Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan dilçiliyinin düşünən yaddaşı

Son Yenilənmə : 2025-12-22 11:50:29
Baxış sayı : 99

Azərbaycan dilçiliyinin inkişaf tarixində xüsusi rolu olan görkəmli alimlər arasında Əkrəm Cəfərin adı böyük hörmətlə yad edilir. O, yalnız bir dilçi kimi deyil, həm də elm təşkilatçısı, müəllim, tədqiqatçı və Azərbaycan dilinin sistemli şəkildə öyrənilməsinin fəal tərəfdarlarından biri kimi tanınır. Onun elmi fəaliyyəti Azərbaycan dilinin qramatikasından lüğətçiliyinə qədər geniş sahələri əhatə edir, həm nəzəri, həm də praktik istiqamətlərin inkişafında mühüm rol oynamışdır.    Əkrəm Cəfər Azərbaycan ədəbiyyatında özünəməxsus üsluba malik olan yazıçı, publisist və tərcüməçi kimi tanınan ziyalılardan biridir. O, 1930-cu ildə Gəncə şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Doğulduğu mühit onun formalaşmasında mühüm rol oynamış, erkən yaşlarında elmə, kitaba və yaradıcılığa böyük maraq göstərmişdir. Uşaqlıq illərindən aldığı ailə tərbiyəsi və bölgənin zəngin folklor mühiti gələcəkdə onun yaradıcılığında mühüm yer tutan milli ruhun formalaşmasına təsir etmişdir. O, məktəb illərindən etibarən şeirə, hekayəyə və dilin incəliklərinə həssas yanaşır, qorumağa çalışırdı. Əkrəm Cəfərin anadan olduğu illər ölkədə siyasi və sosial dəyişikliklərlə yadda qalmışdı. Buna baxmayaraq o təhsilini davam etdirmiş, Azərbaycan ədəbiyyatının inkişafına töhfə verən simalardan birinə çevrilmişdir. Onun yaradıcılığında doğma yurdun təbiəti, insan xarakteri, milli mentalitet önəmli yer tutur. 1923-cü ildən 1931-ci ilə qədər Əkrəm Cəfər mətbuatda bir sıra şeirlərlə çıxış etmişdir. Onun “Bir xəyal”,”Çadralı qadın”, “Şərq qadını və işıq”, “Gələcəyə”, “Böyük şəhər” şeirlərində dövrün əhval ruhiyyəsi hiss olunur. Onun elmi araşdırmaları çox şaxəlidir. O, Azərbaycan dilçiliyinin demək olar ki, hər bir sahəsinə toxunmuş müxtəlif istiqamətlərdə nəticələr əldə etmişdir. Azərbaycan dilinin söz ehtiyatını, tarixi inkişaf yollarını, söz yaradıcılığını dərindən araşdırmışdır. Ədəbi dil ilə dialektlərin qarşılıqlı əlaqəsi və digər məsələləri elmi əsaslarla təhlil etmişdir. Onun hazırladığı lüğətləri və təklifləri izahlı lüğətlərin tərtibində əsas mənbə sayılır. Ömrü  boyu elmi fəaliyyətlə məşğul olaraq çoxsaylı əsərlər yazmışdır. Onun kitabları və məqalələri bu gündə universitetlərdə dərslik kimi istifadə olunur. Ən mühüm əsərləri “ Müasir Azərbaycan dilinin leksikologiyası”, “ Azərbaycan dilinin terminalogiyası”, “Terminologiya və leksikoqrafiya məsələləri”. Bu əsərlər Azərbaycan dilçiliyinin inkişafında fundamental rol oynamışdır. O, yalnız nəzəri araşdırmalarla kifayətlənməyib eyni zamanda pedaqoji fəaliyyət göstərərək yüzlərlə tələbənin yetişməsində mühüm rol oynamışdır.          

Özünəməxsus imzası ilə seçilən Əkrəm Cəfər haqqında tanınmış elm və mədəniyyət xadimləri dəyərli fikirlər söyləmiş, onun dil quruculuğundakı xidmətlərini xüsusi vurğulamışdılar. Ədəbiyyatşünas alim Əlövsət Abdullayev onun dilçilik elminə gətirdiyi yenilikləri belə qiymətləndirir. “Ə.Cəfər  Azərbaycan dilinin leksik sistemini elmi əsaslarla araşdıran alimlərdən biridir. Onun tədqiqatları bu gündə dilçilik məktəblərinin təməl qaynaqları sırasında dayanır”... Filologiya elmlər doktoru Sevda Məmmədli onun terminalogiya sahəsinə verdiyi töhfələrdən danışaraq yazır: “ Ə.Cəfər terminalogiya məsələsində sistem yaradan, Azərbaycan elmi dilinin formalşmasında xüsusi rol oynayan mütəfəkkir alimdir”... Bu fikirlər göstərir ki, o yalnız öz dövrünü deyil, bütövlükdə Azərbaycan dilçiliyinin parlaq simalarından biri kimi qəbul edilir, elmi irsi bu gündə aktual olaraq qalır.   

Bu gün Əkrəm Cəfər  irsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat İncəsənət Arxivində 264 №-li fond adı altında qorunur və saxlanılır. Onun fondu öz zənginliyi ilə seçilir. Sənədləri arasında onun əlyazmaları, yazışmaları, tərcümeyi-hal sənədləri üstünlük təşkil edir. Sənədlərin il aralığı 1924-1971-ci illəri əhatə edir.                      

Azərbaycan elminin görkəmli nümayəndəsi olan Əkrəm Cəfər 1991-ci il avqustun 18-də Bakıda vəfat etmişdir.     

Məqalədə 171 №-li fondda olan sənədlərdən istifadə edilmişdir.

 

Gülnar Şərifova

ARDƏİA-nin aparıcı arxivçisi



Bugün: 1016
Dünən: 1505
Bu həftə: 12417
Son həftə: 13420
Bu Ay: 35922
Son Ay: 55392
Bu İl: 187961
Ümumi: 1881886
1881886