbaycan xalqının maddi-mədəni sərvətinə çevrilib. |
11 mart 1994-cü il |
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin strukturu və respublika dövlət arxivlərinin şəbəkəsi” təsdiq olunub. |
27 sentyabr 1995-ci il |
“Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi və Rusiya Federasiyası Dövlət Arxiv Xidməti arasında əməkdaşlıq haqqında Saziş” imzalanıb. |
avqust 1996-cı il |
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi Beynəlxalq Arxiv Şurasına üzv qəbul olunub |
1998 |
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 80 illiyinə töhfə olaraq arxiv sənədləri əsasında Azərbaycan Xalq Cumhuriyyəti tarixinə dair 8 cilddən ibarət sənədlər toplusu nəşr edilib. |
22 iyul 1999-cu il |
Azərbaycan Respublikasının Milli Məclisi “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununu qəbul edib. |
27 iyul 1999-cu il |
Azərbaycan Respublikasının Prezidenti H.Əliyev “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Fərman imzalayıb. |
06 mart 2000-ci il
|
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə arxiv işinin təşkili qaydalarını müəyyən edən aşağıdakı normativ hüquqi aktlar təsdiq edilib: - “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında Əsasnamə”; - “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydası”; - “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar”; - “Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydası”; - “Dövlət arxiv fondu sənədlərindən istifadə Qaydaları”; - “Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydası”. |
2 dekabr 2002-ci il |
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında“ Fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yaradılıb. |
30 dekabr 2002-ci il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2002-ci il tarixli 274s nömrəli Sərəncamı ilə Milli Arxiv İdarəsi Aparatının işçilərinin say həddi 38 ştat vahidi, xidməti minik maşınlarının limiti 2 ədəd müəyyən edilib. |
3 iyun 2003-cü il |
“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Polşa Arxivlərinin Baş Direktorluğu arasında əməkdaşlıq haqqında Saziş” imzalanıb. |
27 sentyabr 2003-cü il |
Azərbaycan Respublikası Prezidenti H.Əliyev “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Fərman imzalayıb. |
2003-cü il |
“Azərbaycan Respublikası dövlət arxivləri” məlumat kitabı nəşr olunub. |
16 fevral 2004-cü il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə Proqram” təsdiq edilib. |
11 oktyabr 2004-cü il |
“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Rumıniya arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. |
22 dekabr 2005-ci il
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə Azərbaycanda arxiv quruculuğunun 85 illik yubleyi münasibəti ilə respublikamızda arxiv işinin inkişafında xidmətləri olan bir qrup şəxs “Əməkdar mədəniyyət işçisi” fəxri adı alıb və “Tərəqqi” medalı ilə təltif olunub. |
21 iyun 2007-ci il |
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi Milli Arxiv İdarəsinin tabeçiliyindən çıxarılaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeçiliyinə verilib. |
24 Noyabr 2007-ci il |
Beynəlxalq Arxiv Şurası Baş Assambleyasının Kanadada keçirilən iclasında 9 İyun Beynəlxalq Arxivçi Günü təsis edilib. |
9 oktyabr 2008-ci il |
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Mətbuat prospekti, 593 ünvanında çoxmərtəbəli arxiv binası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev yeni arxiv binasının açılışında iştirak edib və Ulu Öndər H.Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş arxiv sənədləri sərgisi ilə tanış olub. |
8 iyul 2009-cu il |
“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Gürcüstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. |
12 noyabr 2009-cu il |
“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb. |
2009-cu il |
Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə və Şəki filialları üçün yeni arxiv binaları tikilərək istifadəyə verilib. |
21 may 2010-cu il |
“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Ukraynanın Dövlət Arxivləri Komitəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb. |
14 iyul 2010-cu il |
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturunun təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. |
25 aprel 2011-ci il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilib. |
2011 |
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Elmi şurasının qərarı ilə “Azərbaycan Respublikası dövlət arxivlərinin əsas iş qaydaları” nəşr olunub. |
10 may 2012-ci il |
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Höku-məti arasında arxiv işi sahəsində əməkdaşlıq Protokolu” imzalanıb. |
13 iyul 2012-ci il |
Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət arxiv xidməti təşkilatları tərəfindən vətəndaşlara göstərilən arxiv arayışlarının, arxiv sənədlərinin surətlərinin və arxiv sənədlərindən çıxarışların verilməsi xidmətləri “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə başlanılıb. |
10 may 2013-cü il |
Milli arxiv fondunun mərkəzləşdirilmiş qaydada elektron dövlət qeydiyyatının aparılması məqsədilə Respublika Fond Kataloquna daxil edilmiş məlumatlar əsasında “Elektron Arxiv Məlumat Sistemi” dövlət informasiya resursu yaradılıb və açıq istifadəyə verilib. |
25 dekabr 2013-cü il |
Milli Arxiv İdarəsi Kollegiyasının qərarı ilə “Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu üzrə İnzibati Reqlament” və “Elmi-tədqiqat və digər məqsədlərdə arxiv sənədlərindən istifadə edilməsi üçün müraciətlərin və sənədlərin qəbulu üzrə İnzibati Reqlament” təsdiq olunaraq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. |
2015-ci il |
Azərbaycan Respublikası Dövlət Kino Foto Sənədlər Arxivinin binası əsaslı təmir olunub və arxiv üçün əlavə korpus tikilib.
|
12 aprel 2016-cı il |
Milli Arxiv İdarəsi Kollegiyasının qərarı ilə “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı və onun tətbiq olunmasına dair Göstəriş” təsdiq olunub və Azərbaycan Respublika-sının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. |
3 aprel 2017-ci il |
“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. |
10 may 2017-ci il |
Azərbaycan Respublikasının dövlət arxivləri tərəfindən əhaliyə göstərilən arxiv xidmətlərinin “Bir Pəncərə” prinsipi üzrə həyata keçirilməsinə başlanılıb. |
12 iyun 2017-ci il |
Milli Arxiv İdarəsinin Kollegiyasının qərarı ilə “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat” təsdiq olunub və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib. |
14 noyabr 2017-ci il |
Milli Arxiv İdarəsi Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikası-nın Milli arxiv fondunun məzmunu və tərkibi haqqında məlumatların verilməsi üzrə İnzibati Reqlament” təsdiq olunub və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. |
2018-ci il |
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə töhfə olaraq “Azərbaycan Xalq Cumhuriyyətinin təhsil siyasəti: 1918-1920-ci illər” sənədlər toplusu və “Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları” kitabı nəşr edilib. |
avqust 2018-ci il |
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 369 nömrəli Sərəncamı ilə Əsgər Adil oğlu Rəsulov Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi vəzifəsinə təyin olunub. |
04 dekbar 2018-ci il |
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2018-ci il tarixli 770 nömrəli Sərəncamı ilə Həsən Abdulla oğlu Həsənov Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi rəisinin müavini vəzifəsinə təyin olunub. |
18 dekabr 2018-ci il |
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 403 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanin Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub. |
Yanvar 2019-cu il |
Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət arxiv xidməti təşkilatları tərəfindən vətəndaşlara göstərilən arxiv arayışlarının, arxiv sənədləri surətlərinin və arxiv sənədlərindən çıxarışların verilməsi xidmətləri “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi inzibati-ərazi vahidlərində yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməyə başlanılıb. |
2019-cu il |
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi Şurasının 12 iyul 2019-cu il 1 saylı qərarı ilə Azərbaycan Respublikasında arxiv quruculuğunun 100 illiyinə töhfə olaraq İdarənin rəisi professor Əsgər Rəsulovun və rəis müavini Həsən Həsənovun həmmüəllifi olduqları “Azərbaycan Respublikasında arxiv işi” elmi-metodiki vəsaiti və “İzahlı arxiv terminləri lüğəti” nəşr edilib. |
12 fevral 2020-ci il |
Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. |
23 iyun 2020-ci il |
“Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Milli Arxiv İdarəsinin iki əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. |
2021-ci il |
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi-Şuranın qərarı ilə “Dövlət arxivlərində kino-foto və fono-video sənədlərlə işin təşkili və aparılması Qaydaları” və bu sahədə istehsalat və vaxt normaları təsdiq edilib. |
22 dekabr 2021-ci il |
“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb və Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2021-ci il tarixli 1512 nömrəli Fərmanı ilə təsdiq edilib. |
12 avqust 2022-ci il |
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanı ilə “Milli Arxiv fondu haqqında Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VİQD nömrəli Qanun”unun tətbiqinə başlanılıb. |
12 avqust 2022-ci il |
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1813 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilib |
23 avqust 2022-ci il |
“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikası “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb və Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2022-ci il tarixli ____ nömrəli Fərmanı ilə təsdiq edilib. |
27 dekabr 2022-ci il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 2022-ci il tarixli 785 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Aparatının və onun tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən (Naxçıvan istisna olmaqla) dövlət arxivlərinin işçilərinin say həddi” təsdiq edilib. |
14 fevral 2023-cü il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2023-cü il tarixli 47 nömrəli Qərarı ilə “Arxiv fondu sənədlərinin tərkibi və həcmi barədə Forma” və Milli arxiv fondu sənədlərinin istifadəsi Qaydası” təsdiq edilib |
24 may 2023-cü il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2023-cü il tarixli 163 nömrəli Qərarı ilə “Arxiv fondu sənədlərinin dövlət mühafizəsinə qəbulu Qaydaları” təsdiq edilib |
22 iyun 2023-cü il |
“Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli 3938 nömrəli Sərəncamı ilə Milli Arxiv İdarəsinin iki əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. |
06 iyul 2023-cü il |
Ləğv edilmiş hüquqi şəxslərin arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsini təsdiq edən ARAYIŞIN forması İdarənin Kollegiya Qərarı ilə təsdiq olunub və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib. |
31 iyul 2023-cü il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 iyul 2023-cü il tarixli 251 nömrəli Qərarı ilə “Ödənişli arxiv xidmətlərinin siyahısı və xidmət haqqlarının məbləgləri” təsdiq edilib. |
31 iyul 2023-cü il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 iyul 2023-cü il tarixli 252 nömrəli Qərarı ilə “Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə ARMAİ-nin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib. |
22 noyabr 2023-cü il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 noyabr 2023-cü il tarixli 425 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının yeni tərkibi təsdiq edilib. |
11 dekabr 2023-cü il |
“Ödənişli arxiv xidmətlərinin Müqavilə Forması” Milli Arxiv İdarəsinin Kollegiyasının Qərarı ilə təsdiq olunub və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib |
2023-cü il |
Dövlət arxivlərində mühafizə olunan sənədlər əsasında hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti (1918-1920)”, “Memar və rəssamların şəxsi mənşəli arxiv fondlarının göstəricisi”, “Texniki elmlər sahəsində fəaliyyət göstərmiş görkəmli azərbaycanlı alimlərin şəxsi mənşəli arxiv fondlarının göstəricisi” adlı kitablar çap edilmişdir. |
2 fevral 2024-cü il |
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamına əsasən Milli Arxiv İdarəsinin rəisi Əsgər Adil oğlu Rəsulov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. |
09 fevral 2024-cü il |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2024-cü il tarixli 80 nömrəli Qərarı ilə “Mill arxiv fonduna məxsus elektron sənədlərin dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması Qaydaları təsdiq edilib, Qaydalar 1 yanvar 2025-ci ildən qüvvəyə minir. |
16 fevral 2024-cü il |
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yeni tərkibi haqqında 16 fevral 2024-cü il tarixli 8 nömrəli Sərəncamı ilə Əsgər Adil oğlu Rəsulov yenidən Milli Arxiv İdarəsinin rəisi vəzifəsinə təsdiq olunub. |
2 mart 2024-cü il |
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 02 mart tarixli 32 nömrəli Sərəncamı ilə Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. |
25 aprel 2024-cü il |
Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlaıq haqqında Anlaşma Memorandum imzalanıb. |
24 iyun 2024-cü il |
“Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2024-cü il tarixli 171 nömrəli Sərəncamı ilə Milli Arxiv İdarəsinin əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. |
7 may 2025-ci il |
“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. |
Bugün: | 114 |
Dünən: | 961 |
Bu həftə: | 3015 |
Son həftə: | 6620 |
Bu Ay: | 3897 |
Son Ay: | 30801 |
Bu İl: | 139092 |
Ümumi: | 1451676 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az