Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Nur saçan şəfa ocağı - Azərbaycan Oftalmologiya Elmi Tədqiqat İnstitutu

Son Yenilənmə : 2022-05-27 02:45:43
Baxış sayı : 631

Ötən sərin iyirminci illərinə kimi Azərbaycanda əhali arasında ən geniş yayılmış xəstəliklərdən biri traxoma idi.Mərkəzlərdən fərqli olaraq bölgələrdə bu xəstəliyin müalicəsi demək olar ki,yox dərəcəsində idi.1918-ci ilin statistik göstəricilərinə görə Azərbaycan traxomaya yoluxma sayına görə ən yüksək faiz göstəricisinə malik idi.Oftalmologiya Elmi-Tədqiqat İnstitutunun arxiv sənədlərində (Fond 1,siy3, saxlama vahidi 47 ) qeyd olunur ki,o dövrdə Bakıda yeganə göz xəstəlikləri şöbəsi Mixaylovski Xəstəxanasında fəaliyyət göstərirdi.Rayonlarda göz xəstəliklərinin müalicəsi konyuktivit epidemiyasına qarşı mübarizəyə görə bölgələrə göndərilən həkim briqadaları tərəfindən həyata keçirilməyə başladı.

1922-ci ildə Mixaylovski xəstəxanasının göz xəstəlikləri xəstəxanasıına çevrildi.Xəstəxanada 130 yerlik çarpayı vardı,bu,az da olsa,əhalinin sağlamlığının xidmətində dururdu.

Getdikcə xəstəxanaların texniki təchizatı yaxşılaşdırılır,sayı artırdı.1928-ci ildə Respublika Elmi Tədqiqat Klinika institutunda göz xəstəlikləri şöbəsi yaradıldı.1935-ci ildə traxoma xəstəliyinin tamamilə ləğvi məqsədi ilə genişmiqyaslı dövlət proqramı qəbul olundu və bölgələrdə əhaliyə kömək məqsədilə həkimlərdən ibarət briqadalar göndərildi,ilk olaraq traxomanın ən geniş yayıldığı yerlərdə əhaliyə xidmət göstərildi.Şöbənin qarşısına qoyulan məqsədlər ilk növbədə mülicə-profilaktika işlərini keyfiyyətlə aparmaq üçün dispanserlər yaratmaq,elmi-tədqiqat ekspedisiyaları yaratmaq,traxomaya tutulanların qeydiyyatını aparmaq,sanitar-maarifləndirici nəşrlər yaratmaq idi.

Traxmomaya qarşı mübarizədə şöbə böyük işlər görə bildi:1938-1940-cı illər ərzində Azərbaycanda 175 traxoma məntəqələri yaratdı.(Oftalmologiya Elmi-Tədqiqatİnstitutunun Arxivi.Fond 1.siy 3,saxlama vahidi 42) .

Böyük Vətən Müharibəsi illərində institutun fəaliyyətində nisbi durğunluq məlum səbəblərə görə aşağı düşdü,lakin müharibənin sona yetməsi ilə tibb işçiləri qarşısında əhaliyə tibbi xidmətin səviyyəsini artırmaq məsələsi qoyuldu.

SSRİ Xalq Komissarları Sovetinin 3 iyun 1945-ci il tarixli əmrinə əsasən 1№li Bakı Mərkəzi Göz Xəstəxanasının bazası əsasında Azərbaycan Oftalmologiya Elmi Tədqiqat İnstitutu yaradıldı.Azərbaycan SSR Səhiyyə Nazirliyinin təsdiq etdiyi əsasnaməyə görə (15 may 1946-cı il tarixli) Oftalmologiya Elmi Tədqiqat İnstitutu göz xəstəlikləri sahəsində elmi-tədqiqat mərkəzi hesab olundu.İnstitutun əsas məqsədi ölkədə elmi-tədqiqat və elmi-praktik məsələləri işləyib hazırlamaq idi.Bu məqsədlə əsasnaməyə görə institutun funksiyaları müəyyən edildi.

a)Oftalmologiya sahəsində diaqnostik üsulların təyini,müalicə və profilaktika işləri.

b)Yüksək səviyyəli müalicənin təşkili

v)Elmi-tədqiqat mövzularının planlaşdırılması

q)Səhiyyə nazirliyi,digər orqanların metodiki və göstəriş məsləhətləri.

d)Vacib əhəmiyyətli ekspedisiyalrın təşkili

e)İnstitutun elmi işlərinin nəşri

j)Yeni aparat və avadanlıqların,iş proseslərinin öyrənilməsi

z)Elmi işlərin və nailiyyətlərin praktiki tətbiqinə nail olmaq və s.

İnstitutda elmi şura yaradıldı,eyni zamanda respublika və beynəlxalq səviyyəli elmi sessiyaların,

konfransların,yığıncaqların,cəmiyyət və elmi müəssisələrlə əlaqələrin təşkilini həyata keçirmək qarşıya qoyuldu.

İnstitutun rəhbərliyi direktordan və üç müavindən (elmi işlər üzrə,müalicə işləri üzrə,təsərrüfat işləri üzrə) ibarət idi. İnstitutun ilk direktoru tibb elmləri namizədi Mirzə Əli Abbasov,elmi işlər üzrə direktor müavini professor  Sona xanım İbrahim qızı Vəlixan olmuşdur.

İnstitutda 7 bölmə:

-kliniki

-nəzəri-eksperimental

-metodiki

-elmi kitabxana

-muzey

-arxiv

-inzibati təsərrüfat bölmələri yaradıldı.

Sonralar -1949-cu,1954-cu illərdə müəyyən dəyişikliklər aparıldı ki,bu da oftalmologiya elminin inkişafı və yeni avadanlıqların müasirliyi ilə bağlı idi.

1957-ci ildə instituta rəhbərliyi Nazim Mirqasım oğlu Əfəndiyev öz üzərinə götürmüşdür və bu ildən başlayaraq bu instituta40 il ərzində rəhbərlik etmişdir.İnstitutun tarixində onun şəxsiyyəti unudulmaz bir iz qoymuşdur.Onun səyləri nəticəsində institutun kollektivi öz tərkibində yüksəkixtisaslı,zəkalı mütəxəssisləri,xalqına və vətəninə fədakarcasına xidmət göstərən əsl ziyalıları toplamışdır.

21 yanvar 2002-ci il tarixində institut yüksək bir şərəfə layiq görülmüşdür.Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini,Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını,Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq.Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 869 saylı sərəncamı ilə instituta görkəmli alim akademik Z.Ə.Əliyevanın adı verilmişdir.

Bütövlükdə,Oftalmologiya Elmi-Tədqiqat İnstitutu yarandığı gündən Azərbaycanda səhiyyənin inkişafına öz gözəl və qiymətli töhfələrini vermişdir.Bu gün də institut öz ənənələrini davam etdirməklə təkcə ölkəmizdə deyil,bütün dünyada tanınan elm ocaqlarından biri kimi tanınır.

 

Oftalmologiya Elmi-Tədqiqat İnstitutunun müxtəlif  xarakterli sənədləri Azərbaycan Dövlət Elm və Texnika Sənədləri Arxivinə 1970 və1974-cü illərdə qəbul edilmişdir:1976-cı ildə institutun periferiya şöbəsinin daha 100 sənədi daimi qeydiyyata alınmışdır.Burada əsasən elmi işlər,hesabatlar,elmi konfransların,elmi şuranın protokolları,əməkdaşların elmi məqalələri (1946-1975-ci illəri əhatə edən) toplanmışdır.

Müzahim Ələkbərov

ARDETSA,

aparıcı arxivçi



Bugün: 245
Dünən: 774
Bu həftə: 5614
Son həftə: 6350
Bu Ay: 18323
Son Ay: 25108
Bu İl: 284472
Ümumi: 1304893
1304893