Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Görkəmli ictimai-siyası xadım,ədib, publisist, maarifpərvər ziyalı Ömər Faiq Nemanzadənin mətbu fəaliyyəti haqqında

Son Yenilənmə : 2023-05-11 11:12:04
Baxış sayı : 3878

 

İstedadlı  qələm  sahibi, publisist, jurnalist    ictimai  xadim,  ğörkəmli  mollanəsrəddinçi, Ömər  Faiq  Nemanzadə  XX   əsr  Azərbaycan   milli  mətbuatının  inkişafında , xalqımızın  milli  dirçəlişi    xoşbəxt  gələcəyi  uğrunda  mübarizədə yaxından  iştirak  etmiş    ictimai-fikir  tariximizdə  öz  dəst-xətti  ilə  tanınmış mütərəqqi   ziyalılarımızdan  biridir.

Ö.F. Nemanzadə “mollanəsrəddinçilər” adlı  fikir  cərəyanının  rəhbəri  Cəlil Məmmədquluzadənin  sədaqətli  məslək  yoldaşı  olmuşdur. C.Məmmədquluzadə    əvvəlcə  “Şərqi-Rus”da, sonra  isə “Qeyrət” mətbəəsində  birgə fəaliyyəti  ərzində Ömər  Faiqi  istedadlı  qələm  sahibi    öz  əqidəsinə  uyğun  mətbuata  ehtiyacı  olan  bir  mühərrir  kimi   tanımışdı. Ömər  Faiq  Nemanzadənin  fəaliyyətinin  daha  məhsuldar  dövrü  XX  əsrin  əvvəllərinə  təsadüf  edilir.   Ö.F. Nemanzadə  mühərrirlik  fəaliyyətinə   Məmmədağa  Şahtaxtlının  sahibi    redaktoru  olduğu  türkcə  dərc  olunan  “ Şərqi-Rus” qəzetində  başlamışdır. O,  1903-1905-ci  illərdə  “ Şərqi-Rus”la   əməkdaşlıq  etmişdir. Həmin qəzetin  birinci  nömrəsi  1903-cü  il  martın  30-da  Tiflisdə  çap  olunmuşdu. Ö.F. Nemanzadə türkcə "Şərqi - Rus" adlı qəzetinin  çıxmasını böyük sevinclə qarşılamışdı. "Şərqi - Rus" qəzeti  əvvəllər   həftədə  üç  dəfə  buraxılmış,  1904-cü il iyunun  8-dən  etibarən  gündəlik  qəzetə  çevrilmişdi.  Əyalətlərdə  gördüyü  rəzalətləri, cahilliyi  qələmə  almaq, ürəyini  boşaltmaq  üçün  "Şərqi - Rus" qəzeti  Ö.F.Nemanzadəyə  imkanlar  yaratmışdır. Qəzetin  rəsmi  redaktoru  M. Şaxtaxtinski  olsa  da, əsas   mühərrirləri  C. Məmmədquluzadə    Ömər  Faiq  idi. "Şərqi - Rus" qəzeti  XX  əsrin   ilk  gündəlik  Azərbaycan  qəzeti  kimi  tarixə  daxil  olmuşdur. Qəzetin   cəmi  392 nömrəsi  çıxmış, sonuncu  nömrəsi  isə  1905-ci  il  yanvarın  15-də  cap  edilmişdir. “Şərqi-Rus”  fəaliyyətini  dayandırarkən  Ömər  Faiq, Cəlil  Məmmədquluzadə    Məşədi  Ələsgər  Bağırov  qəzetin  mətbəəsini  birgə   alaraq   1905-ci ildə  müstəqil  “Qeytət” adlı  nəşriyyat  təsis  etmişdilər. Bu  Azərbaycan  mədəniyyəti  tarixində  ilk  milli  müəssisə  olmuş    adından  göründüyü  kimi  qələmi,  imkanı    bacarığı  olan  insanları  xalqa  onun  doğma  ana dilində  doğru  söz  deməyə, milli  dirçəliş    tərəqqi  uğrunda  qeyrət  göstərməyə  çağırmışdı. “Qeyrət”  nəşriyyatının  buraxdığı  ilk  kitab Ömər  Faiqin  “ Dəvət” əsəri  olmuşdur. Ö.F.Nemanzadənin  1905-ci  ildə  həmin  mətbəədə  çap  etdirdiyi  “ Dəvət” adlı kitabı da oxucuları məhz belə  qeyrətə  dəvət  idi. Bir  qədər  sonra  bu  mətbəədə  məşhur  “ Molla  Nəsrəddin” jurnalı  nəşr  olunmağa  başladı. Ö.F.Nemanzadə  1906-cı  ildən  etibarən  “Molla  Nəsrəddin” jurnalının  nəşrində  fəal  iştirak  etmişdir. O,  1906-cı  ildən  1917-ci  ilə  qədər  jurnalın  məsul  katibi    yaxud  C. Məmmədquluzadədən  sonra  2-ci  redaktoru , Mirzə  Cəlil  olmayanda  “ jurnalın  məzmunu  barəsində” sahibi  ixtiyar  kimi  fəaliyyət  göstərirdi.  “Molla  Nəsrəddin” - həftəlik  illüstrasiyalı  ilk  Azərbaycan  satirik  jurnalı   olmuşdu. Jurnalın   birinci   nömrəsi   1906-cı  il  aprelin  7-də  Tiflisdə  çapdan  çıxmışdır. Jurnal  1906 - 1907-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922 - 1931-ci illərdə Bakıda nəşr olunmuşdur. Dərc  olunduğu 25  il  ərzində  yurnalın  748  nömrəsi  işıq  üzü  görmüşdü  ki, onların  da  340 -ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü  Bakıda  çıxmışdır. Bu  jurnalın  ətrafında   XX  əsrdə  tənqidi-realist  ədəbiyyatın   əsas  təmsilçiləri  toplaşmışdır. “ Molla Nəsrəddin” də  Ömər  Faiq  Nemanzadə, M.Ə. Sabir, Ə. Haqverdiyev, Ə. Nəzmi, Ə. Qəmküsar, M. S. Ordubadi, Mirzəli Möcüz    digər şair, yazıçı    jurnalistlər, habelə   O. Şmerlinq, İ. Rotter, Əzim  Əzimzadə  kimi  tanınmış  rəssamlar  fəaliyyət  göstərirdilər. Cəlil  Məmmədquluzadə  Əliqulu  Qəmküsarın  ölümünün  beşilliyi  münasibətilə  yazdığı  məqaləsində  qeyd  etdirdi   ki, “ Molla  Nəsrəddin” tək  bir  nəfər  müəllifin  əsəri   deyil, “ Molla  Nəsrəddin”  bir  neçə  mənim  əziz  yoldaşlarımın  əsərlərinin  məcmuəsidir  ki, mən    onların  ancaq  ağsaqqal  yoldaşıyam.”  Satirik  gülüş  dərin  məzmunlu  yumor  jurnaldakı  yazıların  əsasını  təşkil  edirdi. Jurnalın  ilk  nömrələri  Cəlil  Məmmədquluzadə  ilə  Ömər  Faiq  Nemanzadənin  gücünə  çap  olunurdu. Azərbaycan  ədəbiyyatı    mətbuatı  tarixində  yeni  bir  üslub  yaradan “Molla  Nəsrəddin” ümumən  ədəbiyyatın  inkişafında  bir  dönüş  nöqtəsi  oldu. Bütün  Müsəlman  Şərqində  ilk demokratik və yeganə parlamentli respublika  olan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  banilərindən  biri   M.Ə. Rəsulzadə “Molla  Nəsrəddin” məcmuəsini  Azərbaycan  məzacının  xəlq  etdiyi  bir  şah  əsər  adlandırmışdır.

 Mirzə  Cəlil  mürgüləməkdə  olan  məzlum  Şərqə  üz  tutub  mənalı  bir tərzdə  deyirdi:” Ey  mənim  müsəlman  qardaşlarım. Zəmani  ki, məndən  bir  gülməli  söz  eşidib,  başladınız  gülməyə, o  vədə  elə  guman  etmiyəsiniz  ki, Molla  Nəsrəddinə  gülürsünüz. Əgər  bilmək  istəsəniz  ki, kimin  üstünə  gülürsünüz, o  vaxt  qoyunuz  qabağınıza  aynanı    baxınız  camalınıza.”  “Molla  Nəsrəddin” əsl  xalq  jurnalı  idi. 1906-cı  ilin  10-cu  nömrəsindən  başlayaraq  “Molla  Nəsrəddin” öz  oxucularına  epiqraf  şəklində  bildirirdi: “ İdarəyə  göndərilən  məktub    məqalələr  açıq  türk  dilində  yazılmış  olmasalar, çap  olunmayacaqlar.”  Jurnalın  kəskin  siyasi  felyotonları, inqilabi  ruhlu  şerləri, həqiqətpərəstlik    ifşaçılığı  çar  hökuməti, yerli  burjuaziya    din  xadimlərinə  qarşı  ardıcıl  mübarizə  aparması  onun  senzura  izləməsinə, təhdid    təkfir  edilməsinə  səbəb  olurdu. Görkəmli  şair, nasir    publisist  M.S.Ordubadi-“Hərdəmxəyal”;Ö.F.Nemanzadə-“Ümidvar”; şair  Əli  Razi – “Dabanıçatdaq  xala”,  “Heyvərə”; Əli  Məhzun –“Yetim cücə”; Bayraməli  Abbaszadə - “Hammal”; Salman  Mümtaz – “Xortdan  bəy”  imzaları  ilə  yazır  və “Molla  Nəsrəddin” səhifələrində  öz  satirik  əsərləri  ilə  fəal  iştirak  edirdilər. Əsasən  Molla  Nəsrəddin  təxəllüsü  ilə  yazıb-yaradan  Mirzə  Cəlil  qismən    “Lağlağı”, “Dəli”, “Dəmdəki”, “Cırcırama”, “Hərdəmxəyal”    s.  Imzalarla   jurnalda  çıxış  edirdi.

«Molla Nəsrəddin» Yaxın    Orta   Şərqdə   milli-azadlıq    inqilabi-demokratik  hərəkata   ciddi   təsir  göstərmiş, beynəlxalq  əhəmiyyətə  malik   jurnal  olmuşdur. Sovet  hakimiyyəti  illərində  ciddi  təzyiq    qadağalara  baxmayaraq  jurnal  öz  mütərəqqi  ənənələrini  davam etdirmişdi. İctimai  tərəqqiyə, elmin, mədəniyyətin  inkişafına  maneçilik  törədən  qüvvələri  satira  atəşinə  tutmuşdur. Həmin   dövrdə Ə. Haqverdiyev, Ə. Əzimzadə, Cəfər  Cabbarlı, Əliağa Vahid, B. Talıblı    digər  başqa  ziyalılar  bu  jurnalla  əməkdaşlıq  edirdilər.  Azərbycan  Respublikası  Prezidentinin  İşlər  İdarəsinin  Siyasi  Sənədlər  Arxivinin  kitabxanasında  jurnalın  1906-1913 və 1922 -1931-ci illərdə  nəşr  olunan  nüsxələri,  Azərbaycan  Respublikası  Milli  Arxiv  İdarəsinin  Elmi-məlumat  kitabxanasında  isə  jurnalın  1910, 1923, 1925-1930-cu  illərdə  nəşr olunmuş  bir  sıra  nüsxələri  qayğı  ilə  qorunub  saxlanılır. Tədqiqatçılar, alimlər, Azərbaycanda  mətbuatın  inkişaf  tarixi  ilə  maraqlanan  tarixçilər   Milli  Arxiv  Fondu  sənədlərindən  istifadə  edilməsi  qaydalarına  riayət  etməklə  həmin  kitabxanalara  müraciət  edərək  bu  jurnallardan  istifadə  edə  bilərlər. Yeri  gəlmişkən  qeyd  edirik  ki, Milli  Arxiv  İdarəsinin  rəisi, tarix  elmləri  doktoru  Ataxan  Paşayevin  rəhbərliyi  ilə  2009-cu  ildə  “Molla  Nəsrəddin  jurnalının  nəşri  tarixindən” adlı  sənədlər  məcmuəsi Milli  Arxiv  İdarəsi  tərəfindən  hazırlanaraq  nəşr  olunmuşdur.  Həmin  sənədlər  məcmuəsi  Azərbaycan  mətbuatı  tarixində  əvəzsiz   rol oynamış,  XX  əsr  ictimai fikir    ədəbiyyat  tarixində  yeni    dövr  açmış, təkcə  Azərbaycanda  deyil,  Yaxın    Orta  Şərq  ölkələrində   siyasi  satiranın  ilk  qaranquşu  olan “Molla Nəsrəddin” jurnalı    onun  nəşri  tarixinin  öyrənilməsində   olduqca  əhəmiyyətlidir. Nəşr  üçün sənədlər  Gürcüstan, Azərbaycan    Rusiya  arxivlərindən  toplanmışdır.  

 Ömər  Faiq  “Molla  Nəsrəddin”inlə  yanaşı  “Həyat”, “Tərcüman”, “İrşad”, “Tərəqqi”, “ İqbal”, “Yeni  iqbal”, “ Açıq  söz”, “Qardaş  köməyi”, “Azərbaycan” və  s.  mətbuat  orqanlarında  “Ömər  Faiq”, “Ümidvar”, “Dərdmənd”, “Lağlağı”, “Cəhrəçi  xala” və  başqa  imzalarla  dövrün  aktual  problemlərinə  dair  kəskin  məqalələrlə  çıxış  etmişdi. Qeyd edilən məqalələrində  ( “Dərdimiz    dərmanımız”, ”Nə  üçün  haqqımızı  istəmiriz?”, “ Ağacı  qurd  içindən  yeyər.”, “Mən  kiməm?”, “ Molla  Nəsrəddin” bağlandı, “Məzlum  ən  böyük  zalımdır”,” Alınan  azadlığı    cür  saxlamalı“ , ”İşığımız  sönməyəcək”, “Çinovniklərimiz”, “Milli  məsələlərimizin  vaxtımı?”, “Həsən  əminin  şikayəti”, “Milliləşmək”, “Yazımız, dilimiz, “İkinci  ilimiz”, “Dilimiz    imlamız”, “Müəllimlərimiz    üçün  Bakıya  qaçırlar”    s.) çarizmin  müstəmləkəçilik  siyasətini  ifşa  etmiş, xalqımızın  ictimai-siyasi  mübarizəsini    mənəvi  inkişafını, zülm    istismara, cəhalətə, fanatizmə  qarşı  mübarizəsini  əks  etdirmişdi. Ö.F. Nemanzadənin  18  oktyabr  1906-cı  il  tarixli  245№li “İrşad”  qəzetində  dərc  etdirdiyi  “ Məzlum  ən  böyük  zalımdır” məqaləsində  xalqın  zülm  altında  inləməsinin  başlıca  səbəbinin  məhz  onun  zülmə, həqarətə, döyülməyə, əziyyətə, qorxağlığa   səbr    adət  etməsində, zalımlara, müstəbidlərə  ziyadə  itaət  etməsində  görürdü. O, qeyd edirdi ki, “əsil  zalım və  günahkar  zülm edənlər deyil, bəlkə zülmə, həqarətə səbr edənlərdir.”...Bəsdir  bu  qədər  səbr, bəsdir  çəkdiyimiz  bu  qədər  həqarət.Vaxtdır ki, cümləmiz ittifaq  edib tələb  edək: Cənablar,  biz öz  dilimizlə  oxuyub  dilimizi, milliyyətimizi  bilmək  istəyrik. Biz  öz  dilimizə,dinimizə  məxsus  olan  məktəblərimizi  özümüz  idarə  etmək  istəyiriz. Biz  öz  xahişimizlə  rusca, firənkcə, nemescə  oxuyub  mərifətli, mədəniyyətli  olmaq  istəyirik, biz  istəyirik  ki, bir  para  milli  işlərimizi  özümüz  idarə  edib  bizim  adətimizdən  bixəbər  olan  cahil    zalım qululuqçular  bizim başımıza  bəla  olmasınlar…Bəli  vaxtdır, biz    tərpənək, hüququmuzun  mühafizəsinə  çalışaq, haqq və musavat yolunda tökülən  qanların  səmayə əks edib süni şəfəqlər təşkil edən belə həngamələrdə aciz və miskinlər  kimi  qafilanə  yatmayaq... ”

Azərbaycanın digər mütərəqqi ziyalıları kimi  Ömər Faiq Nemanzadəni    hidlətləndirən  məsələlərdən  biri də Azərbaycan  xalqının özünü türk kimi  deyil, müsəlman kimi adlandırması idi. Onun 1917-ci ilin  mayında “ Qardaş köməyi”  məcmuəsində dərc etdirdiyi “Mən  Kiməm” məqalələsində  qeyd  edirdi: “ Ey  qafqazlı  türk, sən çoxdan islam qeyrətini çəkirsən və bu qeyrətlə, hətta öz adını da  itirmişdin. Sən islam uğrunda o qədər çalışmış, əqidə  qovğalarında o qədər zərər  çəkmiş, o  mərtəbə yorulmuşsan  ki, axırda bu gün onların adlarını çəkmək  istəməyib təkcə  müsəlman olmaq xəyalına düşmüsən... Zamanamızda, yəni  din    əbudiyyətdən, cins və  millətlərin  hökm sürdüyü böylə bir çağda insan öz soy    millətini  tanımamaq, daha döğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən  biridir... məhkum  millətlərin öz varlıqlarıı, öz  hüquqlarını  saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası, dərin düşünülürsə, qarayaradan da, onun çibanından da daha acılı və daha zəhərlidir... Mən iddia etmək deyil, uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilmiyiriz.” Ömər Faiq Nemanzadə daha sonra  qeyd  edir: “Ey türk, sənin başına çox işlər gəlmişdi, çox  əqidələr dolmuşdur. Çox şeylər bilirsən və bu gün də çox cahil deyilsən! Bir çox  ədiblərin, müəllimlərin, mühəndislərin, doktorların, advokatların, məktəblərdə  yüzlərcə  tələbələrin  var!... Ancaq, ancaq  bircə  xüsusda  cahilsən. O barədə heç  bir zad bilməyirsən... Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı-  yəni  özünü bilmək istəmirsən, niyə varlığından öz vücudundan, öz soy və nəslindən xəbərin yox? Niyə sənə  “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə  bilmirsən ki, mən türkəm. Niyə deyə  bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan  əvvəl sən türk idin. İndi də türksən və bundan sonra da türk  qalacaqsan? Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə türksən. Sən  gərək  biləsən ki, dünyada hələ şiə, sünnü, babı, şeyxi adları yox ikən sən  var  idin.... Ey özündən bixəbər  türk! Mədəniyyət əsrləri, nizam idarə və əsayiş üsulu  “yasaq” qanunları hənuz Bağdad,Şam, Paris və Londonda yox ikən, sənin  yurdunda var idi. Sən öz dadlı dilini cığırından çıxarıb bügünkü acınacaqlı  hala  salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var  idi. Ey  özünü  itirir, unudur dərəcədə  müsafirpərvərlik, özgələrə hörmət göstərən türk, yadına sal ki, sənin ruhun, sənin qanın, sənin düşüncən, sənin varlığın hənuz sənin  özundə ikən sən bu günki kimi dilsiz, yazısız yəni milli nişanəsiz  deyildin.”  Omər  Faiq Nemanzadə millətpərvərlik əqidəsini yüksək qiymətləndirərək qeyd edirdi  :”... Bu gün eynidən-eyniyə qanıram  ki, dini əqidədən sonra insanda doğan  dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai  fəlsəfənin  baş, özünü  tanımaq  fəlsəfəsidir, millətini  bilmək  elmidir. Millətpərəstlik  əqidəsi  özgə  ıqidələrin  mərhələsi, keçididir...Bu  halda  ki, mövqeyimizə, elmimizə, ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad  millətpərəstlik əqidəsi  olmalıdır...” 

Xalqın  savadlandırılmasını azadlıq yolunda, özünü dərk və milli oyanış yolunda  əsas şərtlərdən  biri  hesab  edən  Ö.F. Nemanzadə  qeyd  edirdi:” Bu  gün  bizim  üçün  heç  bir  məsələ, heç  bir  ehtiyac   yoxdur   ki, müəllimlərimiz  qədər  əhəmiyyətli  olsun.”  Onun xalqın savadlandırılması və maarifləndirilməsi  məsələlərinə həsr etdiyi və 5 may 1904-cü il  tarixli 52№li “ Şərqi-Rus” qəzetində  dərc edilmiş “ Nə  üçün  haqqımızı  istəmiriz?” məqaləsində  qeyd  edirdi:”... bu  gün bizim ölüm-dirim  məsələmiz  maarifdir. Öylə maarif  ki, bu gün dava kimi  ən nazik və dəqiqəsi  milyonlar qiymətində olan bir vaxtda belə müharib  dövlətlərin  hər ikisi də bir tərəfdən onu da əldən buraxa bilmirlər...Zaman  təqazası  dəyişdi. Biz    buna  görə  dəyişməli, hərəkət  etməliyik...Bir  çox  şəhərlərdəki  sənət  ziraət və  şəhər məktəblərinin xərcinin  bir  qismini, bəlkə  böyük  bir hissəsini biz  müsəlmanlar  veririz. Nüfusa, pula  nisbətlə  ildə  bir  neçə  uşağımızın  pulsuz  oxudulmağı da nizam  daxilindədir. Halbuki cəmaətimizin göz yummasından, məhəlli qazılarımızın, böyüklərimizin diqqətsizliyindən o kimi yerlərimizi, haqqımızı özgələr zəbt etməkdədir. Bu kimi yerlərdə dörd göz olub millət  balalarımızın rus məktəblərinə getmələrinə çalışmalıyıq. Bu yolda camaatı  alışdırmalı, təşviq etməliyik. Çünki zəmanəmizdə rus məktəblərindən  ürkmək, ictinab etmək maarif  bağçamıza  gələcək ən qüvvətli bir su arxını kəsmək  deməkdir. Balalarımızı  bir  tərəfdən  rus  məktəblərinə  göndərməklə  bərabər  buralara gedəmiyənlər üçün də hər şəhərdə, hər böyük kənddə xüsusi  məktəblər  açmalıyıq. Üsuli-cədid məktəblərimizi çağlatmalıyız. Xərab  ola



Bugün: 312
Dünən: 774
Bu həftə: 5681
Son həftə: 6350
Bu Ay: 18390
Son Ay: 25108
Bu İl: 284539
Ümumi: 1304960
1304960