Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Təhsil tariximizdə izi qalmış pedaqoq - Mina xanım Aslanova

Son Yenilənmə : 2021-10-26 04:56:23
Baxış sayı : 1254

Azərbaycanda təhsilin yayılmasında, savadsızlığın aradan qaldırılmasında, qadınların təhsilə cəlb edilməsində rolu və xidmətləri olmuş bir sıra müəllim və pedaqoqlar vardır ki, onların həyat və fəaliyyəti təəssüflər olsun ki, bu günədək öyrənilməmiş vəya araşdırılmamışdır.Bunun nəticəsi olaraq bu vaxtadəkdərc edilmiş ensiklopediyalarda və digər kütləvi nəşrlərdəhəmin müəllim və pedaqoqlar  haqqında heç bir məlumatlar dərc edilməmişdir. Odur ki, cəmiyyətimizdədemək olar ki, həmin müəllim və pedaqoqlar haqqında hal-hazırdaheç bir məlumatlar yoxdur və yaxud olduqca məhduddur. Onların yalnız bəziləri haqqında vikipediyada olduqca qısa məlumatlar tapmaq mümkündür.

Azərbaycanda təhsil və mədəniyyətin inkişaf tarixinə xüsusidiqqət yetirən və səhifələrində işıqlandıran “Kaspi” qəzetinin 31 iyul 2021-ci il tarixli  028 (4028) saylı buraxılışında tanınmış pedaqoq Nigar xanım  Səfərəli bəy qızı Vəlibəyova haqqında dərc edilmiş “ Tanımadığımız Nigar... Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, qadınların təhsilə cəlb edilməsində əzəzsiz xidməti olmuş Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova haqqında bəzi qeydlər” sərlövhəli məqaləm Respublika miqyasında ilk məqalədir ki, tanınmış pedaqoq Nigar xanım  Səfərəli bəy qızı Vəlibəyovaya həsr edilmişdir.

Hazırda təqdim edəcəyim “Azərbaycanın təhsil tarixində izi qalmış qadın pedaqoqlarından  biri –  tanınmış pedaqoq Mina xanımn Aslanova” sərlövhəli məqaləmisə  həyat və fəaliyyətiindiyə qədər öyrənilməmiş digər qadın pedaqoqlarından  biri, tanınmış pedaqoq Mina xanımn Aslanovaya həsr edilmişdir.Düşünürəm ki,Azərbaycanda savadsızlığın aradan qaldırılmasında,təhsil və məktəb işinin inkişafında vəölkəmizdə təhsilin geniş yayılmasındarolu və xidmətləri olmuş hər bir müəllim və pedaqoqların fəaliyyəti araşdırılaraq üzə çıxarılmalı, öyrənilməli vəhəmin müəllim və pedaqoqların olduqca əhəmiyyətli fəaliyyəti haqqında ictimaiyyətimizə geniş məlumatlar çatdırılmalıdır.

Azərbaycanın təhsil tarixində izi qalmışbir sıra tanınmış qadın pedaqoqlarından  biri də Minə xanım Aslanova olmuşdur.Lakin təəssüflər olsun ki, bu günədək  onun həyat və fəaliyyəti haqqında məlumatlar demək olar ki, yoxdur, və yaxud olduqca məhduddur və geniş ictimaiyyət arasında yayılmamışdır. Tanınmış pedaqoq Mina xanım Aslanova haqqında məlumatları yalnız Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin “Xalq məktəblərinin Bakı-Dağıstan Direksiyası” (f.309) fondundan aşkar etmək mümkün olmuşdur. 

Qeyd edirəm ki, tanınmış pedaqoq Mina xanım Aslanovanın atası Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanov (1858-1938) öz dövrünün tanınmış pedaqoqlarından biri olmuşdur.Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu 1858-ci ildə ildə Şuşa şəhərində anadan olmuşdur. Şuşa şəhər məktəbini bitirdikdən sonra1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının tatar (Azərbaycan bölməsinə daxil olmuşvə1885-ci ildə Seminariyada təhsilinimüvəffəqiyyətlə başa vuraraqŞuşaqəzasının Gülablı və Ağdam Zemstvo məktəbində müəllim işləmişdir. Zəkəriyyə bəy Aslanov sonralar  Bakı şəhərinə köçmüş, 1912-1915-ci illərdə 4-cü rus-müsəlman məktəbində dərs demişdir.Zəkəriyyə bəy 1906-1907-ci illərdə çağrılmış Qafqaz müəllımləri qurultayının iştirakçışı olmuşdur.

Mina xanım Aslanova 1898-ci ildə Qazafqaziya Müəllimlər Seminariyasının məzunu Zəkəriyyə bəyin ailsində dünyaya göz açmışdır. Minaxanım Aslanova 1912-ci idə Bakı qadın rus-tatar məktəbinin tam kursunu bitirmişdir. Bakı şəhər Duması nəzdindəki Məktəb komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyə unvanladığı 4 yanvar 1913-cü il tarixli məktubunda qeyd edilirdi ki, Bakı I rus-tatar məktəbində müvəqqəti vakant yerini tutmuş Mina xanım AslanovaBakı şəhər Duması nəzdindəki Məktəb komissiyasının 19 dekabr 1912-ci il tarixli qərarı ilə şəriət müəlliməsi vəzifəsinə seçilmişdir. Həmin dövrdə Mina xanım 16 yaşlı şiə təriqətli azərbaycanlı, müsəlman  qız idi.

Mina xanım Aslanova Bakı qadın rus-tatar məktəbinin tam kursunu bitirməklə yanaşı 1912-ci ildə görkəmli maarifpərvər xeyriyyəçi Haçı Zeynaləbdin Tağıyevin yaratdığı Bakı qadın rus-tatar məktəbini də bitirərək 1127 saylı şəhadətnamə əldə etmişdir.

 Bakı şəhər Duması nəzdindəki Məktəb komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S. Tixorjevskiyə unvanladığı 1 mart 1913-cü il tarixli məktubda qeyd edilirdi ki,16 fevral 1913-cü ildə  Bakı şəhər Duması nəzdindəki Məktəb komissiyasının qərarı ilə Bakı I rus-tatar məktəbinə şəriət müəlliməsi vəzifəsinə seçilmiş Minə xanım Aslanovaya Bakı İmperator Aleksandr III adına kişi gimnaziyasının Pedaqoji Şurası tərəfindən Qafqaz Tədris Dairəsinin aşağı ibtidai məktəblərində azərbaycan dili müəlliməsi     vəzifəsini təsdiq edən 199 saylı şəhadətnaməverilmişdir. Beləliklə, Mina xanım Aslanova aldığı təhsilə və rəsmi sənədlərinə müvafiq olaraq Qafqaz Tədris Dairəsinin aşağı ibtidai məktəblərində azərbaycan dili və şəriət dərslərini tədris etmək hüququna malik bir muəllimə olmuşdur.

Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəbləri Direksiyasının 2-ci rayonu uzrə müfəttişi S.M.Qəniyevin 1913-cü ilin yanvarında Minə xanım Aslanovaya unvanladığı məktubda bildirilirdi ki, onun 10-cu rus-tatar məktəbində şəriət müəlliməsi vəzifəsini icra etməsinəicazə verilir və bu haqda Məktəb Komissiyasının sədrinə onun tərəfindən 17 yanvar 1913-cü il tarixdə məlumattəqdim edilmişdir. Arxiv sənədləri təsdiq edir ki, Mina xanım Aslanova yalnız 10-cu rus-tatar məktəbində şəriət müəlliməsi vəzifəsini icra etməmişdir. O, müxtəlif vaxtlarda azərbaycan dilindən dərs demək üçün digər məktəblərədə ezam edilmişdir. Məsələn, Məktəb Komissiyasının sədrinin Xalq Məktəbləri Direksiyasının 2-ci rayonu uzrə müfəttişi S.M.Qəniyevə ünvanladığı 2 noyabr 1913-cü il tarixli 3580 saylı məktubda qeyd edilirdi:” …nəzərinizə çatdırıram ki, ikinci qadın rus-tatar məktəbində azərbaycan dilini tədris etmək üçün ikisinifli qadın rus-tatar məktəbinin müəlliməsi Minə xanım Aslanova noyabrın 3-dən etibarən həmin məktəbə ezam edilir.”

 Mina xanım Aslanova Bakı şəhərində keçmiş Spasski ( indiki Zərgərpalan küçəsindəki 103 saylı evdə yaşamışdı. Bu haqda məlumat Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoruna unvanladığı 4 yanvar 1913-cü il tarixli məktubunda qeyd edilirdi.

1915-ci il sentyabrın 28-də Bakı Müq. Nina qız məktəbinin müfəttişi A. DodrikovXalq Məktəbləri Direksiyasının 2-ci rayonu uzrə müfəttişi S.M.Qəniyevə 677 saylı məktubla müraciət edərəkqadın ali rus-tatar məktəbində müsəlman dini üzrə şəriət müəlliməsiolan Mina xanım Aslanovanın Müq.Nina qız məktəbində şəriət fənni üzrə iki dərsin ona verilməsi haqqındamüraciətetdiyini bildirərəkmüfəttişdən Mina xanım Aslanovanın müraciətinəöz münasibətini bildirməsini xahiş edirdi.

Bakı Müq. Nina qız məktəbi müfəttişinin məktubuna cavab olaraq  Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəbləri Direksiyasının 2-ci rayonu uzrə müfəttişiS.M. Qəniyev bildirmişdi ki, ” Mina xanım Aslanovaya sizin məktəbdə iki dərsin verilməsinə etirazımız yoxdur.”

Bakı şəhər Duması nəzdindəki Məktəb komissiyasının sədri S.Vəzirova 2-ci qadın rus-tatar məktəbində şəriət və azərbaycan dili müəlliməsi olan Mina xanım Aslanovaya 3-cü rus-tatar məktəbində Rubabə xanım Feyzulla qızının yerinə boş qalan şəriət dərslərinin tədrisininhəvalə edilməsi haqqında müfəttiş S.M.Qəniyevə 27 oktyabr 1915-ci il tarixdə 1511 saylı məktubla müraciət etmişdir. Müfəttiş S.M.Qəniyev tərəfindən həmin məktuba yazılmış dərkənarda qeyd edilirdi ki, ” 2-ci və 3-cü rus-tatar məktəblərində tədris ilinin ortasında şəriət müəllimələrinin yerinin dəyışməsini yersiz iş hesab edirəm xüsusən də ona görə ki, buna bir səbəb yoxdur. Şəriət müəllimələrindən əldə etdiyim məlumata görə onlar da belə yerdəyişməni arzulamırlar”

Mina xanım Aslanovanın şəxsi işində olan digər sənədlər təsdiq edir ki, Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru icazə vermişdi ki, Mina xanım 3-cü qadın rus-tatar məktəbində 4 şəriət dərsini tədris etsin. Bu barədə Direktorun Bakı 3-cü rus-qadın məktəbinin müdirinə ünvanladığı 16 sentyabr 1915-ci il tarixli məktubda qeyd edilirdi.

1916-cı il mayın 16-da Mina xanım Aslanova təxirəsalınmaz ailə işləri ilə əlaqədar olaraq onun Aşqabad şəhərinə getməsinə icazə verilməsi haqqında 2-ci rayon uzrə müfəttiş S.M.Qəniyevə ərizə ilə müraciət etmişdir. Həmin ərizədə Mina xanım Aslanovanın 2-ci rus-tatar məktəbinin deyil, artıq 3-cü rus-tatar məktəbinin müəlliməsi olduğu qeyd edilirdi. Arxiv sənədləri təsdiq edir ki,Mina xanım  Aslanova həyatını gənc nəslin müxtəlif rus-tatar məktəblərində təhsil alması işinə sərf etmiş və bu yolda fədəkarcasına çalışmışdır. Təəssüflər olsun ki, Mina xanım Aslanovanın sonrakı həyat tarixi haqqında hər hansı bir digər sənəd onun şəxsi işində aşkar edilməmişdir. Lakin internet mənbələrindən əldə edilmiş məlumata görə Mina Xanım Aslanovaya 1958-ci ildə Azərbaycan SSR-nın əməkdar müəlliməsi fəxri adı verilmişdir. Mina xanımın neçənci ildə ailə həyatı qurub-qurmadığı, eləcə də neçənci ildə vəfat etdiyi haqqında da hər hansı bir məlumatı aşkar etmək mümkün olmadı. Güman etmək olar ki, tanınmış pedaqoq Mina xanım Aslanova da represiyaya uğramışdır. Çünki, onun atası Qori Müəllimlər Seminariyasının məzunu Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanov 1938-ci ildə repressiyada vəfat etmişdir.Yeri gəlmişkən qeyd edirik ki, onun oğlu-yəni Mina xanımın qardaşı Əmir bəy digər tanınmış pedaqoq Nigar xanım Vəlibəyovanın həyat yoldaşı olmuş və Əmir bəy də repressiyaya uğrayaraq 1938-ci ilin iyununda vəfat etmişdir.Sovet dövrünün repressiya illərində xalqımızın bir çox dəyərli və layiqli övladları, xüsusən dəziyalıları repressiyalara və haqsız cəzalara məruz qalmışdılar.

Azərbaycan Respublikasının təhsil tarixində izi qalmış hər bir müəllim, pedaqoq və təhsil işçiləri xalqımız üçün olduqca dəyərli və əzizdir. Çünki, o cümlədən onların səyləri nəticəsində Azərbaycanda savadsızlığın aradan qaldırılması, təhsil-təlim və məktəb işinin inkişaf etdirilməsi sahəsində mühüm işlər görülmüşdür.Onların hər biri ölkəmizdə savadsızlığın aradan qaldırılmasında, insanların məktəbə və təhsilə cəlb edilməsində, eləcə də ölkəmizdə təhsilin inkişaf etdirilməsində mühüm rol oynamışdılar. Onların adları və fəaliyyətləri xalqımız tərəfindən daim böyük hörmət və ehtiramla yad edilir və tədqiq edilir.

 

         Azərbaycan Respublikası Milli Arxiv

                                                İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin

baş məsləhətçisi  

Rafiq Səfərov

 

 

 

İSTİFADƏ  EDİLMİŞ  ƏDƏBİYYAT  VƏ  MƏNBƏLƏRİN   SİYAHISI,

 

1.ARDƏİA,f.527,siy.1,iş.170,v.27

2. ARDTA, f.309,siy.4,v.1

3.Yenə orada

4.ARDTA, f.309,siy.4,v.2

5.ARDTA, f.309,siy.4,v.3

6. ARDTA, f.309,siy.4,v.4

7.ARDTA, f.309,siy.4,v.1

8.ARDTA, f.309,siy.4,v.6

9.ARDTA, f.309,siy.4,v.8

10.ARDTA, f.309,siy.4,v.7

11. ARDTA, f.309,siy.4,v.10

12. ARDTA, f.309,siy.4,v.9

 

 

 

 



Bugün: 55
Dünən: 824
Bu həftə: 3357
Son həftə: 6294
Bu Ay: 22360
Son Ay: 25108
Bu İl: 288509
Ümumi: 1308930
1308930