Həyatı boyu ölkəsi və milləti üçün çalışanlar. İmperiya siyasəti də onları unutdura bilmədi.
Azərbaycan xalqının milli mənlik şüurunun oyanmasında xüsusi rolu olmuş görkəmli
ictimai xadim, yazıçı, tərcüməçi, tənqidçi, publisist,
həkim, rəssam, mütəfəkkir
Əlibəy Hüseynzadənin anadan olmasının 153 illiyinə həsr edilir.
Türkçülük hərəkatı ideoloqlarından biri, xalqımızın milli mənlik şüurunun oyanışında və intişarında, onun ictimai, siyasi, elmi-pedaqoji, ədəbi və mədəni həyatında, eləcə də Azərbaycanda müasir demokratik cəmiyyət quruculuğunda mühüm rol oynamış görkəmli ictimai xadimlərdən biri də Əlibəy Hüseynzadədir.Təkcə Azərbaycan xalqının deyil, bütün türk və islam dünyasının böyük mütəfəkkirlərindən sayılan Ə.b.Hüseynzadə keçmiş sovet dövründə layiq olduğu qiymətini almayan, zəngin fəaliyyəti və yaradıcılığı üzərindən sükutla keçərək unutdurulmağa cəhd göstərilən Azərbaycan və Türkiyənin görkəmli ictimai-siyasi xadimlərindəndir. İctimai fikir tariximizdə böyük hadisə kimi qiymətləndirilən böyük mütəfəkkir Əli bəy Hüseynzadənin ictimai-siyasi portretini bir məqalə ilə qələmə almaq qeyri-mümkün olduğuna görə arxiv sənəd və materialları, kütləvi nəşrlər və digər mənbələr əsasında yazılmış bu məqalədə onun ictimai-siyasi portretinin yalnız bəzi cizgilərinin təsvir edilməsinə cəhd edilmişdir.
Keçmiş sovet tarixşünaslığında Əli bəy Hüseynzadənin həyat və fəaliyyətinə, onun yaradıcılığına bir tərəfli yanaşılaraq sinfi, siyasi və ideoloji mübarizə mövqeyindən qiymət verilmiş, üzərinə qatı “panislamist” və “pantürkist” damğası vurularaq əsərlərinin və elm irsinin öyrənilməsinə qadağa qoyulmuşdu. Nəticədə Ə.b.Hüseynzadə kimi böyük mütəfəkkirin zəngin ictimai-siyasi, ədəbi və elmi irsi milli mənafe baxımından əsaslı tədqiqata cəlb edilməmişdir. Yalnız sovet siyasi rejimi süquta uğradıqdan sonra Azərbaycanın tarixi, ədəbiyyatı və mətbuatında adları yasaq edilmiş bir sıra görkəmli ictimai-siyasi xadimlərin, o cümlədən M.Ə.Rəsulzadə, Əhməd Ağaoğlu, Ə.b. Hüseynzadə, Ə.M. Topçubaşov və başqalarının zəngin irsi, həmçinin həmin dövrün qabaqcıl mətbu nəşrlərindən olan “Kaspi”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “Təkamül”, “Açıq söz” və digər mətbu nəşrlər tarixçilər, tədqiqatçılar və alimlər tərəfindən milli mənafe baxımından yeni metodoloji prinsiplər əsasında öyrənilməyə başlandı. Ə.b.Hüseynzadənin ədəbi irsinin öyrənilməsində filologiya üzrə fəlsəfə doktorları Ofelya Bayramlı və Azər Turan tərəfindən hazırlanaraq 2007-ci ildə nəşr edilmiş “Əli bəy Hüseynzadənin Seçilmiş əsərləri” kitabı olduqca əhəmiyyətlidir.
Ə.b.Hüseynzadənin zəngin ictimai-siyasi,ədəbi və elmi irsini əks etdirən tarixi mənbələr, həmin dövrün mətbuatı təsdiq edir ki, bu böyük mütəfəkkir, ictimai-siyasi xadim həyatı boyu mənsub olduğu ölkə və millət üçün çalışmışdır. “Report” Müstəqil İnformasiya Agentliyinin Türkiyə bürosunun 2016-cı il sentyabrın 20-də yaydığı məlumata görə Azərbaycanın görkəmli ədibi, filosof, ədəbi tənqidçi, rəssam, publisist, böyük maarifçi-pedaqoq Əli bəy Hüseynzadənin yeganə varisi olan qızı 95 yaşlı Feyzavər Alpsarlan tərəfindən atasının əsərləri və şəxsi əşyalarından ibarət arxivi Azərbaycana bağışlanmışdır. Ə.b. Hüseynzadənin Arxivinin bağışlanması Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin, Feyzavər Alpsarlanın, Azərbaycanın İstanbuldakı baş konsulluğunun nümayəndələrinin və notarius əməkdaşlarının şahidliyi ilə rəsmiləşdirilmişdir. Ə.b.Hüseynzadənin Azərbaycana bağışlanılmış arxivi mövcud qaydalara uyğun Istanbuldan Azərbaycana gətirildikdən sonra Bakıda onun adına elmi mərkəzin açılmasını Azərbaycançılıq ideologiyasının banilərindən biri- Ə.b. Hüseynzadənin zəngin ictimai, siyasi, ədəbi və elmi irsinin milli mənafe baxımından öyrənilməsinə doğru atılmış yeni bir addım kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ə.b.Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il yanvarın 21-də imzaladığı sərancamda Ə.b.Hüseynzadə "Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olunmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarını işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmliictimai xadim kimi dəyərləndirilir.”
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi hərəkatın meydana gəlməsində, milli mənlikşüurunun oyanmasında və onunyayılmasında mütərəqqi ziyalılarımız aparıcı rol oynamışdılar. 1905-ci ilin fevralındaRusiyada baş vermişinqilab imperiya ərazisində yaşayan digər məzlumxalqlar kimi müsəlman-türk xalqlarının da milli tərəqqi uğrunda mübarizəsinin başlanğıcı hesab edilir. Fevral inqilabından sonra mütləqiyyət ictimai və siyasi təşkilatların yaradılması və mətbuat azadlığının verilməsi istiqamətində bəzi güzəştlərə getməyə məcbur oldu.1905-1907-ci illərdəAzərbaycanda milli hərəkat meydana gəlməyə və siyasi partiyalar yaradılmağa başlandı. Bundan əlavə, mütərəqqimilliziyalıların və bəzi burjuaziya nümayəndələrinin birgə səyləri nəticəsində “Müsəlman Xeyriyyə Cəmiyyəti”, “Nəşri- Maarif”,“Nicat”,“Səadət” mədəni-maarif və xeyriyyə cəmiyyətləri də yaradıldı. Yaradılmış mədəni-maarif cəmiyyətləri əhali arasında savad, təhsil və mədəniyyət yayaraqxalqın maariflənməsinə, mədəni-tərəqqi yolunda addımlamasına nail olmağaçalışırdılar. Həmin dövrdə milli oyanış əvvəlcə ana dili, milli ədəbiyyat və tarixin öyrənilməsi, milli məktəblərin açılması, mövcud məscid (prixod-məhəllə) məktəblərində fars dili əvəzinə türk dilinin tədris olunması, türk (Azərbaycan-R.S.) dilinin səsli metod üzrə öyrədilməsi, mədrəsələrin proqramlarına müasir elmlərin daxil edilməsi; hökumət məktəblərində türk (Azərbaycan-R.S.) dilinin tədris olunmasının tələb edilməsi; milli ayrı-seçkiliyə yol verilməməsi, müsəlmanların hüquqlarının xristianlarla bərabərləşdirilməsi və s. kimi tələblərin irəli sürülməsi formasında meydana gəlmişdir. KeçmişRusiya İmperiyasında yaşayan türk- müsəlman xalqlarının milli oyanışında H.b. Zərdabinin “ Əkinçi”, krımlı İsmayıl bəy Qasprinskinin 1883-cü ildən nəşr etdirdiyi “Tərcuman”,1903-cü ildən Məmmədağa Şahtaxtinskinin “Şərqi-Rus”, 1905-1906-cı illərdə H.Z.Tağıyevin maddi yardımı, Ə.M.Topçubaşovun naşirliyi və qüdrətli qələm sahibləri Ə.b.Hüseynzadə, Ə.b.Ağayevin redaktorluğu ilə nəşr olunan “Həyat”, 1906-1907-ci illərdə Ə.b.Ağayevin nəşr etdirdiyi “İrşad” qəzetlərinin və digər mətbu nəşrlərin xüsusi rolu və xidməti olmuşdur. Həmin dövrdə doğma ana dilində qəzet və jurnalların çap edilməsi,mədəni-maarif və xeyriyyə cəmiyyətlərinin yaradılması mütərəqqi ziyalılarla yanaşı H.Z.Tağıyevin şəxsi iştirakı və vəsaiti iləyerinə yetirilirdi. Milli tərəqqi uğrunda hərəkatın yaranmasında, geniş kütlələrin milli azadlıq hərəkatına qoşulmasında vəsonrakı mərhələdə isə müstəqil Azərbaycan Respublikasının yaradılmasınadoğru gedilən istiqlal yolunda“Həyat”, ”İrşad”, ”Kaspi”, “Təkamül”, ”Tərəqqi”, ”Açıqsöz” və başqa qəzetlərlə yanaşı ”Molla Nəsrəddin”,”Füyuzat” jurnallarının böyük rolu və xidmətləri danılmazdır. Tarixi mənbələr təsdiq edir ki, çar hakimiyyətiözünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq “inorodes” adlandırdığı “özgə” xalqların, xüsusilə türk-müsəlman xalqlarıının dünyəvi təhsil almasına imkan yaratmır, onların mədəni-maarif işlərinə cəlb olunmasını arzu olunmaz hesab edərək bu yolda müxtəlif maneələr törədirdi. XXəsrAzərbaycan mətbuatını təmsil edən mütərəqqi ziyalılar-H.b.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, Ə.b.Ağaoğlu, Ə.b.Hüseynzadə, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ə.b.Haqverdiyev, Ö.F.Nemanzadə, M.Ə.Sabir, F.b.Köçərli, M.S.Ordubadi, Üzeyir və Ceyhun bəy Hacıbəylilər və başqaları nəsr olunan qəzet və jurnallarda dərc etdirdiyi məqalə, felyeton və başqa əsərlərlə milli şüuru, heysiyyəti oyadır, milli mənafelərə uyğun olaraq xalqı durmadan təhsilə, maarifə, tərəqqi yoluna səsləyir, məktəb və mədəniyyətlə bağlı məsələləri ön cərgəyə çəkərək müzakirə edirdilər. Ölkəmizdə ictimai hərəkatın inkişafında aparıcı rol oynayan ziyalılar zülmət və nadanlıqdan çıxış yolunu mədəni inkişafda, maarifçilikdə və demokratiyada görürdülər. Xalqımızın mədəni tərəqqi yoluna çıxması istiqamətində demək olar ki, heç bir iş görmək istəməyən çar hakimiyyəti tərəfindən Azərbaycanda dünyəvi fənlərin tədris olunduğu məktəblər əvəzinə çoxlu mollaxanalar yaradılır, əhali arasındaelm, təhsil əvəzinə xurafat təbliğ edilir və çarizmin dövlət quruluşuna tabeçilik aşılanırdı. Xalqımızın tərəqqi yoluna çıxması istiqamətində çarizm tərəfindən tədbirlər görülmədiyi bir vaxtda Azərbaycanda mütərəqqi ziyalıların və tanınmış maarifpərvər milyonçu H.Z.Tağıyevin dəstəyi ilə yaradılmış “Nəşri-maarif” cəmiyyəti özünün nəzarət etdiyi Zabrat, Əmircan, Sabunçu və başqa kəndlərdəmüsəlman əhalisi arasında savad yayan gecəkursları şəbəkəsini genişləndirirdi. Ə.Hüseynzadənin həyatında az araşdırılmış mərhələlərdən biri də onun "Səadət" məktəbində muəllim və müdir işlədiyi (1907-1910) dövrlə bağlıdır. "Nəşri-maarif”, “Nicat” və “Səadət”cəmiyyətlərinin əhalini dünyəvi təhsilə və mədəni-maarif işlərinə cəlb etməsiçar hakimiyyətiniciddi narahat edirdi. Çar mütləqiyyətinin narahatçılığı və çaşqınlığı Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin bir sıra fondlarında, o cümlədən “Qafqaz Tədris Dairəsi Popeçitelinin Dəftərxanası”fondunda (f.311) saxlanılan arxiv sənədlərində öz əksini tapmışdır. Məsələn, Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəblərinin Direktoru A.Tixorjevskinin QafqazTədris Dairəsinin Popeçiteli N. Rudolfagöndərdiyi 2 mart 1910-cu il tarixli 655№li məxfi məktubunda narahatçılıqla qeyd edilirdi ki, ”1906-cı ildə Bakı şəhərində “Səadət”, “Nicat”, “Nur”, “Nəşr-Maarif” müsəlman maarif cəmiyyətləri yaradılmışdır. Həmin cəmiyyətlər yerli inzabati orqanlar tərəfindən təsdiq olunmuş nizamnamələrinə əsaslanaraq Bakı şəhərində və Bakı Qradonaçalnikliyində məktəblər açmışdılar ki,onlardan da ən mühümü “Səadət” cəmiyyətinin açdığı məktəbdir. Həmin məktəblər direksiyanın icazəsi olmadan açıldığı üçün mənim nəinki bu məktəblərin proqramları, tədris olunan fənlər, müəllim heyəti, hətta məktəblərin sayı haqqında da heç bir məlumatım yoxdur. Yerli cəmiyyətdə belə şayiə gəzir ki, məsələn, “Səadət”in məktəbi gələcək müsəlman gimnaziyası və onunla yanaşı dini seminariyasıdır. Mən həm şifahi, həm də yazılı surətdə yerli administrasiyanın diqqətini zənnimcə, tədris qanunlarından kənar mövcud olan və indiyədək ləğv olunmayan həmin məktəblərə yönəltmişəm. Lakin buna heç bir cavab almadığıma görə və mənə qarşı şəxsi pisliklərə yol verməməsi üçün susmağı qərara aldım...” Digər sənəddə, Bakı Qradonaçalnikinin 1911-ci il yanvarın 26-da Qafqaz Tədris Dairəsi Popeçitelinə göndərdiyi 1671№li məkubda isə bildirilirdi ki,,” Bakı şəhərində “Nur” maarif cəmiyyəti mövcud deyildir. Həmin adda müvafiq qanunun 1543-cü məddəsinə əsasən “ Hacı Pirverdi ”məscidi nəzdində mənim icazəmlə açılmış məktəb vardır. Bu barədə 1910-cu il noyabrın 12-də Bakıquberniyası və Dağıstan vilayəti xalq məktəbləri direksiyasına məlumat verilmişdir.” Qafqaz Tədris Dairəsi Popeçitelinin Dəftərxanası müdirinin Müsəlman maarif cəmiyyətləri tərəfindən açılmış məktəblər barədəhazırladığı cədvəldə : ”1) Bakı quberniyasının əhalisi arasında savad yayan Bakı cəmiyyəti- "Nəşr -maarif"in Balaxanı-Sabunçu polismeysterinin Balaxanı, Buzovna və Əmircan kəndlərində üc məktəb; 2) Bakı maarif cəmiyyəti “Nicat”ın Bakı polismeysterin Keşlə kəndində bir məktəb; 3) Bakı müsəlman Ruhani Cəmiyyəti “Səadət”in Bakı şəhərində bir məktəb açdığı əks edilmişdir. Cədvəldə həmçinin qeyd edilirdi ki, həmin məktəblər aid olduqları cəmiyyətlərin nizamnamələrinə uyğun, lakin xalq məktəbləri direksiyasından icazəsiz açılmışdır.” Qafqaz Tədris Dairəsi Popeçiteli N.Rudolfun Bakı Qradonaçalniki P. Martınova göndərdiyi 24 aprel 1910-cu il tarixli 8956№li məktubda bildirilirdi ki,” ..həmin cəmiyyətlər yerli inzibati orqanlar tərəfindən təsdiq olunmuş nizamnamələrinə uyğun olaraq Bakıda və Bakı Qradonaçalnikliyində məktəblər açmışdılar ki, onlardan da ən mühümü “Səadət” cəmiyyətinin açdığı məktəbdir. Həmin cəmiyyətlər tədris müdriyyətinin və xalq məktəbləri direksiyasının icazəsi olmadan açıldığı üçün onlar haqqında heç bir məlumatımız yoxdur. ”Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəblərinin Direktoru A.Tixorjevskinin Qafqaz Tədris Dairəsi Popeçitelinə göndərdiyi növbəti 23 oktyabr 1910-cu il tarixli 3689№li məktubda qeyd edirdi ki, “...”Nicat”, “Nəşr-Maarif” və “Səadət”cəmiyyətlərinə məxsus məktəblər Bakı Qradonaçalnikinin tabeçiliyindədir.”
Beləliklə, Qafqaz Tədris Dairəsi Popeçiteli N.Rudolf Bakıda fəaliyyət göstərən mədəni-maarif və xeyriyyə cəmiyyətləri haqqında mümkün olan məlumatları əldə etdikdən sonra Qafqaz canişini Vorontsov-Daşkova göndərdiyi 15 noyabr 1911-ci il tarixli 25115 №li məktubda qeyd edirdi: ”Bakı şəhərində müsəlmanlar arasında üç maarif cəmiyyətləri mövcuddur: “ Səadət ”, müsəlmanlar arasında savadı yayan “Nəsr-Maarif ” və “Nicat”, həm də nəzərə almaq lazımdır ki, bunların hər biri məktəb saxlayır: “Səadət” səviyyəcə orta təhsil məktəbinə yaxın olan ali tipli; sonuncu iki cəmiyyətlər isə ibtidai təhsil proqramlı məktəb...Həmin cəmiyyətlərdən birincisi “Səadət” məqsədinin mollaların hazırlanması olduğunu, özünü isə “ ruhani” cəmiyyət adlandırmaqla, saxladığı məktəbi müvafiq qanunun 1444 maddəsi ilə əsaslandırmağa çalışır ki, həmin maddəyə görə Zaqafqaziyanın quberniyalarındakı mövcud müsəlman ruhani məktəblərinə nəzarət edilməsi qubernatorlara aid edilir. Lakin “Səadət” cəmiyyətinə məxsus məktəbin proqramından görünür ki, burada tədris olunan fənlər ümumtəhsil xarakterlidir; məsələn, ilk iki sinifdə həcmi digər rus-tatar məktəblərində tədris olunandan heç də çox olmayan şəriət dərslərindən savayı beş və hətta altı dil: rus, tatar (Azərbaycan-R.S.), fars, ərəb, alman və fransız, eləcə də tarix (hələlik yalnız rus), coğrafiya, təbiətşünaslıq və rəsm fənləri öyrədilir. Beləliklə, “Səadət” cəmiyyətinin idarə heyətinin saxladığı məktəbin mollaların hazırlanması kimi yalnız bir məqsəd daşıdığını təsdiq etməyə əsas yoxdur. Görünür “Səadət” cəmiyyəti bu məktəbi açarkən dini təhsillə heç bir əlaqəsi olmayan tamamilə başqa məqsədləri əldə rəhbər tutmuşdur....Təkcə “Səadət” cəmiyyətinin saxladığı məktəb deyil, həmçinin “Nəsr-Maarif ” və “Nicat”ın da məktəbləri qeyri-leqal mövcud olduğuna görə qanuni tələbləri yerinə yetirmirlər.... “Səadət” cəmiyyətinin məktəbində rus dilindən savayı digər dərslər Konstantinopol və ya Təbrizdən yazıb gətirilmiş dərsliklərlə türk-tatar dilində tədris olunur.1909-cu ilin yazında məktəbə baş çəkmiş Dairə müfəttişi də buna əmin olmuşdur. Butün bunları nəzərə alaraq sizdən xahiş edirəm ki, yuxarıda adı çəkilən cəmiyyətlər məcbur edilsinlər ki, özbaşına açdıqları məktəbləri gələn tədris ilindən gec olmayaraq ümumi qaydalarla saxlanması üçün ya bizə ərizə ilə müraciət etsinlər, ya da ki, əgər tədris dairəsinin qanuni tələblərinə tabe olmaq istəmirlərsə, qapanılmağa məcbur edilsinlər.”
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində saxlanılan “Qafqaz TədrisDairəsi Popeçitelinin Dəftərxanası” fondunda 1910 -1911-ci tədris ilində “Səadət” məktəbində dərs deyən müəllimlərin siyahısı aşkar edilmişdi. Həmin siyahıda “Səadət” məktəbinin direktoru Axund Molla Ağa Əlizadə; müfəttiş- Fəhrad Ağayev; şəriət və ərəb dili müəllimi-Axund Molla Abdurrəhim Hadızadə; şəriət müəllimi- Mirzə Xəlil Axundzadə; azərbaycan dili müəllimi- Molla Qədir İsmayılzadə; fars dili müəllimi-Mirzə Möhsünxan; rus dili müəllimi - Məmməd Hənəfi Terequlov; rusdili müəllimi- Əli Hüseynov; alman və fransız dilləri və rəsm müəllimi - Ceyhun bəy Hacıbəyov; hesab və təbiətşünaslıq müəllimi -Üzeyir Hacıbəyov; hesab və rus tarixi müəllimi- Kərim bəy Məlikov; hesab, coğrafiya, rus hüsnxəti və rəsm müəllimi- Əli Cabbar bəy İsmayılov; a) əlifba sinifi və tatar dili (Azərbaycan dili –R.S.) müəllimi- Molla-Mirzə Zeynalzadə; b) əlifba sinifi və Azərbaycan hüsnxətti müəllimi- Molla-Musa Əsgərzadənin olduğu qeyd edilir. Siyahıdan göründüyü kimi “Səadət” Cəmiyyətinin fəaliyyətində dövrün mütərəqqi ziyalıları və din xadimləri yaxından iştirak etmişdilər. Cəmiyyətin bütün məktəb proqramlarına Qori seminariyasının məzunu Fərhad Ağazadə rəhbərlik edirdi. Tarixi mənbələr təsdiq edir ki, Azərbaycanda ictimai fikrin və hərəkatın inkişafında aparıcı rol oynamış tərəqqipərvər ziyalılarımız xalqı cəhalət, nadanlıq və xurafat girdabından çıxarmaq və onun mədəni tərəqqi yoluna düşməsi istiqamətində əllərindən gələnietmişdilər.“Səadət”cəmiyyəti Azərbaycanda maarifin yayılmasında, azərbaycanlıların təhsil alması və savadlandırılmasında böyük rol oynamışdır. Ə.b.Hüseynzadənin çalışdiğı "Səadət"in məktəbində təhsil almış bəzi azərbaycanlı mütəxəssislər sonralar ictimai-siyasi fəaliyyət göstərmiş, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin tərkibinə daxil olmuşdular. Əli bəy Hüseynzadə "Səadət" məktəbində pedaqoji fəaliyyət göstərərək bu sahədə yaxından iştirak etmişdir. O,“Səadət" məktəbində çalışdığı illərdə pedaqoji fəaliyyətlə yanaşı həmçininmütərcim olaraq Şekspirin "Hamlet"ini tərcümə etməyə başlamış, rəssam olaraq "Bibi Heybət məscidi”, "Şeyxülislamın portreti" əsərlərini çəkmiş, eləcə də XX əsr Azərbaycan ədəbiyyatının zirvələrindən sayılan - "Siyasəti-fürusət"i qələmə almışdı. Xatırladırıq ki, Ə.b.Hüseynzad
Bugün: | 289 |
Dünən: | 774 |
Bu həftə: | 5658 |
Son həftə: | 6350 |
Bu Ay: | 18367 |
Son Ay: | 25108 |
Bu İl: | 284516 |
Ümumi: | 1304937 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az